Məhkəmə qərarları › İş №e-2(125)-1974/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1974/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1974/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, X3 Azərbaycan QSC-nin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: X3 Azərbaycan QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 188.22(yüz səksən səkkiz manat iyirmi iki qəpik) manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 24.62 (iyirmi dörd manat altmış iki qəpik) manat borc, 19.17(on doqquz manat on yeddi qəpik) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 5.00 (beş manat) manat borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi 241.81(iki yüz qırx bir manat səksən bir qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 34.24 manat dövlət rüsumunun X3 Azərbaycan QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildə X3 Azərbaycan QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 300.00 (üç yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. X3 Azərbaycan QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Odur ki, Cavabdeh əsas məbləğ üzrə 188.22(yüz səksən səkkiz manat iyirmi iki qəpik) manat, hesablanmış və ödənilməmiş faiz üzrə 24.62 (iyirmi dörd manat altmış iki qəpik) manat, 19.17(on doqquz manat on yeddi qəpik) manat cərimə borcu olmaqla, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 5.00 (beş manat) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi 241.81(iki yüz qırx bir manat səksən bir qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 34.24 manat dövlət rüsumunun X3 Azərbaycan QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: -X3 Azərbaycan QSC ilə Cavabdeh arasında bağlanmış Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 300.00 (üç yüz) manat məbləğində kredit kartı limiti ayrılmışdır. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh müvafiq olaraq kredit və zaminlik müqavilələrinə əsasən X3 Azərbaycan QSC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Nəticədə 188.22(yüz səksən səkkiz manat iyirmi iki qəpik) manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 24.62 (iyirmi dörd manat altmış iki qəpik) manat borc, 19.17(on doqquz manat on yeddi qəpik) manat cərimə borcu yaranmışdır. Məhkəmə iddianın 19.17(on doqquz manat on yeddi qəpik) manat cərimə hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı 19.17 manat cərimənin hansı müqavilə şərtlərinə əsasən hesablandığını qeyd etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hesablanmış cərimə azaldılmalı və 5 manat həcmində müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 19.17(on doqquz manat on yeddi qəpik) manat cərimə tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əsas məbləğ üzrə 188.22(yüz səksən səkkiz manat iyirmi iki qəpik) manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 24.62 (iyirmi dörd manat altmış iki qəpik) manat borc, 5.00(beş) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 5.00 (beş manat) manat borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi 227.64(iki yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 34.24 manat dövlət rüsumunun tutularaq X3 Azərbaycan QSC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş dövlət rüsumunun 32 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə 188.22(yüz səksən səkkiz manat iyirmi iki qəpik) manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 24.62 (iyirmi dörd manat altmış iki qəpik) manat borc, 5.00(beş) manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 5.00 (beş manat) manat borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 (dörd manat səksən qəpik) manat, cəmi 227.64(iki yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 32 manat dövlət rüsumunun tutularaq X3 Azərbaycan QSCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar