Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1717/2024 29.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1017/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin artırılaraq hər ay 235 manat, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 3 yaşına çatanadək tutulan məbləğin artırılaraq 50 manat tutulması və 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1017/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2022ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin artırılaraq hər ay 235 manat, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 3 yaşına çatanadək tutulan məbləğin artırılaraq 50 manat tutulması, çəkdiyi xərc kimi 2500 manatın yarısı olan 1250 manatın, çəkilməli xərc kimi hər ay 150 manatın və 50 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə l8.12.2021-ci ildə evlənərək ailə həyatı qurmuşdur. Bu münasibətlərini elə xx.xx.2021-ci ildə də Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2360 saylı qeydlə rəsmiləşdirmişlər. 2021-ci ildən təsərrüfatı birgə idarə etməklə bir yerdə yaşamışlar. Bir neçə aydır ki, faktiki olaraq ayrılmışlar və nikahları formal xarakter daşıyır. Birgə nikahlarından xx.xx.2022-ci il tarixində X6 anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1017/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, onunla Cavabdeh arasında Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 2360 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahlarından xx.xx.2022-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatanadək onun yanında qalması, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment, həmçinin, xx.xx.2022-ci il tarixində anadan olmuş X6 adlı uşaq üç yaşına çatanadək 20 (iyirmi) manat sabit pul məbləğində vəsaitin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh uşağın xəstəliyini və xərclərinin 160 manatla həll edilmədiyini və onun işləmədiyimini bildiyi və hər keçən gün bütün hər şeyin qiymətinin artdığını bildiyi və 2023-cü ildə uşaqlar üçün tələb edilən minimum yaşayış məbləğini ödəmədiyindən, 2024-cü ildə bu məbləğin artacağından və onun uşağına qarşı belə laqeydliyindən alimentin artırılmasının və çəkilmiş xərclərlə yanaşı çəkiləcək xərclərə cəlb edilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, uşaqları bud çanaq displaziyası (sağ və sol qeyri-stabil oynaq) xəstəliyindən əziyyət çəkir ki, bu xəstəlik səbəbindən o, uşağı hər gün fizioterapiyaya aparmalı və bu səbəbdən həkim müayinələri, aparatlara və dərmanlara pul ödəməli, taksilərə xeyli vəsait verməli olur ki, cavabdeh isə bu xərcləri ödəməkdən yayınır. Bu günədək o, uşağa 2500 manatdan çox xərc çəksə də, (dərmanların və s) bəzi qəbzləri itirdiyindən və taksilərə ödədiyi məbləğlərə dair qəbzləri olmasa da, bu xəstəlik səbəbindən 1 ilə yaxın müddətdə çəkdiyi xərcin 1738 manat qəbzi vardır. Bu səbəbdən də cavabdehdən aylıq 150 manat çəkilməli xərc kimi və indiyə qədərki 1738 manat pul tutularaq ona ödənməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, uşaqları balaca olduğu üçün heç yerdə işləyə bilmir. Təyin olunmuş məbləğ isə uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh uşağın heç bir ehtiyacı ilə maraqlanmır. 2500 manatı 12 aya bölməklə hər ay çəkilməli xərc kimi 150 manat müəyyən etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-1017/2023 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment, həmçinin, xx.xx.2022-ci il tarixində anadan olmuş X2 üç yaşına çatanadək 20 manat sabit pul məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞP/1-00015 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməmişlər, iddiaçı mediasiya xərci olan 55 manat pulu ödəmişdir. “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 038/23 nömrəli arayışın surətindən görünür ki, X6 xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixində “X7” MMC-də həkim qəbulunda olmuş, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə “X7” MMC-də aparat müayinələrindən keçmiş və 256 manat məbləğ ödənilmişdir. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ultrasəs müayinəsi nəticələrindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X6 “X7” MMC-də bud-çanaq oynağının ultrasəs müayinəsində olmuş, həkim Fərruxzadə Səidə tərəfindən sağ bud-çanaq oynağında tip 2a (qeyri-stabil oynaq), sol bud-çanaq oynağında tip 2a (qeyri-stabil oynaq) diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixli, ƏÜM 489884 seriya nömrəli, xx.xx.2023-cü il tarixli, ƏÜM 489899 seriya nömrəli və xx.xx.2023-cü il tarixli, ƏÜM 489951 seriya nömrəli mədaxil qəbzlərindən görünür ki, “X11” MMC-də X4 göstərilən 15 günlük fizioterapiya xidmətlərinə görə hər birində 450 manat olmaqla, cəmi 1350 manat pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X2 müalicəsi üçün BestLab Klinikasında verilmiş analizlərə görə cəmi 54 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, X2 müalicəsi üçün “X7” MMC-də həkimin diaqnostik qəbulu üçün 50 manat, bud çanaq oynaqları rentgenoqrafiyası üçün 28 manat olmaqla, cəmi 78 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində onunla işəgötürən "xxxx" Birgə Müəssisə arasında xx.xx.2023-cü il tarixdə bağlanılmış əmək müqaviləsi qeydiyyata alınmışdır. Əmək müqaviləsində işçinin vəzifəsi fəhlə olaraq qeyd edilmişdir. "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 068/24 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh həqiqətən "xxxx" Birgə Müəssisədə xx.xx.2022ci il tarixdən fəhlə kimi çalışır və aylıq əmək haqqı 460 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-1017/2023 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment, həmçinin, X2 üç yaşına çatanadək 20 manat sabit pul məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Təyin olunmuş aliment uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin və uşağın 3 yaşına çatanadək tutulan məbləğin miqdarının artırılmasını, uşağı Amirin səhhəti ilə əlaqədar xərclənmiş 2500 manat məbləğində pulun yarısı olan 1250 manatın və çəkilməli xərc kimi hər ay 150 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-1017/2023 nömrəli qətnaməsi əsasında xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməli və X2 müalicəsi üçün çəkilən əlavə xərcə görə 1738 manat məbləğində pulun yarısı olan 869 (səkkiz yüz altmış doqquz) manat pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını və uşağın saxlanılmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. X8» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı işdə olan sübutlardan görünür ki, azyaşlı Amirin “X7” MMC-də, “X11”ndə və BestLab klinikasında müalicəsi ilə əlaqədar iddiaçı 1738 manat ödəmiş və müalicəsi hal-hazırda davam etdirilir. Belə olan halda məhkəmə hesab edir ki, 1738 manat çəkilmiş xərclərin yarısı 869 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Gələcəkdə çəkilməli xərc kimi hər ay 150 manatın tutulmasına və uşağın 3 yaşına çatanadək təyin olunmuş 20 manat məbləğin artırılmasına münasibət bildirərək məhkəmə qeyd edir ki, həmin tələb qeyri-müəyyən olduğundan və cavabdehin zəruri vəsaitə malik olması barədə sübut təqdim olunmadığından həmin hissədə iddia təmin edilməməlidir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci olan 55 manat pulun yarısı 27,50 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-1017/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı verilsin. X2 müalicəsi üçün çəkilən əlavə xərcə görə ödənilmiş 1738 manat pulun yarısı 869 (səkkiz yüz altmış doqquz) manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xidmətinin yarısı, 27,50 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1717/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1717/2024
29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver