Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-180/2025 01.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 tabeliyində Gəncə Peşə X8 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə2, iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 tabeliyində X12 X3rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 tabeliyində X12 X3rşı (bundan sonra- Gəncə Peşə X8 Hüquqi Şəxsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektrik enerjisindən istifadəyə görə 27619,40 manat pulun və 173 manat dövlət rüsumunun İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, həmçinin maraqlı şəxs qismində işə cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 632 nömrəli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hal-hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı balansında olan ünvan 1 ünvanında yerləşən 254 nömrəli ATS-in inzibati binasının 1640,1 kv.m hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilmişdir. Binanın AR ƏƏSMN tabeliyində X4 X12 Mərkəzinin balansına verilmiş sözügedən 1640,1 kv.m hissəsinə ayrıca olaraq enerji təchizatı (işıq) sayğacı qoyulması texniki göstəriciyə uyğun olmadığından binanın həmin hissəsində İddiaçı elektrik enerjisindən istifadəyə şərait yaradılmış və istifadə olunan elektrik enerjisinin miqdarını müəyyənləşdirmək üçün "xxxx" ASC-nin əməkdaşları tərəfindən 2020-ci ilin mart ayında **********04847 zavod nömrəli nəzarət sayğacı qoyulmuşdur. 2020-ci il mart ayından X12 Mərkəzinin istifadəsinə müstəqil işıq sayğacı verildiyi 24 may 2022-ci il tarixədək Gəncə TKİ və X12 Mərkəzinin əməkdaşları tərəfindən sözügedən nəzarət sayğacının göstəriciləri birgə tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. 2020-ci ilin mart ayından 2022-ci ilin 24 may tarixinədək olan dövrdə X12 X16 tərəfindən istifadə olunmuş elektrik enerjisi miqdarına müvafiq olaraq X12 X1 İdarəsinə 27619,40 (iyirmi yeddi min altı yüz on doqquz manat qırx qəpik) manat məbləğində borcu yaranmışdır. Sözügedən borc qeyd edilmiş aktlarla da təsdiq edilir. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə rəsmi müraciətlər edilsə də, qarşı tərəf yaranmış borc məbləğini İddiaçınə ödəmək üçün hüquqi əsasın olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, peşə məktəbi elektrik enerjisindən istifadəyə görə yaranmış borcu ödəməmişdir. Aralıq sayğac qoyulmuşdur. Energetik hər ay hesabat götürdükdə akt bağlamışdır. Peşə məktəbi üçün ayrı xətt çəkmək istəmişlər, ancaq alınmamışdır. Transformator xərclərini İddiaçı qarşılayır. Peşə məktəbinə yeni sayğac quraşdırıldıqdan sonra "xxxx" ASC borcu müəyyənləşdirir, özləri isə ödəyirlər. Yeni sayğac quraşdırılmamışdan əvvəl cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcu da "xxxx" MMC ödəmişdir. Ümumi məbləğ hesablanmış, 27619,40 manat məbləğində müəyyən edilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gəncə Peşə X8 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib məhkəməyə yazılı etiraz da ünvanladıqlarını bildirərək izahatında göstərdi ki, aktlar hər ay üzrə tərtib edilməmişdir. 2-3 aydan bir aralıq sayğac üzrə tərtib olunmuşdur. 2022-ci ildən etibarən artıq sayğacla təmin olunmuşdurlar. Dəymiş zərərin hansı qaydada hesablandığı məlum deyildir. Departament tərəfindən müraciət olunmuşdur ki, aylar üzrə nə qədər istifadə edilibsə bu barədə sənədlər təqdim edilsin, daha sonra məhkəmənin qərarı əsasında borcu ödəsinlər. İddia tələbinə qarşı bütün etirazlarını yazılı şəkildə göstərdiklərini, iddia müddətinin keçdiyini bildirərək iddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh Gəncə Peşə X8 Hüquqi Şəxsi yazılı etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş müvafiq aktların sadə təhlili nəticəsində müəyyən edilmişdir ki, müvafiq aktlarda texniki uyğunsuzluqlar mövcuddur. Habelə iddiaçı tərəfindən mərkəzin 2020-ci ilin mart ayından 2022-ci ilin 24 may tarixinədək müddətdə elektrik enerjisindən istifadə etdiyi və bunun müvafiq aktlarla öz təsdiqini tapdığı iddia edilir ki, müvafiq iddia ərizəsi və ona əlavə edilmiş akt və arayışlardan bunu müəyyən etmək mümkün olmamışdır. Belə ki, 2021-ci il üzrə oktyabr, noyabr, dekabr, 2022-ci il üzrə isə yanvar, fevral, mart və aprel ayları üçün tərtib edilmiş “X15 Mərkəzinin elektrik enerji sərfi haqqında” akt və arayışlardan hazırda iddia ərizəsi ilə tələb edilən vəsaitin necə müəyyənləşdiyini müəyyən etmək mümkün olmamışdır. Bu, onu deməyə əsas verir ki, iddia edilən sərfiyyatın həcmi və ona münasibətdə tələb edilən pul vəsaitinin işin faktiki hallarına uyğunluğu və hüquqiliyi mötəbər sübutlarla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, iddia edilən elektrik enerjisinin sərfiyyatının müəyyən edilməsi hər bir halda xüsusi biliklər tələb edən bir fəaliyyətdir. Hazırki halda isə iddiaçı tərəfindən sadəcə dəymiş zərərin məbləği göstərilmiş, onun hansı formada müəyyənləşdirilməsi ilə bağlı müvafiq prosessual qanunvericiliyə uyğun əsaslandırma aparılmamışdır. Bu isə tələb edilən vəsaitin ehtimali xarakter daşıması faktını təsdiqləyir ki, mülki prosessual qanunvericiliyin tələbləri baxımından belə formalı iddia ərizəsi əsassız hesab edilməlidir. MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə iclasında iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 izahatında göstərdi ki, peşə məktəbi aralıq sayğacı üzrə ödəniş etməli olduğu halda heç bir ödəniş etməmişdir. 2020-ci ildə aralıq sayğac quraşdırılmış, 2022-ci ildə isə peşə məktəbinə yeni sayğac verilmişdir. Aralıq sayğacı üzrə elektrik enerjisindən 2 il 2 ay müddətində istifadə etmişdir. Bununla bağlı aktlar vardır, ancaq saldo yoxdur. Baş sayğac “Aztelekom MMC”də olduğuna görə bütün pulu ödəmişdirlər. İndi isə ödədikləri pulu cavabdehdən tələb edirlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 onlar tərəfindən borcun ödənildiyini, peşə məktəbinin elektrik enerjisindən istifadəyə görə yaranmış borcunu ödəməli olduğunu göstərərək, iddianın təmin olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 632 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı balansında olan ünvan 2 ünvanında 1550,7 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 4842,5 kv.m və balans dəyəri 602171 manat olan 254 nömrəli ATS-in inzibati binasının 1640,1 kv.m hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilmişdir. Gəncə TKİ-nin və X12 Mərkəzinin əməkdaşları tərəfindən tərtib olunmuş; -xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, sayğacın göstəricisi 3472, cərəyən tr. əmsalı 300/5 olmuşdur. -xx.xx.2021-ci il tarixli aktın və X12 Mərkəzinin elektrik enerji sərfi haqqında arayışın surətlərindən görünür ki, mərkəzin aralıq sayğacının göstəricisi 3578 olmuş və cəmi 214560 kvt/s elektrik enerjisi sərf edilmişdir. -xx.xx.2021-ci il tarixli aktın və X12 Mərkəzinin elektrik enerji sərfi haqqında arayışın surətlərindən görünür ki, 2020-ci ilin mart ayında istifadəyə verilmiş binaya aralıq sayğacı qoyulmuş, sayğacın zavod nömrəsi **********04847, sayğacın göstəricisi ******* olmuş, hal-hazırda sayğacın göstəricisi 003922 kvt/s, cərəyan transformatorunun əmsalı 300/5 olmuş, cəmi 20640 kvt/s elektrik enerjisi sərf edilmişdir. -xx.xx.2022-ci il tarixli aktın və X12 Mərkəzinin elektrik enerji sərfi haqqında arayışın surətlərindən görünür ki, xx.xx.2022-ci ildə **********04847 zavod nömrəsi olan sayğaca baxış olmuş, sayğacın göstəricisi 004262 kvt/s, cərəyan transformatorunun əmsalı 300/5 olmuş, cəmi 20400 kvt/s elektrik enerjisi sərf edilmişdir. -xx.xx.2022-ci il tarixli aktın və X12 Mərkəzinin elektrik enerji sərfi haqqında arayışın surətlərindən görünür ki, xx.xx.2022-ci ildə **********04847 zavod nömrəsi olan sayğaca baxış olmuş, sayğacın göstəricisi 004475 kvt/s, cərəyan transformatorunun əmsalı 300/5 olmuş, cəmi 12780 kvt/s elektrik enerjisi sərf edilmişdir. -xx.xx.2022-ci il tarixli aktın və X12 Mərkəzinin elektrik enerji sərfi haqqında arayışın surətlərindən görünür ki, xx.xx.2022-ci ildə **********04847 zavod nömrəsi olan sayğaca baxış olmuş, sayğacın göstəricisi 004718 kvt/s, cərəyan transformatorunun əmsalı 300/5 olmuş, cəmi 14580 kvt/s elektrik enerjisi sərf edilmişdir. -xx.xx.2022-ci il tarixli aktdan və X12 Mərkəzinin elektrik enerji sərfi haqqında arayışdan görünür ki, xx.xx.2022-ci ildə **********04847 zavod nömrəsi olan sayğaca baxış olmuş, sayğacın göstəricisi 004811 kvt/s, cərəyan transformatorunun əmsalı 300/5 olmuş, cəmi 5580 kvt/s elektrik enerjisi sərf edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, yaranmış borcun qısa müddətdə ödənilməsi tələb olunmuşdur. Gəncə Peşə X8 Hüquqi Şəxsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli borcun ödənilməsi haqqında məktubun surətindən görünür ki, tərəflər arasında müqavilə olmadığı üçün və mərkəzə təqdim olunan elektron qaimələr müqavilə ilə əsaslandırılmadığı üçün hüquqi əsasının müəyyən edilməməsi göstərilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi iddia müddətinin keməsi ilə bağlı təmin edilməməlidir. Göründüyü kimi tərəflər arasında hər hansı müqavilə olmamış, şifahi razılaşma üzrə iddiaçı öz hesabına aralıq sayğacı vasitəsi ilə cavabdehi elektrik enerjisi ilə təmin etmişdir. Cavabdeh hüquqi əsas olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, cavabdehin istifadəsində olan aralıq sayğacına sonuncu dəfə xx.xx.2022-ci il tarixdə baxış keçirilməsinə baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti keçdiyi üçün İddiaçı cavabdeh X12 X2rşı pul tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 173 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh X12 X2rşı pul tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməsin. İş üzrə ödənilmiş 173 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-180/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-180/2025
01.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver