Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1880/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 7741.24 manat, faiz borcu 951.04 manat, cəmi 8692.28 manat və ödənilmiş 106.92 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 7741.24 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bank tərəfindən cavabdehə dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərliməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Hazırda cavabdehin 8692.28 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə daxil olmuş ərizədə, iddia ərizəsinin tam əsaslı və qanuni olmasını, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq iş üzrə bütün məhkəmə iclaslarının iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasınının vaxti ve yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respubılikası MPM-in 185.5-ci maddəsini əsas tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli RGTK4061753A127 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 7741.24 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 7741.24 manat, faiz borcu 951.04 manat, cəmi 8692.28 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas borc üzrə 7741.24 manat, faiz borcu 951.04 manat, cəmi 8692.28 manat və ödənilmiş 106.92 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 7741.24 manat, faiz borcu 951.04 manat, cəmi 8692.28 manat və ödənilmiş 106.92 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(125)-1880/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1880/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver