Məhkəmə qərarları › İş №e-2(125)-2028/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2028/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2028/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Rüstəmov Tutan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-ti Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh Rzayev X1 rayonu, Zağalı ərazisi, Xoşbulaq kəndində qeydiyyatdadır və həmin ünvan Daskəsən rayonunun inzibati ərazi vahidinə aiddir. Məhkəmə iclasında Cavabdeh mülki işin aidiyyatı üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar