Məhkəmə qərarları › İş №e-2(125)-1841/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1841/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1841/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 83067 (səksən üç min altmış yeddi) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 432 (dörd yüz otuz iki ) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixli borc müqaviləsi üzrə 65.000 ABŞ dolları olmaqla, ümumilikdə 120.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 494 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh İddiaçı ilə 2020-ci ilin avqust ayından tanış olmuşlar. Bir müddət sonra onunla yaxşı münasibətləri yarandıqdan sonra ailəvi toplaşıb görüşmüş, qohumluq əlaqələri yaranmış, tez-tez gəlib getmişlər. Cavabdehin ona göstərdiyi mehriban münasibət nəticəsində iddiaçı dost kimi qəbul etmişdir. Cavabdehlə aralarında borc müqaviləsi imzalanaraq xx.xx.2018-ci il tarixdə bir il müddətinə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə bir il müddətinə 65.000 ABŞ dolları, ümumilikdə 120.000 ABŞ dolları borc vermişdir. xx.xx.2018-ci il tarixli borc müqaviləsinin son icra vaxtı xx.xx.2019-cu il tarixə, xx.xx.2019-cu il tarixli borc müqaviləsinin isə son icra vaxtı xx.xx.2020-ci il tarixə təyin edilmişdir. İcra müddəti başa çatmasına baxmayaraq cavabdeh borcu qaytarmamış və hətta cavabdehlə müxtəlif vaxtlarda görüşərək borcun qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh hazıradək borcun geri qaytarılmasından yayınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004) -1240/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 62.000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Bildirir ki, iddiaçı X4 ilə aralarında xx.xx.2018-ci il tarixdə 1 il müddətinə 55.000 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanılmışdır. Məhkəmə icraatı zamanı isə məlum olmuşdur ki, iddiaçı X4 ilə aralarında xx.xx.2019-cu il tarixdə 1il müddətinə 65.000 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanılmışdır. Bununla bağlı qeyd edir ki, ümumiyyətlə 2019cu il 28 fevral tarixli müqavilədə olan imza ona məxsus deyildir.Məhkəmə mübahisəsinə qədər 2019-cu il tarixli müqavilə ümumiyyətlə mövcud olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatı zamanı vəsatəti əsasında işin halları ilə bağlı olaraq Cavabdeh və X5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Belə ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh iddiaçı X2 qohumu-kürəkənidir. Cavabdeh ilə X5 isə kirvədirlər. Borc müqaviləsi üzrə X3 ödənilən pullar Cavabdeh ödənilmişdir. İddiaçı X2 iddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" ASC-də olan hesabına ödənilən pullar Ələmdar Həsənova ödənilməmişdir. Cavabdeh pulu şəxsən onun tərəfindən yox, şirkət tərəfindən (şirkətin əməkdaşları) tərəfindən ödənilmişdir. O, Cavabdeh borc pul almamışdır. Həsənov Ələmdardan cəmi 55000 ABŞ dollar pul almışdır. 2018-ci il müqaviləsi üzrə Həsənov Ələmdarın öz hesabına pul ödəməmişdir. Həmin pullar Cavabdeh ödənilmişdir. X4 ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə 55.000 ABŞ dolları məbləğində pul şirkəti "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı olmuşdur. O, həmin şirkətin təsisçisi və direktorudur. 2019-cu il 28 fevral tarixli borc müqaviləsi onun adından bağlansa da, imza ona məxsus deyildir. Onun adını müqaviləyə yazaraq imzalamışlar. Xüsusən 2019-cu il müqaviləsində olan imzanın ona məxsus olmadığını, hətta Cavabdeh və X5 özləri də qəbul edirlər. İddiaçı tərəf xx.xx.2018-ci il tarixdə bir il müddətinə 55.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə bir il müddətinə 65.000 ABŞ dolları ümumilikdə 120.000 ABŞ dolları borc verdiyini iddia etsə də, iddiaçı necə ola bilər ki, 62 000 ABŞ dolları ödəmək şərti ilə barışmaq istəyir? Cavabdeh "xxxx" ASC-də olan hesabına 83,067 ABŞ dolları pul ödənilmişdir. Cavabdeh iddiaçı Ələmdar Həsənova pul verdiyini etiraf etmək istəmir. Belə qənaətə gəlinir ki, Cavabdeh iddiaçı Ələmdar Həsənova pul ödəməmiş və mənimsəmişdir. İşdən göründüyü kimi cəmi 1 dəfə 2018-ci ildə 55 000 ABŞ dollar pul alınmış, ödənişlər isə Cavabdeh adına olmuşdur. Cavabdeh ödənilən pulların qəbzləri vardır. Hər ay Cavabdeh adına "xxxx" ASC-də olan hesabına pul ödənilmişdir. Cavabdeh pul vəsaitlərinin ödənilməsinin məqsədi odur ki, o, həmin pulu qohumu Ələmdar Həsənova verməli idi. Cavabdeh qayınatası Ələmdar Həsənov isə bildirmişdir ki, Fərqanı tanımır, Fərqan ona pul verməmişdir. Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, iddiaçı Ələmdar Həsənovun və onun nümayəndəsinin izahatları ilə təsdiq olunur ki, ödənilən pul vəsaitləri iddiaçı Ələmdar Həsənova ödəmilməmişdir. O, Cavabdeh borc müqaviləsi üzrə pulu iddiaçı X3 ödənilməsi üçün onun bank hesablarına göndərdiyi (ona ödədiyim) pulun niyə iddiaçı Ələmdar Həsənova ödənilmədiyini və belə olanda geri qaytarılmasını tələb etsə də, o bundan imtina etmişdir. Bu səbəbdən də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehlə barışıq əldə olunaraq işin həll olunması mümkün deyildir. Ələmdar adlı bir nəfər, hazırki iş üzrə Cavabdeh qayınatası ona borc pul vermişdir. Borc özünün təsisçisi və direktoru olduğu şirkətin borcu olmuşdur. Borcdan ödənişlər Fərqana edilmişdir və razılaşma belə olmuşdur ki, Fərqan da həmin ödənişləri Ələmdara çatdıracaq, lakin aparıb verməmişdir. Belə olan halda Ələmdar məhkəmə qaydasında borcu ondan tələb etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində işə baxılan zaman Ələmdar Fərqan adlı şəxsi tanımadığını, ona heç bir ödəniş olunmadığını göstərmiş, verilən pulları danmışdırlar. Məhkəmə də onların xeyrinə qətnamə çıxarmış və məsləhət görmüşdür ki, pullar Fərqan vasitəsilə ödənilibsə, Fərqanı məhkəməyə versin. Hazırkı tələbinin mahiyyəti də ondan ibarətdir ki, ödədiyi pulları geri alsın, borc verən Ələmdara ödəsin. 83000 ABŞ dolları pulu Fərqana ödəmişdir. Bir qismini Fərqanın "xxxx" ASC-də yerləşən bank hesabına köçürmüş, bir qismini isə Fərqanın özü və qardaşı Məhəmməd şirkətin kassasından qol çəkib götürmüşdür. Məhəmməd də onun şirkətinin işçisi olmuş, 8 il orada işləmişdir. Ələmdar demişdir ki, “yaşlı, savadsız adamam, pulları Fərqanın kartına köçürün.” O heç Ələmdarı görməmişdir. Borc məbləğini də məhz Fərqanın özü şirkətin kassasına gətirib təhvil vermişdir. Fərqan Ələmdarın kürəkənidir. Necə ola bilər ki, adam öz kürəkənini tanımaz. Ələmdar neçə ildir ki, heç bir pul almırdısa, nəyə görə ondan tələb etməmişdir. Deməli pulları elə özü almışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 62000 ABŞ dolları borcun ödənilməsi qət edilmişdir, onun 83000 ABŞ dolları pul ödəməsinin səbəbi əlavə gəlir də ödəməsidir. Aradakı fərqi gəlir kimi ödəmişdir, ona görə cavabdehdən 83000 ABŞ dolları pul tələb edir. Fərqanla da arasında borc müqaviləsi olmuş, 15000 ABŞ dolları borc almış, artıqlaması ilə də borcunu qaytarmışdır. Həmin borcla bağlı Fərqanla aralarında heç bir mübahisə olmamışdır. Həmin borcun hazırki işə heç bir aidiyyəti yoxdur. Hazırki işin mahiyyəti ondan ibarətdir ki, Ələmdara çatası pullar Fərqana ödənilmiş, o da aparıb Ələmdara çatdırmamışdır. İstəyir ki, pulları Fərqandan geri alıb, öz yiyəsinə qaytarsın. Müqaviləni Ələmdarla bağlamışdır. Pulun onun tərəfindən Fərqana ödənilməsini təsdiq edən sənədlər "xxxx" ASC tərəfindən təsdiq edilmiş ödəniş qəbzləridir, həmin ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Qəbzlərdə ödəyən şəxs qismində adları göstərilən şəxslər şirkətinin rəsmi işçiləridir. Hansı ki, məhz bu cür ödənişlərin edilməsi üçün şirkət tərəfindən onlara səlahiyyət verilmişdir. Etamil şirkətin inkassatorudur, Nəriman, Xəlilov İlqar şirkətin rəsmi işçiləridir. Özü tərəfindən yox, şirkətin işçiləri tərəfindən borcun ödənilməsinin heç bir əhəmiyyəti yoxdur. Pulun yiyəsi özüdür, işçilər də həmin pulları şirkətin kassasından qol çəkib götürmüşdürlər. Pulların Fərqan vasitəsilə Ələmdara ödənilməsi sadəcə şifahi formada deyilib. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi də məhz bu şərt yazılı formada müqavilədə öz əksini tapmadığından Fərqanı məhkəməyə vermələrini məsləhət görmüşdür. "xxxx" ASC tərəfindən sorğulara cavab verilmişdir ki, heç bir əməliyyat aşkar edilməmişdir. Belə olan halda bank tərəfindən verilən ödəniş qəbzləri nəyi göstərir? İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının Ələmdarla aralarında olan borca görə iddiaçı tərəfindən ona pul ödənilmədiyini və iddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib məhkəməyə yazılı etirazlarını təqdim etdiklərini bildirərək, izahatında göstərdi ki, İddiaçı borc münasibətləri Ələmdarla olmuşdur. Ələmdarla borc müqaviləsi bağlanmış, İddiaçı borcunu ödəmədiyindən, Ələmdar borcun ödənilməsini məhkəmə qaydasında tələb etmiş və işə baxılaraq yekun məhkəmə qətnaməsi qəbul edilmiş, hazırda qətnamə icra mərhələsindədir. Burada üçüncü bir şəxsin öhdəliyi yoxdur. Pulun Fərqan vasitəsilə ödənilməsi borc müqaviləsində öz əksini tapmamışdır. Pulun Fərqana verilməsini də təsdiq edən heç bir sənəd yoxdur. İddia tələbi "xxxx" ASC tərəfindən verilmiş məlumatlara əsasən öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş qəbzlərdə də pulun İddiaçı tərəfindən, yaxud da iddiaçının təsisçisi olduğunu dediyi "xxxx" MMC tərəfindən ödənilməsi görünmür. Ödəniş edən şəxslər Etamil, İlqar və s. adlı şəxlərdir. Belə olan halda həmin pullar üçüncü şəxslər tərəfindən ödənildiyindən iddiaçının həmin pullara münasibətdə iddiaçı olmağa subyektiv hüququ olmamışdır. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində işə baxılan zaman İddiaçı bütün borcunu ödədiyini demiş, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 63000 ABŞ dolları borcu vardır. Bundan başqa iddiaçının Cavabdeh əlavə gəlir ödədiyini deməsi də əsassızdır. Belə ki, iddiaçının gəlir ödəməsi üçün tərəflər arasında borc müqaviləsi yox, birgə fəaliyyət haqqında müqavilə bağlanmalıdır, borc müqaviləsində də belə bir müddəa öz əksini tapmamışdır. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində işə baxılarkən Ələmdar və İddiaçı arasında borcun Cavabdeh vasitəsilə ödənilməsi barədə razılığın mövcud olmaması qətnamədə də öz əksini tapmışdır. Yəni bu müqavilə məhkəmə araşdırmasında keçmişdir, borcu ödəmədiyinə görə Ələmdar İddiaçı məhkəməyə vermişdir. İddia tələbi əsassız olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1240/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh və X5 cəlb edilməklə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 62000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 395,4 manat məbləğində pul vəsaiti iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F290519-3400 nömrəli, xx.xx.2019-cu il tarixli e10107-3400 nömrəli, xx.xx.2020-ci il tarixli e12801-3400 nömrəli, xx.xx.2020-ci il tarixli F300320-3400, xx.xx.2020-ci il tarixli F3012-2762 nömrəli, xx.xx.2021-ci il tarixli F0102-2762 nömrəli, xx.xx.2021-ci il tarixli G020321-2762 nömrəli, xx.xx.2021-ci il tarixli K300321-2762 nömrəli qəbzlərin surətlərindən görünür ki, hər dəfə müxtəlif məbləğlər olmaqla X7, X6 və Xəlilov İlqar tərəfindən Cavabdeh "xxxx" ASC-də olan hesabına ödənişlər edilmişdir. "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli, RB-02/1926 nömrəli məktubundan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1841/2024 nömrəli qərardadı üzrə verilmiş sorğuya əsasən Cavabdeh adına **********6044-016306 nömrəli hesab mövcud deyildir. "xxxx" ASC-in xx.xx.2024-cü il tarixli, RB-02/2466 nömrəli məktubdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1841/2024 saylı qərardadında qeyd edilən **********944-16306 və **********4944-016306 nömrəli hesablar üzrə ümumiyyətlə heç bir əməliyyat aparılmamışdır. Digər hesablar (**********944-16306 və **********6944-016306) və 54xxxxxxxxx286526 nömrəli debet kart hesabı üzrə İddiaçı və "xxxx" MMC tərəfindən hesaba mədaxil olunmamışdır. Karta mədaxil etdiklərini iddia edən şəxslərin də kart əməliyyatlarına baxılmış, həmin şəxslərdə ümumən əməliyyatlar aşkarlanmamışdır. İddiaçı iddia etmişdir ki, xx.xx.2019-cu il tarixli, borc müqaviləsi üzrə X3 65000 ABŞ dolları olan borcunu X1 Cavabdeh vasitəsilə ödəmiş, ödənişlər onun direktoru olduğu "xxxx" MMC-in adından və işçiləri tərəfindən ödənilmişdir. X2 ona qarşı həmin məbləğdə borc tələbinə dair işə Bakı Şəhər Yasamal Rayon Məhkəməsində baxılarkən, Cavabdeh həmin məbləğləri X3 vermədiyi müəyyən olunmuşdur. X3 olan borcunun Cavabdeh vasitəsilə ödənilməsi onlar arasında olan şifahi razılaşmaya əsasən baş tutmuş, yazılı formada borc müqaviləsində təsbit olunmamışdır. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək pulun Cavabdeh verilməsini təsdiq edən heç bir sübut olmadığını, iddia tələbinin "xxxx" ASC tərəfindən verilmiş məlumatlara əsasən öz təsdiqini tapmaması və iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə əsasən pulun İddiaçı tərəfindən, yaxud da iddiaçının təsisçisi olduğunu dediyi "xxxx" MMC tərəfindən yox Etamil, İlqar və s. adlı üçüncü şəxslər tərəfindən ödənildiyindən iddiaçının həmin pullara münasibətdə iddiaçı olmağa subyektiv hüququ olmamasını əsas gətirərək iddia tələbinə etiraz etmişdirlər. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. İddaçı həmin pulları Cavabdeh "xxxx" ASC-də olan bank hesabına və kart hesabına ödənilməsini iddia etsə də, sorğu əsasında "xxxx" ASC-dən daxil olmuş məlumatlardan müəyyən olunmuşdur ki, İddiaçı və "xxxx" MMC tərəfindən Cavabdeh istər bank hesabına istərsə də, kart üzrə hesaba mədaxil olunmamışdır. Bununla yanaşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-1240/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, həmin iş üzrə cavabdeh İddiaçı X3 olan borcunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh ödəməsi sübuta yetirilməmişdir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə dair məhkmə qeyd edir ki, həmin qəbzlər üzrə Cavabdeh hesabına ödənilmiş məbləğlər ayrı-ayrı şəxslər tərəfindən ödənldiyindən həmin ödənişlərin onunla X4 arasında olan borc müqviləsi üzrə məz onun tərəfindən ödəilməsinin nə ilə sübut olunduğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 431,95 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar