Məhkəmə qərarları › İş №e-2(125)-1876/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1876/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1876/2024 15.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, X8 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.363 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 23 manat 02 qəpik, cəmi 1.386 manat 47 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC ilə X5 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 2.006 manat 97 qəpik məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin X5 oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Borcun qaytarılması məqsədi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-6358/2023 nömrəli qərardadına əsasən Barat-zadə Rüzgar Zülfüqar oğlunun xx.xx.2022-ci il tarixdə ölməsi səbəbindən mülki iş üzrə icraata Barat-zadə Rüzgar Zülfüqar oğluna aid hissədə xitam verilmişdir. Bank tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş xx.xx.2023-cü il tarixli, 165/04 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində Barat-X3 adına açılmış vərəsəlik işi aşkar olunmamışdır. Belə olan halda kredit müqaviləsi üzrə Barat-zadə Rüzgar Zülfüqar oğlunun Bank qarşısında olan öhdəlikləri, zamin olan Cavabdeh tərəfindən icra olunmalıdır. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə görə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin və ona əlavə ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı ASC Barat-X4 kreditdən istifadəyə görə illik 1 % ödəməsi şərtilə, 60 ay müddətinə 2.006 manat 97 qəpik məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC qarışısında xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli kredit müqaviləsi üzrə X5 oğlu ilə birgə tam həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəliyin həcmi borclunun restrukturizasiya müqaviləsi üzrə LPO İddiaçı ASC qarşısında yaranmış öhdəlik həcmindədir. İş materiallarında olan LPO İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X5 oğlu ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı X8 İddiaçı ASC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 1.363 manat 45 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 23 manat 02 qəpik, cəmi 1.386 manat 47 qəpik təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, LPO İddiaçı ASC tərəfindən borcun könüllü ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(125)-6358/2023 nömrəli qərardadının surətindən görünür ki, X5 oğlu öldüyündən LPO İddiaçı ASC-nin Barat-X4 və Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə müli işin icraatına Barat-X4 aid hissədə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 165/04 nömrəli məktubun surətindən görünür ki, «Elektron notariat» informasiya sistemində aparılmış yoxlama nəticəsində Barat-X3 adına açılmış vərəsəlik işi aşkar olunmamışdır. Beləliklə, işdə olan sübutlarla Barat-X3 LPO İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş əsas borc qismində 1.363 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 23 manat 02 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Lakin X5 oğlu öldüyündən onun öhdəliyi xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli zaminlik müqaviləsi üzrə tam həcmdə zamin Cavabdeh keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşdmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkəti nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900029 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.363 manat 45 qəpik, xx.xx.2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 23 manat 02 qəpik, cəmi 1.386 manat 47 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X8 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh X8 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 02 dekabr 2019-cu il tarixli, LM121900029 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.363 (bir min üç yüz altmış üç) manat 45 (qırx beş) qəpik, 05 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 23 (iyirmi üç) manat 02 (iki) qəpik, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 34 (otuz dörd) manat, cəmi 1.420 (bir min dörd yüz iyirmi) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar