Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1971/2022 31.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 nömrəli güzəştli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 491 manat 54 qəpik, hesablanmış və ödəniməmiş faiz borcu qismində 3 manat 34 qəpik, cərimə qismində 25 qəpik, cəmi 495 manat 13 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 nömrəli güzəştli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 491 manat 54 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 34 qəpik, cərimə qismində 25 qəpik, cəmi 495 manat 13 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi R.N.Ağayev məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 nömrəli güzəştli kredit müqaviləsinə əsasən, bank tərəfındən həmin cavabdehə istehlak məqsədi ilə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1% dərəcəsi ilə faizlər ödəməsi şərti ilə, 663 manat 46 qəpik məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, müqavilənin şərtlərini pozmuş, əsas kredit borcunu və borc faizlərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Nəticədə Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş əsas borc qismində 491 manat 54 qəpik və faiz borcu qismində 3 manat 34 qəpik məbləğində borcu yaranmışdır. Eyni zamanda kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən həmin cavabdehə 25 qəpik məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdehə kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasına dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Buna görə də iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bu zaman dövlət rüsumunun ödənilməsinə 30 manat məbləğində əlavə vəsait sərf etmişdir. Sonda R.N.Ağayev iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 nömrəli güzəştli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialı ilə bağladığı müqaviləyə əsasən İddiaçı açıq səhmdar cəmiyyətindən illik faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 663 manat 46 qəpik məbləğində kredit götürmüşdür. Güzəştli kredit müqaviləsinin təyinatı 22 iyun 2015-ci il tarixli, 105/Y-E2015 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun 390 ABŞ dolları 27 sent qalıq məbləğinin ödənilməsidir. Güzəştli kredit müqaviləsinin 4.1.2-ci bəndinə görə borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında və s.) hüququ vardır. İş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli xəzinə məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin «Gəncə» filialından 663 manat 46 qəpik məbləğində nağd pul vəsaitini almışdır. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin maliyyə arayışının surətindən görünür ki, Cavabdehla İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 491 manat 54 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 34 qəpik, cərimə qismində 25 qəpik, cəmi 495 manat 13 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı güzəştli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 491 manat 54 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 34 qəpik, cərimə qismində 25 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 491 manat 54 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 manat 34 qəpik, cərimə qismində 25 qəpik, cəmi 495 manat 13 qəpik məbləğində pul vəsaiti cavabdehldən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 12 sentyabr 2019-cu il tarixli, İK № GK-037-İS/2019 güzəştli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 491 (dörd yüz doxsan bir) manat 54 (əlli dörd) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 3 (üç) manat 34 (otuz dörd) qəpik, cərimə qismində 25 (iyirmi beş) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat, cəmi 495 (dörd yüz doxsan beş) manat 13 (on üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-1971/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1971/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver