Məhkəmə qərarları › İş №e-2(125)-2041/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2041/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2041/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi, Cavabdeh nağd kredit üzrə 3350,36 manat əsas, 0,01 manat faiz olmaqla ümumilikdə 3350,37 manat borcun, kart limiti üzrə 225,89 manat əsas borcun və ödənilmiş 55,77 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin baxış iclasına gəlməmişlər. İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi (Bankın Problemli kreditlərlə iş departamentinin direktoru) Nümayəndə2 ərizə-vəsatətlə məhkəməyə müraciət edərək həmin mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, mülki işin baxılmamış saxlanılması və Gəncə Şəhər Məhkəməsinə ödənilmiş 55,77 manat dövlət rüsumunun qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı ASC tərəfindən ödənilmiş 55,77 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024; mədaxil qəbzi № **********) dövlət büdcəsindən iddiaçı ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 55,77 (əlli beş manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024; mədaxil qəbzi № **********) dövlət büdcəsindən iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar