Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1642/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 129 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən borcun ödənilməsi tələbi ilə məhkəməyə müaciət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(104)-3981/2021 nömrəli məhkəmə qətnaməsi ilə borc məbləği təsdiq edilmişdir. Nəticədə iddiaçı “X3 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyatı orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq ümumilikdə ödənilən xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 105 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 55 manat, xx.xx.2023-cü il tarixindəki 100 manat, məbləğlərindəki vəsait cəmi 860 manat "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 129 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd olunan Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş məbləğin 15 faizi həcmində, yəni ümumilikdə 129 manat məbləğində xidmət haqqı ödəmişdir. «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC (büro) ilə “X3 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 18 yanvar 2021ci il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, Kredit kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq, “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli kart kredit müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə təmin edilmiş 860 manat məbləğində pul vəsaitinə görə “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 129 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan hesabatlardan görünür ki, Cavabdeh ümumilikdə ödənilən xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2021-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 105 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 55 manat, xx.xx.2023-cü il tarixindəki 100 manat, məbləğlərindəki vəsait cəmi 860 manat "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 129 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktlarına əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər komission və xidmət haqları da iddiaçının xeyrinə tutulmuşdur. İddiaçının iddia ərizəsində qeyd etməsinə görə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən onun borcları üzrə yığılmış vəsaitlərin 15 faizi məbləğində "xxxx" MMC-yə hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, həmin pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, əvvəla iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrəd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdeh ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilənin şərtlərinə görə MMC-yə həm məhkəmədə hüquqi yardım göstərməsinə görə, həm də icra tədbirləri görülməsində iştirakına görə haqq ödənilməsi nəzərdə tutulur. Yuxarıda qeyd edildiyi kimi, MMC-nin məhkəmədə baxışı mərhələsində iddiaçıya hüquqi yardım göstərmədiyi aşkardır. İddiaçı həmin müqavilə çərçivəsində məhz icra mərhələsində qeyd edilən borc mübahisəsi ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır və iddiaçı tərəf hüquqi yardıma görə "xxxx" MMC-yə cavabdehdən alınmış məbləğin 15 faizi həcmində ödəniş edildiyini qeyd etsə də, həmin məbləğlərin ödənilməsi üçün əsasları göstərməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, borcun ödənilməsində "xxxx" MMC-nin heç bir xidməti olmamış, İddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. İddiaçı iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilmədiyindən və buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-1642/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1642/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver