Məhkəmə qərarları › İş №e-2(125)-1964/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1964/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1964/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 931,45 (doqquz yüz otuz bir manat, 45 qəpik) manat, faiz borcuna görə 125,83 (yüz yirmi beş manat, 83 qəpik) manat, cərimə borcuna görə 408,6 (dörd yüz səkkiz manat, 60 qəpik) manat olmaqla, borcun cəmi məbləği 1465,88 (min dörd yüz altmış beş manat, 88 qəpik) manat məbləğində pulun və 34,66 (otuz dörd manat, 66 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 6,4 qr, əyarı 583 olan sırqa, 1 ədəd çəkisi 5,5 qr, əyarı 583 olan sep-klon, 3 ədəd ümumi çəkisi 10 qr, əyarı 583 olan üzük, 1 ədəd çəkisi 6,3 qr, əyarı 750 olan klon, 2 ədəd ümumi çəkisi 10,6 qr, əyarı 750 olan üzük, cəmi 38,8 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1465,88 (min dörd yüz altmış beş manat, 88 qəpik) manat məbləğində pulun və 34,66 (otuz dörd manat, 66 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı ASCnin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 2043 (iki min qırx üç) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında 1 ədəd çəkisi 6,4 qr, əyarı 583 olan sırqa, 1 ədəd çəkisi 5,5 qr, əyarı 583 olan sep-klon, 3 ədəd ümumi çəkisi 10 qr, əyarı 583 olan üzük, 1 ədəd çəkisi 6,3 qr, əyarı 750 olan klon, 2 ədəd ümumi çəkisi 10,6 qr, əyarı 750 olan üzük, cəmi 38,8 qram qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuşdur. xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 16-dan gec olmayaraq ayda 142,34 (yüz qırx iki manat 34 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 26 avqust 2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 931,45 (doqquz yüz otuz bir manat, 45 qəpik) manat, faiz borcuna görə 125,83 (yüz yirmi beş manat, 83 qəpik) manat, cərimə borcuna görə 408,6 (dörd yüz səkkiz manat, 60 qəpik) manat olmaqla, borcun cəmi məbləği 1465,88 (min dörd yüz altmış beş manat, 88 qəpik) manat təşkil edir. Cavabdeh xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 931,45 (doqquz yüz otuz bir manat, 45 qəpik) manat, faiz borcuna görə 125,83 (yüz yirmi beş manat, 83 qəpik) manat, cərimə borcuna görə 408,6 (dörd yüz səkkiz manat, 60 qəpik) manat olmaqla, borcun cəmi məbləği 1465,88 (min dörd yüz altmış beş manat, 88 qəpik) manat məbləğində pulun və 34,66 (otuz dörd manat, 66 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçıASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 6,4 qr, əyarı 583 olan sırqa, 1 ədəd çəkisi 5,5 qr, əyarı 583 olan sep-klon, 3 ədəd ümumi çəkisi 10 qr, əyarı 583 olan üzük, 1 ədəd çəkisi 6,3 qr, əyarı 750 olan klon, 2 ədəd ümumi çəkisi 10,6 qr, əyarı 750 olan üzük, cəmi 38,8 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1465,88 (min dörd yüz altmış beş manat, 88 qəpik) manat məbləğində pulun və 34,66 (otuz dörd manat, 66 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 2043 (iki min qırx üç) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında 1 ədəd çəkisi 6,4 qr, əyarı 583 olan sırqa, 1 ədəd çəkisi 5,5 qr, əyarı 583 olan sep-klon, 3 ədəd ümumi çəkisi 10 qr, əyarı 583 olan üzük, 1 ədəd çəkisi 6,3 qr, əyarı 750 olan klon, 2 ədəd ümumi çəkisi 10,6 qr, əyarı 750 olan üzük, cəmi 38,8 qram qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş və nəticədə Cavabdeh xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə əsas borca görə 931,45 (doqquz yüz otuz bir manat, 45 qəpik) manat, faiz borcuna görə 125,83 (yüz yirmi beş manat, 83 qəpik) manat, cərimə borcuna görə 408,6 (dörd yüz səkkiz manat, 60 qəpik) manat olmaqla, cəmi 1465,88 (min dörd yüz altmış beş manat, 88 qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279–cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İddianın satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə tərəfindən borcun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsinə qiymət verildiyindən tələbin yuxarıda qeyd olunan hissəsinə təkrarən qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hesab edilir ki, cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 408,6 (dörd yüz səkkiz manat, 60 qəpik) manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC borclu Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 931,45 (doqquz yüz otuz bir manat, 45 qəpik) manat, faiz borcuna görə 125,83 (yüz yirmi beş manat, 83 qəpik) manat, cərimə borcuna görə 40 (qırx) manat olmaqla, cəmi 1.097.28(bir min doxsan yeddi manat iyirmi səkkiz qəpik)manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 6,4 qr, əyarı 583 olan sırqa, 1 ədəd çəkisi 5,5 qr, əyarı 583 olan sep-klon, 3 ədəd ümumi çəkisi 10 qr, əyarı 583 olan üzük, 1 ədəd çəkisi 6,3 qr, əyarı 750 olan klon, 2 ədəd ümumi çəkisi 10,6 qr, əyarı 750 olan üzük, cəmi 38,8 qram qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin hesabına borc ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 26 manatı Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 931,45 (doqquz yüz otuz bir manat, 45 qəpik) manat, faiz borcuna görə 125,83 (yüz yirmi beş manat, 83 qəpik) manat, cərimə borcuna görə 40 (qırx) manat olmaqla, borcun cəmi məbləği 1.097.28(bir min doxsan yeddi manat iyirmi səkkiz qəpik)manat məbləğində pul və 26 (iyirmi altı manat) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli GNLMB-10696 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 6,4 qr, əyarı 583 olan sırqa, 1 ədəd çəkisi 5,5 qr, əyarı 583 olan sep-klon, 3 ədəd ümumi çəkisi 10 qr, əyarı 583 olan üzük, 1 ədəd çəkisi 6,3 qr, əyarı 750 olan klon, 2 ədəd ümumi çəkisi 10,6 qr, əyarı 750 olan üzük, cəmi 38,8 qram qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qa ydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar