Məhkəmə qərarları › İş №e-2(125)-1931/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1931/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1931/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 999 manat 56 qəpik , hesablanmış və ödənilməmiş faiz borcu qismində 394 manat 76 qəpik, 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.834 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.579 manat 34 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 manat 42 qəpik , cəmi 20.960 manat 53 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqaviləyə əsasən Cavabdeh 27 avqust 2018-ci il tarixdə 1 ədəd plastik kartı İddiaçı açıq səhmdar cəmiyyətindən almışdır. 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 26.84 faiz dərəcəsi ilə 14.000 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 08 fevral 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 999 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 394 manat 76 qəpik, GTKR2122211A500 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.834 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.579 manat 34 qəpik yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 09 fevral 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim etdiyi 07 mart 2023-cü il tarixli ərizəsində iddianı etiraf etmiş və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqavilənin surətindən görünür ki, Cavabdeh 27 avqust 2018-ci il tarixdə 1 ədəd plastik kartı İddiaçı açıq səhmdar cəmiyyətindən almışdır. Həmin plastik kartın son istifadə müddəti 30 iyun 2021-ci il müəyyən edilmişdir. İşdə olan 27 avqust 2018-ci il tarixli balansdankənar məxaric orderinin surətindən görünür ki, Cavabdeh 27 avqust 2018-ci il tarixdə **********647710 nömrəli 1 ədəd plastik kartı İddiaçı açıq səhmdar cəmiyyətindən almışdır. İş materiallarında olan 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 26.84% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 14.000 manat məbləğində kredit vermişdir. İşdə olan 10 iyun 2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 10 iyun 2020-ci il tarixdə 14.000 manat məbləğində pul vəsaitini İddiaçı açıq səhmdar cəmiyyətindən almışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 10 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə borcu 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 999 manat 56 qəpik, 10 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 394 manat 76 qəpik, cəmi 1.394 manat 32 qəpik, 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.834 manat 45 qəpik, 10 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.579 manat 34 qəpik, cəmi 19.413 manat 79 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqavilə üzrə ödənilməmiş əsas borc qismində 999 manat 56 qəpik, 10 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 394 manat 76 qəpik, 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.834 manat 45 qəpik, 10 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.579 manat 34 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 27 avqust 2018-ci il tarixli, **********01944128 saylı kredit kartına dair müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 999 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 394 manat 76 qəpik, 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.834 manat 45 qəpik, 10 fevral 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.579 manat 34 qəpik, cəmi 20.808 manat 11 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 152 manat 42 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 27 avqust 2018-ci il tarixli, **********01944128 nömrəli kredit kartına dair müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 999 (doqquz yüz doxsan doqquz) manat 56 (əlli altı) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 394 (üç yüz doxsan dörd) manat 76 (yetmiş altı) qəpik, 10 iyun 2020-ci il tarixli, GTKR2122211A500 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13.834 (on üç min səkkiz yüz otuz dörd) manat 45 (qırx beş) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 5.579 (beş min beş yüz yetmiş doqquz) manat 34 (otuz dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 (bir yüz əlli iki) manat 42 (qırx iki) qəpik, cəmi 20.960 (iyirmi min doqquz yüz altmış) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar