Məhkəmə qərarları › İş №e-2(125)-204/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-204/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-204/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli nağd kredit üzrə 6330.53 əsas və 23.92 manat faiz borcu olmaqla, cəmi 6354.45 (altı min üç yüz əlli dörd manat qırx beş qəpik) manat kredit borcunun, BPM**********12 saylı, xx.xx.2024-cü il tarixli nağd kredit üzrə 3200 manat əsas, 13 manat faiz borcu olmaqla cəmi 3213 (üç min iki yüz on üç manat) manat kredit borcunun, ödənilmiş 115.68 (bir yüz on beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulmasına dair iddia qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X7 "xxxx" ASC ilə bağladığı BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 9100 manat, BPM**********12 saylı, xx.xx.2024-cü il tarixli İstehlak krediti müqaviləsinə əsasən 3200 manat məbləğində nağd kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Gəncə şəhər 2 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 188 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən X4 miras əmlakına dair ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Hesab edirlər ki, X4 "xxxx" ASC ilə bağlamış olduğu müqavilələrə əsasən yaranan borc ödənilməlidir. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş qalan 6330.53 manat əsas, 23.92 manat faiz borcu qalmışdır. xx.xx.2024-cü il tarixli nağd kredit üzrə üzrə maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş qalan 3200 manat əsas, 13 manat faiz borcu qalmışdır Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmədə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X10 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 bildirmişdir ki, Cavabdeh ona qarşı irəli sürülən iddianı qəbul edir, lakin borcu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X5 illik 17%-lə 36 ay müddətinə 9100 manat məbləğində kredit verilmiş, X7 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********12 saylı, xx.xx.2024cü il tarixli İstehlak kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X5 illik 20.9%lə 24 ay müddətinə 3200 manat məbləğində kredit verilmiş, X7 isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə X4 iddiaçı Banka 6330.53 manat əsas, 23.92 manat faiz borcu qalmışdır. İşdə olan maliyyə arayışından görünür ki, BPM**********12 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə X4 iddiaçı Banka 3200 manat əsas, 13 manat faiz borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhər 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixli reyestrdə 2V-45 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X2 qalmış mirasa oğlu-Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras Gəncə şəhəri, Gülüstan Massivi, ev 12, 7 saylı mənzildən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən X5 9100 manat, BPM**********12 saylı, xx.xx.2024-cü il tarixli İstehlak krediti müqaviləsinə əsasən X5 3200 manat məbləğində nağd kredit verilmişdir. X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X7 tərəfindən yuxarıda qeyd edilən kredit müqavilələri üzrə borc tam ödənilməmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlarına əsasən, X4 öldüyü tarixə iddiaçının Banka BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3200 manat əsas, 13 manat faiz borcu, BPM**********12 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 6330.53 manat əsas, 23.92 manat faiz borcu qalmışdır. Ona görə də "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X1 vərəsəsi Cavabdehdur. X1 vərəsəsi Cavabdeh X2 qalmış mirasın aktiv hissəsini qəbul etdiyindən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, öləndən miras qalmış borcu qəbul etdiyi miras həddində ödənilməsi öhdəliyini də daşıyır. Məhkəmə göstərir ki, məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, mərhum X2 miras qalmış əmlakın dəyəri onun borcundan daha yüksək dəyərdədir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, X1 ondan qalmış mirası qəbul etmiş vərəsəsi Cavabdeh ölənin "xxxx" ASC-yə olan kredit borcunu ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh X4 vərəsəsi Cavabdeh BPM**********46 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6330.53 əsas və 23.92 manat faiz borcu olmaqla, cəmi 6354.45 (altı min üç yüz əlli dörd manat qırx beş qəpik) manat kredit borcu və BPM**********12 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3200 manat əsas, 13 manat faiz borcu olmaqla cəmi 3213 (üç min iki yüz on üç manat) manat kredit borcu məbləğində pul alınaraq iddiaçı Banka verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən 115.68 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 116.08 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 6330.53 manat əsas və 23.92 manat faiz borcu olmaqla, cəmi 6354.45 (altı min üç yüz əlli dörd manat qırx beş qəpik) manat kredit borcu və xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3200 manat əsas və 13 manat faiz borcu olmaqla, cəmi 3213 (üç min iki yüz on üç manat) manat kredit borcu, ümumilikdə 9567,45 (doqquz min beş yüz altmış yeddi) manat 45 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (və xidmət haqqının) əvəzi kimi 116.08 (bir yüz on altı manat) 08 qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar