Məhkəmə qərarları › İş №e-2(125)-166/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-166/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-166/2024 22.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona məxsus ünvan 1 ünvanda yerləşən mənzilə suyun axıdılmasının qarşısının alınmasını, suyun axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə verərək, Cavabdeh2 vurulmuş maddi ziyanın əvəzi olaraq, 1605 (bir min altı yüz beş) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Onun mülkiyyət hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Onun yaşadığı mənzildə kifayət qədər şəxsi vəsait hesabına təmir işləri aparmışdır. Mənzilin yerləşdiyi bina 5 mərtəbədən ibarətdir. Ona məxsus mənzil binanın 3-cü mərtəbəsində yerləşir. Həmin binanın 4-cü mərtəbəsində yerləşən 43 nömrəli mənzil isə üst qonşusu (cavabdehə) məxsusdur. Bir neçə dəfə cavabdeh tərəfindən su axıdılması nəticəsində onun yaşadığı mənzilə xeyli zərər dəymişdir. Cavabdehin mənzilində su və kanalizasiya sistemi düzgün quraşdırılmadığından bu hal baş verir. Üst mərtəbədə yaşayan qonşusu tərəfindən davamlı olaraq onun yaşadığı mənzilin hamam otağına, mətbəxinə, dəhlizinə su axıdılır. Bunun nəticəsidir ki, davamlı olaraq su sızıntısı yaranır və beləliklə də evin divarlarında nəmlənmə prosesi gedir. Hamam otağının tavan hissəsi daima nəmdir. Dəhliz və mətbəxin giriş hissəsi artıq davamlı olaraq nəm çəkir, mətbəxin giriş hissəsində divar kağızları qopub tökülür. Həmçinin yaşadığı mərtəbədə çöl tərəfdən, giriş qapısının yan hissəsi də davamlı olaraq nəm çəkir. Yəni ona məxsus 41 saylı mənzilə suyun axıdılması və sızması nəticəsində zərərin dəyməsi faktı və bu halın 43 nömrəli mənzildən suyun axıdılması və sızması səbəbindən baş verməsi işin mübahisəsiz halıdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə cavabdehin bu kimi hüquqa zidd hərəkətlərinə son verilməsi və məsələnin araşdırılaraq həll olunması üçün həmin binanın yerləşdiyi inzibati sahə üzrə Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı xidmət sahəsinə ərizə ilə müraciət etmişdir. MKİTB-nin məsul işçiləri tərəfindən xx.xx.2023-cü il tarixdə həmin mənzillərə baxış keçirilmiş və ünvan 3 ünvanından onun mənzilinə çirkab sularının axıdılması öz təsdiqini tapmış və bu barədə akt tərtib edilmişdir. 09 fevral 2024-cü il tarixli, 3-16-16-2/- 107587 saylı ekspert rəyinə əsasən mənzilə 1605 manat dəyərində zərər dəymişdir. Bununla əlaqədar olaraq o, dəfələrlə cavabdehə xəbərdarlıq edib, bu xoşagəlməz halların qarşısını almasını, ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 10 iyul 2023-cü il tarixli Gəncə şəhəri MKTİB-nin rəisi X5, ödənişlər üzrə nəzarətçisi X2, həmin sahənin işçisi X3 tərəfindən imzalanaraq, bu aktı tərtib etmişlər ondan ötrü ki, Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 41 onların xidməti ərazisində yerləşir. Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 41-in sahibi İddiaçı ərizə ilə onlara müraciət etmiş və onlar bu ərizəyə əsasən mənzilə baxış keçirmişdir. Onlara məlum olmuşdur ki, Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 43-dən İddiaçı mənzilinə çirkab suları tökülür. Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 43 Cavabdeh2 məxsusdur. Onlar həmin mənzilə də baxış keçirmişlər. Cavabdeh2 onlara bildirmişdir ki, tökülən çirkab suları onun mənzilindən tökülmür. Gəncə şəhəri, Mahrasa Bağı, bina 5, mənzil 41-də yaşayan İddiaçı bildirmişdir ki, onun üst qonşusu evində sudan istifadə etdikdə onun evinə çirkab suları tökülmüşdür və bunun nəticəsində İddiaçı mənzilinə ciddi ziyan dəymişdir. ********** qeydiyyat nömrəli, 13 oktyabr 2022-ci il tarixli, **********23-05101-093005 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı tam pay olmaqla, İddiaçı məxsusdur. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5674/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş vəsatətin təmin edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7587 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 41 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikintisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Məhrəsə bağı, ünvanında inşa edilmiş 5 saylı binanın 41 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 43 saylı mənzildən su axıdıldığı və nəticədə 41 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 43 saylı mənzildə təmir-bərpa işləri aparıldığından, 41 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 41 saylı mənzilə su sızması 43 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. İddiaçı məxsus, Gəncə şəhəri, Məhrəsə bağı ünvanında inşa edilmiş 5 saylı binanın 41 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1605 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və ona məxsus olan ünvan 1 ünvanının üstündə yaşayan Cavabdeh2 məxsus olan 43 nömrəli mənzildən su axıdılmış, nəticədə həmin evə maddi ziyan dəymişdir. Bu barədə Gəncə şəhəri MKTİB-nin əməkdaşları tərəfindən 10 iyul 2023-cü il tarixli akt tərtib olunmuşdur. Mübahisənin düzgün və hərtərəfli araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5674/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7587 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində 41 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikintisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin, mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Gəncə şəhəri, Məhrəsə bağında inşa edilmiş 5 saylı binanın 41 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 43 saylı mənzildən su axıdıldığı və nəticədə 41 saylı mənzilin dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 43 saylı mənzildə təmir-bərpa işləri aparıldığından, 41 saylı mənzilə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 41 saylı mənzilə su sızması 43 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. İddiaçı məxsus, Gəncə şəhəri, Məhrəsə bağı ünvanında inşa edilmiş 5 saylı binanın 41 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1605 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh2 ona məxsus mənzili yararsız vəziyyətdə saxlamaqla alt qonşulara mənzilindən suyun axıdılmasına əhəmiyyət verməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə ilə bağlı iddia tələbinin qanuni əsasını delik təşkil etdiyindən bununla bağlı Mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi təmin edilməlidir. Belə ki, iddiaçı onun evinə dəymiş maddi ziyanın məbləğini 1605 (bir min altı yüz beş) manat olmasını qeyd etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/7587 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində də vurulan ziyanın məbləği 1605 (bir min altı yüz beş) manat həddində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 36,05 (otuz altı manat beş qəpik) manatı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 vurulmuş maddi ziyana görə 1605 (bir min altı yüz beş) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 36,05 (otuz altı manat beş qəpik) manatı tutulub İddiaçı ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə mühəndis-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar