Məhkəmə qərarları › İş №e-2(125)-2077/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2077/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2077/2022 28.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.513 manat 96 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 manat 79 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144 manat 60 qəpik, cəmi 18.345 manat 35 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.513 manat 96 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 manat 79 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144 manat 60 qəpik, cəmi 18.345 manat 35 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 83 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 15.513 manat 96 qəpik məbləğində kredit verilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 31 avqust 2022-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 15.513 manat 96 qəpik əsas və 2.686 manat 79 qəpik faiz borcu yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi, 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.513 manat 96 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 manat 79 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144 manat 60 qəpik, cəmi 18.345 manat 35 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. 17 oktyabr 2022-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdiyini və 18.200 manat 75 qəpik məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 20% borc faizləri ödəməsi şərtilə, 83 ay müddətinə 15.513 manat 96 qəpik məbləğində kredit vermişdir. İşdə olan 28 oktyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 28 oktyabr 2021-ci il tarixdə 15.513 manat 96 qəpik məbləğində pul vəsaitini İddiaçı açıq səhmdar cəmiyyətindən almışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətin borcu ödənilməmiş əsas borcun əvəzi qismində 15.513 manat 96 qəpik, 31 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 manat 79 qəpik, cəmi 18.200 manat 75 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 15.513 manat 96 qəpik, 31 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 manat 79 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilməli, Cavabdeh 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə, kreditor isə müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.513 manat 96 qəpik, 31 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 manat 79 qəpik, cəmi 18.200 manat 75 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 144 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 28 oktyabr 2021-ci il tarixli, RGTK4333309A127 nömrəli kredit üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 15.513 (on beş min beş yüz on üç) manat 96 (doxsan altı) qəpik, 31 avqust 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.686 (iki min altı yüz səksən altı) manat 79 (yetmiş doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 144 (bir yüz qırx dörd) manat 60 (altmış) qəpik, cəmi 18.345 (on səkkiz min üç yüz qırx beş) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar