Məhkəmə qərarları › İş №e-2(125)-1702/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1702/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1702/2023 14.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6035,26 (altı min otuz beş manat iyirmi altı qəpik) manat əsas, 143,42 (bir yüz qırx üç manat qırx iki qəpik) manat faiz, cəmi 6178,68 (altı min yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 82,19 (səksən iki manat on doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 9000 (doqquz min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən X3 xx.xx.2023-cü il tarixinə əsas borcu 6035,26 (altı min otuz beş manat iyirmi altı qəpik) manat, faiz borcu 143,42 (bir yüz qırx üç manat qırx iki qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş AZ-İİ 100579 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə olunan məlumata əsasən X3 vəfatından sonra 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanlandığı sorğusuna cavab olaraq 04 dekabr 2022-ci il tarixli məktubdan göründüyü kimi xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmış və X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdır. Borcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh X3 vərəsəsi Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdehin vərəsəsindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 6178,68 (altı min yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, X4 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 6035,26 manat əsas, 143,42 manat faiz borcu olmaqla cəmi 6178,68 manat borcu vardır. 19 dekabr 2022-ci il tarixli, 6-3/xx/xx-6540 nömrəli X3 vərəsəsi Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə olan borcun ödənilməsi tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 01 oktyabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X6 8910 manat məbləğində pulu imza edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürmüşdür. AZ-İİ seriyalı, 100579 nömrəli, Gəncə şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 13 iyul 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 iyul 2020-ci il tarixdə 338 nömrə ilə qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********26-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanının ½ hissəsi X4, ½ hissəsi X8 məxsusdur. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli, 1468 nömrəli arayışın surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür və ölən günədək ünvan 3 ünvanında yaşamışdır. Mərhumun ailə üzvləri arvadı - Cavabdeh xx.xx.1962-ci il təvəllüdlü, qızı – X9 xx.xx.1987-ci il təvəllüdlü, oğlu – X10 xx.xx.1989-cu il təvəllüdlü. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. Ölümündən sonra heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır. **********214 nömrəli, 8İ-214 reyestr nömrəli ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan əri – X2 miras qalmış ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evindən ona məxsus hissəyə dair ondan irs qalmış mirası qəbul edir. Ondan başqa X9 - ünvan 1 - qızı, X10 - ünvan 1 - oğlu vərəsələrdə vardır. Mirasın tərkibinə daxil olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. **********216 nömrəli, 8İ-216 reyestr nömrəli ünvan 1 ünvanında qeydiyyatda olan X5 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, X9 13 iyul 2020-ci ildə ölmüş atası X2 miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət mirasın ona çatası hissəsindən imtina etdiyini bildirmişdir. **********215 nömrəli, 8İ-215 reyestr nömrəli ünvan 1 ünvanında qeydiyyatda olan X7 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, X10 13 iyul 2020-ci ildə ölmüş atası X2 miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət mirasın ona çatası hissəsindən imtina etdiyini bildirmişdir. 08 fevral 2021-ci il tarixli, 2V-175 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh miras əmlakdan tam hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********TC33104 olan arayışa və ƏMDK-nın yanında DƏDRX-nın Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə verilmiş **********926-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 143,8 kvadratmetr fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,036 ha torpaq sahəsinin miras qoyan X4 məxsus ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X3 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcu onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsələrə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə miras qoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, iddiaçı bankla X1 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, X6 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. X1 vəfat etdiyindən və onun vəfatından sonra miras qalmış evə sonuncunun vərəsəsi Cavabdeh miras payı müəyyən olunduğundan yuxarıda qeyd edilən mülki qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, sözügedən borc cavabdehdən miras payına mütənasib olaraq ondan tutulmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X1nun vərəsəsi Cavabdeh 6035,26 (altı min otuz beş manat iyirmi altı qəpik) manat əsas kredit borcu, 143,42 (bir yüz qırx üç manat qırx iki qəpik) manat faiz borcu olmaqla cəmi 6178,68 (altı min yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat borc tutulub İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 82,19 (səksən iki manat on doqquz qəpik) manat dövlət rüsumundan ibarətdir. İddia tələbi əsaslı olduğundan məhkəmə ödənilmiş 82,19 (səksən iki manat on doqquz qəpik) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 6035,26 (altı min otuz beş manat iyirmi altı qəpik) manat, faiz borcu üzrə 143,42 (bir yüz qırx üç manat qırx iki qəpik) manat, cəmi 6178,68 (altı min yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat borc və məhkəmə xərci qismində ödənilmiş 82,19 (səksən iki manat on doqquz qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar