Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1984/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcalan X3 hüquqi varisi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan X3 hüquqi varisi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 772,21 manat əsas, 5,84 manat faiz olmaqla cəmi 778,05 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat xidmət haqqının alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Mingəçevir filialı ilə mərhum X6 arasında xx.xx.2018-ci il tarixli 3-xx.xx.2018-002949 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 2070 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1542 saylı məktubundan məlum olmuşdur ki, X3 miras əmlakına dair Cavabdeh ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 8V-1179 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Cavabdehlə mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, notariat ofisinə müraciət edərək mirasın açılması barədə ərizə vermiş bununla bağlı vərəsəlik içi açılmış lakin vərəsəlik şəhadətnaməsi almamışdır. Belə ki, atasından miras qalan evdə yaşayan qardaşı da mirasdan pay almalıdır. Buna görə də miras əmlakın vərəsə olan qardaşı ilə payları müəyyən edilməyincə vərəsələrə çatası miras həcmində öhdəliyin icrasını müəyyənləşdirmək mümkün deyil. İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-xx.xx.2018-ci il tarixli, 3-xx.xx.2018-002949 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış kredit müqaviləsinə əsasən X5 iddiaçı tərəfindən istehlak məqsədi üçün 55 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2070 manat məbləğində kredit verilmişdir. AZ-İİ 224397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1542 saylı məktubundan görünür ki, X3 miras əmlakına dair Cavabdeh ərizəsinə əsasən xx.xx.2021-ci il tarixdə 8V-1179 reyestr nömrəli vərəsəlik işi açılmışdır, lakin vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət edilsə də vərəsəlik haqqında şəhadətnamə verilməmiş miras əmlakdan cavabdehin payı müəyyən edilməmişdir. Halbuki, vərəsələrin kreditorlar qarşısında məsuliyyətindən bəhs edən MM-in 1306-cı maddəsinə qeyd olunur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi cavabdehin miras əmlakdan payı müəyyən olunmamış, cavabdeh bunun səbəbini digər vərəsə olan qardaşının miras əmlakda yaşamaqla notariat ofisinə müraciət etməməsi ilə əlaqələndirmişdir. Ona görə də məhkəmə hesab edir ki, miras əmlakın vərəsələr arasında payı müəyyən edilmədiyindən və onların hər birinin üzərinə düşən öhdəliyin həcmini müəyyən etmək mümkün olmadığından iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №e-2(125)-1984/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1984/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver