Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2030/2022 02.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.179 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 513 manat 48 qəpik, cərimə qismində 485 manat 02 qəpik, cəmi 4.177 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat 78 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.179 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 513 manat 48 qəpik, cərimə qismində 485 manat 02 qəpik, cəmi 4.177 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat 78 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi R.T.Məmmədov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə 07 dekabr 2015-ci il tarixdə bağladığı 006L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13 yanvar 2021-ci il tarixli 006R**********SA saylı, 28 sentyabr 2021-ci il tarixli 006R**********3SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bədinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 fevral 2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 4.820 manat 61 qəpik ödəmiş, onun 3.179 manat 39 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kredit verildiyi tarixdən onun tam qaytarımasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcunu İddiaçı qapalı səhmdar cəmiyyətinə qaytarmadığı üçün 19 avqust 2022-ci il tarixə 210 gün üçün hesablanmış faiz borcu 513 manat 48 qəpik təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,1 faiz məbləğində cəimə ödəməlidir. 19 avqust 2022-ci il tarixə 210 gün üçün hesablanmış cərimə isə 485 manat 02 qəpik təşkil edir. Cavabdeh2 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh3 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti qarşısında öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öhdəlikıərin icrası barədə dəfələrlə xəbərdarlıq edilsə də həmin şəxslərin öhdəliklərin icasını təmin etməmişdir. Buna görə də İddiaçı qapalı səhmdar cəmiyyəti hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi R.T.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddianı etiraf etdiyini və 4.177 manat 89 qəpik məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 dekabr 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçıqapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşmasının və kreditin verilməsi barədə eyni tarixli bank qəbzinin surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,0833% olmaqla, 24 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 8.000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasının 4.2.2 bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 13 yanvar 2021-ci il tarixli 006R**********SA saylı və 28 sentyabr 2021-ci il tarixli 006R**********3SB saylı sazişlərin surətlərindən görünür ki, 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşmasının müddəti 20 dekabr 2022-ci il tarixədək uzadılmışdır. İşdə olan 14 yanvar 2020-ci il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 14 yanvar 2020-ci il tarixli, 006L**********50 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Mülki işdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 19 avqust 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 3.179 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 513 manat 48 qəpik, cərimə qismində 485 manat 02 qəpik, cəmi 4.177 manat 89 qəpik borcu yaranmışdır. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 3.179 manat 39 qəpik, 19 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 513 manat 48 qəpik, cərimə qismində 485 manat 02 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh2 iddianın etirafı qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddianın etiraf olunması təsdiq edilməli, Cavabdeh2 kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli 006R********** saylı kredit razılaşması, həmin razılaşmanın əlavəsi olan 13 yanvar 2021-ci il tarixli 006R**********SA saylı və 28 sentyabr 2021-ci il tarixli 006R**********3SB saylı sazişlər ləğv edilməli, 14 yanvar 2020-ci il tarixli 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.179 manat 39 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 513 manat 48 qəpik məbləğində pul vəsaiti, cərimə qismində 485 manat 02 qəpik, cəmi 4.177 manat 89 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat 78 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh2 tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli 006R********** saylı kredit razılaşması, həmin razılaşmanın əlavəsi olan 13 yanvar 2021-ci il tarixli 006R**********SA saylı və 28 sentyabr 2021-ci il tarixli 006R**********3SB saylı sazişlər ləğv edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 14 yanvar 2020-ci il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.179 (üç min yüz yetmiş doqquz) manat 39 (otuz doqquz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 513 (beş yüz on üç) manat 48 (qırx səkkiz) qəpik, cərimə qismində 485 (dörd yüz səksən beş) manat 02 (iki) qəpik, cəmi 4.177 (dörd min yüz yetmiş yeddi) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 61 (altmış bir) manat 78 qəpik (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2030/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2030/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver