Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-1896/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Səfərli Xədicə Əlicabbar qızı kreditor Tələbkar Borclu qarşı alimentin artırılması tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i m : Kreditor Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək Borclu ərizə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər borcludan tutulan alimentin məbləği artırılaraq hər ay 220.00 manat sabit pul məbləğinin və 50 manat məbləğində mediasiyaya dair xərcin Borclu tutularaq Tələbkar ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Ərizədə göstərilir ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(044)-706/2013 saylı qətnaməsi ilə Tələbkar ilə Borclu arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 iddiaçının himayəsində saxlanılması, cavabdehdən xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 70.00 manat miqdarında alimentin xx.xx.2013-cü il tarixdən tutularaq iddiaçıya verilməsi və sair qət edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 130 manat, Gəncə Nizami rayon Məhkəməsinin e-2(044)-986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği 193 manat olaraq müəyyən edilmişdir. X2 12 yaşı var. Aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Borclu övladı ilə ümumiyyətlə maraqlanmır, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlı-vaxtında ödəmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə tələbkar çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da Borclu ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq Tələbkara çox çətindir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, tələb mübahisəli olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, tələbkar alimentin uşağın saxlanılması üçün kifayət etmədiyinə əsaslanaraq artırılmasını xahiş etmişdir. Lakin tələbkar alimentin artırılması üçün borclunun ailə və maddi vəziyyətində dəyişiklik, eləcə də diqqətəlayiq olan başqa hallar barədə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Bundan başqa, müvafiq Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsə də, həmin məbləğin aliment kimi tutulmalı olması qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2023-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyə əsasən, məhkəmə əmrinin verilə bilməsi üçün əsas şərt kreditorun tələbinin borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmasıdır. Hazırkı iş üzrə uşağın saxlanılması valideynlərin aşkar vəzifəsi olsa da, alimentin artırılaraq 220 manat ödənilməsi borclunun mübahisə edilməyən vəzifəsi hesab edilə bilməz. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir (275.1). Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər (276.1). Tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər (276.2.4). Ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edir (279.2.3). Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz (279.3). Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (279.4). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Kreditor Tələbkar Borclu qarşı alimentin artırılması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-1896/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-1896/2023
16.02.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver