Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1943/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" QSC, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 2170,74 manat pul vəsaitinin və 41,70 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi, həmin kredit müqaviləsinin ləğv edilməsi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" QSC (iddiaçı və ya iddiaçı QSC) ilə Cavabdeh (cavabdeh və ya Borcalan) arasında bağlanmış PRL-156-0005-22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 19 ay müddətində azalan balansla illik 0 faiz maraq faizi tətbiq etməklə, “Daşınar Əmlakın qiymətləndirmə Aktı”nda qeyd edilmiş malların alınması məqsədi ilə və "xxxx" MMC-nin hesabına köçürməklə 2526 manat məbləğində kredit ayırmışdır. Ödəniş cədvəli əsasında Borcalan xx.xx.2023-cü il tarixədək hər ay 141 manat, sonuncu ay 129 manat ödəməyi öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, AZ230217001 nömrəli ödəniş tapşırığına əsasən 2526 manat məbləğində pul (ödənişin təyinatı Cavabdeh göstərilməklə) "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 053102 nömrəli təhvil aktına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə Perla mebel “Goran” mağazasından 12 adda mebeli təhvil almışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə 2170,74 manat borcu yaranmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrin surəti işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə əsasən cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini məqsədli təyinatına uyğun istifadə etməyi, onu ödəniş cədvəli ilə müəyyən edilmiş müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.03-cü bəndinə əsasən Borcalanın üçüncü şəxslər qarşısında icra vaxtı çatmış, lakin icra edilməmiş öhdəlikləri barədə kreditverənə məlum olunduqda, kreditverən borcalana kredit məbləğinin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, kredit müqaviləsinin 3.07-ci bəndinə əsasən Borclan müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında və/və ya tam icra edilməməsinə görə ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş borc məbləğinin 1 faiz məbləğində cərimə ödəyir. İddiaçının təqdim etdiyi arayışdan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə iddiaçı QSC-yə 2170,74 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər qismən aparılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilə şərtləri əsasında qanunvericiliklə nəzərdə tutulmuş müvafiq qaydada iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanuvericiliyə uyğun olaraq müvafiq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehin əmlak alması üçün müəyyən edilmiş müəssisənin hesabına köçürmüş, cavabdeh həmin məbləğ əsasında müvafiq malları alsa da müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 41,70 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış PRL-156-0005-22 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2170,74 (iki min bir yüz yetmiş manat, yetmiş dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,70 (qırx bir manat, yetmiş qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-1943/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1943/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver