Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1862/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinə görə ödənilməmiş 93.000 manat məbləğində borcun, ixtisaslı hüquqi yardımın göstərilməsi üçün 500 manatın və ödənilmiş 369,00 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına təkrarən gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-1862/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1862/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver