Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-201/2022 29.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona məxsus olan Mercedes–Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş 2000 manat məbləğində maddi ziyanın və keçirilmiş mənəvi sarsıntı ilə bağlı ona vurulmuş mənəvi ziyana görə 1000 manat pulun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 mart 2022-ci il tarixdə özünə məxsus avtomobillə Gəncə şəhəri Ozan küçəsi istiqaməti ilə evinə gedərkən Cavabdeh1 oğlu sürücülük hüququ olmadan və 16 yaşı tamam olmadan idarə etdiyi VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilini vuraraq avtomobilinə maddi zərər yetirmişdir. Hadisə yerinə DYP əməkdaşları gələrək onun yetkinlik yaşına çatmadan və sürücülük hüququnun olmadan idarə etdiyi VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhər X8 İdarəsinin cərimə meydançasına aparmışdır. Hadisədən sonra həmçinin müəyyən edilmişdir ki, iş üzrə digər Cavabdeh2 bilərəkdən avtomobili yetkinlik yaşına çatmayan digər Cavabdeh1 oğlu X1 hüququ olmadan vermişdir. Bununla da, onunla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən barəsində inzibati tənbeh tətbiq etmə barədə protokol tərtib edilərək müvafiq inzibati qərar qəbul edilmişdir. Göründüyü kimi hər iki cavabdeh onun avtomobilinə dəymiş zərərin ödənilməsində mülki məsuliyyət daşımaqla onun avtomobilinə vurulmuş maddi zərəri ödəməlidirlər. Həmçinin cavabdehlər Cavabdeh1 yetkinlik yaşına çatmayan oğlunun hərəkətlərinə nəzarət etməməsi və Cavabdeh2 qanunsuz hərəkəti nəticəsində hadisə zamanı və hadisədən sonra onun çəkdiyi mənəvi zərərin əvəzini də ödəməyə borcludurlar. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 hadisədən sonra ona qarşı” sən adam ilişdirənsən, polis çağırıbsan, eybi yox səni ilişdirməyin yolunu bilirəm” deməklə onun mənəvi iztirab keçirməsini daha da, şiddətləndirməklə ona mənəvi zərər vurmuşdur. Eyni zamanda bildirmişdir ki, ona məxsus olan Mercedes–Benz 230 markalı avtomobil raritet sayılır və orjinallığı ilə seçilir. Belə ki, bu model avtomobil ilk buraxılış seriyasına aiddir və orijinal detallarının təkrarsızlığı, bahalığı ilə seçilir. O , həmin avtomobili orijinal detalları ilə istifadə etmiş və hazırkı vaxtadək qoruyub saxlamışdır. Cavabdehlərin isə öz törətdikləri əməllərindən ona peşmanlıq və ya üzrxahlıq ifadə etməmələri, hətta dəymiş zərəri ödəmək fikrində olmadıqlarını görmək ona mənəvi iztirab verir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi ekspert rəyinə əsasən Mercedes–Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1830 manat müəyyən edilmişdir. Azərbaycan Sənaye Sığorta Şirkəti isə ona 800 manat ödəmişdir. Sığorta şirkətinin ödədiyi məbləğ onun avtomobilinə dəyən maddi ziyanı qarşılamır. Həmçinin hadisə nəticəsində qorxmuş və sarsıntı keçirmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh1 ona “fırıldaqçı” deməsinin onun əvvəllər də bu cür ifadələr işlətməsini sübut etdiyini və cavabdehin bu cür hərəkətlərinin onun mənəvi iztirab keçirməsinə səbəb olduğunu qeyd etmişdir. Sığortadan aldığı 800 manat məbləği çıxmaqla maddi ziyana görə 1030 manat məbləğində pulun, mənəvi ziyana görə 1000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, verilmiş iddianın əsassız olduğunu hesab edir və qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi nəticəsində Gəncə şəhər DYP şöbəsində təhqiqat bölməsində araşdırma aparılmış, hər bir detalları ilə obyektiv və hərtərəfli araşdırma aparıldıqdan sonra maddi ziyanın ödənilməsi tam təmin edilməklə inzibati xəta törənməsi müəyyən edildikdən sonra material üzrə qərar qəbul edilmişdir. Bildirmək istəyir ki, sığorta şirkətindən nəzərdə tutulan maddi ziyan tam qarşılanmışdır. Lakin iddiaçı bununla razılaşmır və elə hesab edir ki, ona daha çox maddi ziyan dəymişdir. Lakin hesab etdiyi maddi ziyan barədə sığorta şirkətinə qarşı iddia qaldırmaq əvəzinə ona qarşı iddia qaldırmaqla maddi ziyanın ödənilməsini tələb edir. Onun tərəfindən iddiaçıya hansı digər maddi ziyan dəyməsini sübut etməlidir. Belə ki, o, iddia tələbini qəbul etmir, müəyyən olunmuş maddi ziyanla razılaşmır. Ona dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən hesablanaraq tam ödənilmişdir. Bundan başqa o, mənəzi ziyanla da razı deyil. Onun tərəfindən iddiaçıya heç bir mənəvi iztirab verilməmiş, iddiaçının şəxsiyyətini alçaldan hərəkətlər edilməmişdir. Həmçinin iddiaçı ona hansı şəraitdə və şəkildə, kim tərəfindən mənəvi ziyan vurulması barədə sübut təqdim etməmişdir. Sonda iddiaçının ona qarşı qaldırdığı iddianı tam əsassız hesab etdiyini bildirərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında tərtib etdiyi protokoldan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 18:25-də Gəncə şəhəri, Ozan küçəsi ərazisində VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 180 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Mercedes–Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobilə cəmi 1920.40 (bir min doqquz yüz iyirmi manat qırx qəpik) manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə - əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 9/5632 №-li rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və ticarət istehsalat birliyi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 1985-ci il buraxılkışlı Mercedes–Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1830 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 18:25-də Gəncə şəhəri, Ozan küçəsi ərazisində VAZ 21074 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 180 manat cərimə edilmişdir. İş materiallarında olan cavabdehlərin izahatlarından da görünür ki, Cavabdeh1 oğlu X2 hüququ olmadan və yetkinlik yaşına çatmadan idarə etdiyi VAZ 21074 markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı Mercedes–Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini vuraraq avtomobilinə maddi zərər yetirmişdir. İddiaçı hadisə nəticəsində ona məxsus 1985-ci il buraxılışlı Mercedes–Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinə 1830 manat sərf etdiyini, həmçinin qorxu və sarsıntı keçirdiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1104.2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. Beləliklə, qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 52–1.1-ci maddəsinə əsasən zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. Həmin qanunun 52–1.2-ci maddəsinə əsasən, zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. Həmin qanunun 52–1.3-cü maddəsinə əsasən, yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat kimi müəyyən edilir. Məhkəmə iddia tələbinin 1030 manat maddi ziyan hissəsi ilə bağlı qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanun, zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydiyi və yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olduğu halda, əgər zərər sığorta məbləği həddindədirsə, zərərçəkənin zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb etməsini müəyyən etmişdir. Hazırkı vəziyyətdə iddiaçının avtomobilinə dəyən ziyan sığorta məbləği həddində olduğundan və bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddiaçının iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında qeyd edilir ki, “Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” İddiaçının mənəvi zərərə görə tələb etdiyi, yəni 1000 manat tələb hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulması ilə mənəvi sarsıntı, iztirab keçirdiyini və sarsıntı və iztiraba görə ona 1000 manat kompensasiya ödənilməsinin müəyyən edilməsi ədalətli və işin hallarına uyğun olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiacı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh tərəf isə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 217.4-cü maddəsinin mənasına görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənəvi ziyana görə 1000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin, iddia tələbi maddi ziyan hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilməli, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 70 (yetmiş) manat ekspertiza xərcinin 35 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 35 manatı İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227,357- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənəvi ziyana görə 1000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 70 (yetmiş) manat ekspertiza xərcinin 35 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 35 manatı İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-201/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-201/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver