Məhkəmə qərarları › İş №e-2(125)-1818/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1818/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1818/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı LPO “X2 Bankı” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı LPO “X2 Bankı” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM111900859 saylı restrukturizasiya müqaviləsi üzrə 1418,48 manat məbləğində əsas borc, 46,90 manat məbləğində faiz borcu, cəmi 1465,38 manat pulun, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, LM111900860 saylı restrukturizasiya müqaviləsi üzrə 2360,43 manat məbləğində əsas borc, 77,75 manat məbləğində faiz borcu, 0,03 manat məbləğində cərimə borcu, cəmi 2438,21 manat məbləğində pulun və 59,04 manat dövlət rüsumunun LPO “X2 Bankı” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM111900859 saylı və xx.xx.2019-cu il tarixli, LM111900860 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2019cu il tarixli, LM111900860 saylı zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM111900859 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1491,29 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM111900860 saylı kredit müqaviləsinə əsasən isə borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2481,59 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanmışdır. Qeyd olunan restrukturizasiya müqavilələri 60 ay müddətinə bağlanmış, xx.xx.2019-cu il tarixli, LM111900859 saylı və xx.xx.2019-cu il tarixli, LM111900860 saylı restrukturizasiya müqavilələri üzrə isə borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2019-cu il tarixli, LM111900859 saylı restrukturizasiya müqaviləsi üzrə 08 sentyabr 2023-cü il tarixinə banka 1418,48 manat məbləğində əsas borc, 46,90 manat məbləğində faiz borcu, cəmi 1465,38 manat məbləğində, xx.xx.2019-cu il tarixli, LM111900860 saylı restrukturizasiya müqaviləsi üzrə 08 sentyabr 2023-cü il tarixinə banka 2360,43 manat məbləğində əsas borc, 77,75 manat məbləğində faiz borcu, 0.03 manat məbləğində cərimə borcu, cəmi 2438,21 manat məbləğində borcu qalmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. xx.xx.2019-cu il tarixli, LM111900859 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM111900859 saylı kredit müqaviləsi üzrə 1491,29 məbləğində kredit borcu 60 ay müddətinə, illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. xx.xx.2019-cu il tarixli, LM111900859 nömrəli restrukturizasiya müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 kredit borcunu hər ay 25,49 manat, sonuncu ayda isə 25,58 manat olmaqla, xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM111900860 saylı kredit müqaviləsi üzrə 2481,59 məbləğində kredit borcu 60 ay müddətinə, illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli restrukturizasiya müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 kredit borcunu hər ay 42,42 manat, sonuncu ayda isə 42,41 manat olmaqla, xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi LPO “X2 Bankı” QSC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli borc haqqında məlumatdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM111900859 nömrəli restrukturizasiya müqaviləsi üzrə 1418,48 manat əsas, 46,90 manat faiz borcu olmaqla, cəmi 1465,38 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli borc haqqında məlumatdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli restrukturizasiya müqaviləsi üzrə 2360,43 manat əsas, 77,75 manat faiz, 0.03 manat cərimə olmaqla, cəmi 2438 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh2 və Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, kredit borcunu ödəməli olduğu halda öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli müqavilə üzrə borcun borclu Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı xx.xx.2019-cu il tarixli, LM111900860 nömrəli müqavilə üzrə qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 xx.xx.2019cu il tarixli, LM111900859 saylı restrukturizasiya müqaviləsi üzrə 1418,48 manat məbləğində əsas borc, 46,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 1465,38 (bir min dörd yüz altmış beş manat 38 qəpik) manat; xx.xx.2019-cu il tarixli, LM111900860 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2360,43 manat məbləğində əsas borc, 77,75 manat məbləğində faiz borcu və 0,03 manat məbləğində cərimə olmaqla, cəmi 2438,21 (iki min dörd yüz otuz səkkiz manat 21 qəpik) manat kredit borcu tutularaq iddiaçı LPO “X2 Bankı” QSC-nin hesabına ödənilməlidir. . MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 59,04 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM111900859 saylı restrukturizasiya müqaviləsi üzrə 1418,48 manat məbləğində əsas borc, 46,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 1465,38 (bir min dörd yüz altmış beş manat 38 qəpik) manat; xx.xx.2019-cu il tarixli, LM111900860 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2360,43 manat məbləğində əsas borc, 77,75 manat məbləğində faiz borcu və 0,03 manat məbləğində cərimə olmaqla, cəmi 2438,21 (iki min dörd yüz otuz səkkiz manat 21 qəpik) manat kredit borcu və ödənilmiş 59,04 manat dövlət rüsumu tutularaq iddiaçı LPO “X2 Bankı” QSC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar