Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1703/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-in Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC borcalan mərhum X3 vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcalan mərhum X5 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 1363,40 manat əsas, 34,99 manat faiz borcu olmaqla, cəmi 1398,39 ( bir min üç yüz doxsan səkkiz manat 39 qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 34,39 manat dövlət rüsumunun alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı "xxxx" ASC-in nümayəndəsi məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan mərhum X4 istehlak məqsədləri üçün 35 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 2300 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC-ilə X5 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə X3 xx.xx.2023-cü il tarixə olan əsas borcu 1363,40 manat, 34,99 manat faiz borcu olmaqla cəmi 1398,39 manat təşkil edir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X3 ölümündün sonra 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 miras qalan əmlakı vərəsəsi Cavabdeh qəbul etmişdir. Borcun ödənilməsi tələbi ilə bağlı cavabdehin vərəsəsinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Müqavilə üzrə cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdehdən borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 1398.39 ( bir min üç yüz doxsan səkkiz manat otuz doqquz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X1 onun əridir və ərinin kredit götürməsindən xəbəri yoxdur.Əri sağlığında kredit borcunu öz maaşından müəyyən qədər ödəmiş,ölənə yaxın kredit borcunun olduğunu bildirmişdir. Övladlarının işsiz olduğunu, təkcə özünün işlədiyini və maaşının kredit borcunu ödəməyə kifayət etmədiyini bildirərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 istehlak məqsədləri üçün 35 ay müddətinə , nəğd şəkildə istifadə olunmaqla 2300 manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC-ilə X5 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, X5 2275 manat pulu qəbul etmişdir. AZ-İİ 100661 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci ildə ölmüşdür. Maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə ödənilməmiş 1363,40 manat əsas borc, 34,99 manat faiz borcu olmaqla ümumilikdə 1398,39 manat borc vardır. Gəncə Regional «Asan xidmət» mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh vərəsəlik qaydasında qəbul etmişdir. xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X1 arasında kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən X4 35 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə X3 xx.xx.2023-cü il tarixə olan əsas borcu 1363,40 manat, 34,99 manat faiz borcu olmaqla cəmi 1398,39 manat kredit borcu yaranmışdır.X5 xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, iddiaçı kredit borcunu miras qoyanın vərəsəsi Cavabdeh tələb etmiş, lakin cavabdeh miras qoyanın kreditoru qarşısında öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəmə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi cavabdeh miras qoyanın kreditorunun mənafeyini aldığı miras aktivdə ödəməyə borclu olduğu halda ödəməmiş, bundan boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 1363,40 manat əsas, 34,99 manat faiz borcu olmaqla, cəmi 1398,39 ( bir min üç yüz doxsan səkkiz manat 39 qəpik) manat kredit borcu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 34,39 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 1363,40 manat əsas, 34,99 manat faiz borcu olmaqla, cəmi 1398,39 ( bir min üç yüz doxsan səkkiz manat 39 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 34,39 (otuz dörd manat 39 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1703/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1703/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver