Məhkəmə qərarları › İş №e-2(125)-2099/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2099/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2099/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh2 18000 manat pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 144 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC-nin Gəncə şəhər filialının X15 müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, İddiaçı "xxxx" ASC-nin Gəncə şəhər filialının X6 ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx.xx.2017-ci il tarixdə 22000 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin Gəncə şəhər filialının X15 inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib İddiaçı xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmin tarixdə pulların guya İddiaçı ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli, 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Bu əməlinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmü ilə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İstintaq zamanı İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı bildirmişdir ki, anasının xəstəliyi ilə əlaqədar olaraq ona pul lazım olduğundan "xxxx" ASC-nin Gəncə şəhər filialına kredit ilə bağlı müraciət etmiş, lakin Cavabdeh2 4000 manat məbləğində ona pul vermişdir. İddiaçı Cavabdeh2 ona verdiyi həmin 4000 manat məbləğində pulun onun adına kredit kimi rəsmiləşdirildiyini hesab etmişdir. Lakin Cavabdeh2 həmin pulun kredit kimi rəsmiləşdirmədiyini bildirmişdir. xx.xx.2017-ci il tarixli, 500 saylı qəbzə əsasən İddiaçı "xxxx" ASC-nin Gəncə filialına 22000 manat mədaxil etmiş ona cari bank hesab açılmış və hesab üzrə heç bir əməliyyat aparılmamışdır. Cavabdeh2 tərəfindən 4000 manat məbləğində İddiaçı pul verildiyi təsdiqləndiyindən tələbləri 22000 manat məbləğində pulun deyil, 18000 manat pulun cavabdehlərdən tutulub İddiaçı verilməsidir. Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. Cavabdeh2 iddiaçıdan banka qoymaq adı ilə pul alması və mənimsəməsinin işəgötürənin (bankın) tapşırığı əsasında yerinə yetirdiyi əmək funksiyasının icrası ilə bağlıdır. Çünki ziyanın Cavabdeh2 əmək vəzifələrinin icrası ilə bağlı vurulması Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(100)- 11/2019 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Ona görə də "xxxx" ASC-dən 18000 manat pulun tutularaq İddiaçı verilməsi barədə tələbləri qanuni və əsaslıdır. Tərəflər arasında yaranmış mübahisə cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilməlidir. Qanuni qüvvəsini almış məhkəmə hökmü üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və hökm əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının müraciətinə əsasən bankın “Gəncə” filialında onun adına hesab açmış, həmin hesaba mədaxil etmək adı ilə İddiaçı xx.xx.2017-ci il tarixdə 22000 manat pulu bankın X15 inzibati binasında alaraq həmin pulu iddiaçının bankda qeyd olunan hesabına mədaxil etməyərək şəxsi ehtiyaclarına xərcləməklə İddiaçı məxsus xeyli miqdarda əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X10 iddianı banka qəbul etməyib bu barədə məhkəməyə yazılı münasibətlərini də ünvanladıqlarını bildirərək izahatında göstərdi ki, sözügedən məbləğin bankla heç bir əlaqəsi yoxdur. İddiaçı və Cavabdeh2 bir-birilərini şəxsən tanımışlar. Bankın bu məsələdə heç bir marağı yoxdur. İddianın "xxxx" ASC-yə münasibətdə rədd olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki penitensiar müəssisəsində cəza çəkən Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(104)-139/2019 saylı qərarının surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-11/2019 saylı hökmündən məhkum Cavabdeh2, onun müdafiəçisi X1 və zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh2 barəsində 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. "xxxx" tərəfindən müştəri İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-də İddiaçı adına AZ74İBAZ******************** nömrəli hesab açılmışdır. "xxxx" tərəfindən verilmiş əmanət kitabçasının surətindən görünür ki, İddiaçı adına ******************** hesab nömrəsi açılmışdır. xx.xx.2017-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı məxsus ******************** nömrəli hesabdan 21657 manat vəsait məxaric edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, zərərçəkmiş şəxs İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli, 500 saylı mədaxil qəbzinin surəti və onun məhkum olunmuş Cavabdeh2 Tofiq oğlu ilə üzləşdirmə protokolları cinayət işinin materiallarında aşkar edilməmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin (İİ-cild səh 189-192) materiallarında olan şahid X4 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi tanımışdır. Sevil xx.xx.2017-ci ildə hesabından 21657 manat pul məxaric etmiş və o, bu məxarici sistemə işləmişdir. Daha sonra is üstünü düzəldərək pul qoyacağını bildirib çıxıb getmişdir. Daha sonra İddiaçı Şöbəyə qayıdaraq hesabına 22000 manat pul qoymaq istədiyini bildirmişdir. Həmin vaxt cəlil onu yanına çağıraraq sənədləşmə işləri aparmış və sayını bilmədiyi məbləğdə pulu ondan alaraq əmanət kitabçasını yazmış və müqavilə imzalatmışdır. O, həmin vaxt başqa müştəri ilə məşğul olduğunqdan İddiaçı sənədləşmə işlərini Cəlilin özü gördüyünü görsə də nə yazdığını bilməmişdir. Cinayət işinin (İİ-cild səh 201) materiallarında olan şahid X7 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi tanımışdır. Sevil xx.xx.2017-ci ildə hesabından 21657 manat pul məxaric etmiş, əməliyyat işləri aparıldıqdan sonra o, kassadan həmin pulu qəbz əsasında Sevilə təhvil vermişdir. Daha sonra Sevil çıxıb getmişdir. Onun hasebına 22000 manat pul mədaxil etməsini xatırlamır. Cinayət işinin (İİ-cild səh 164) materiallarında olan İddiaçı izahatında göstərmişdir ki, O, əvvəllər X9 filialında özünə hesab açdıraraq 21657 manat pul yığmış, sonradan 2017-ci ilin oktyabr ayında hmin pulu hesabdan götürüb elə həmin gündə X11 Gəncə filialında əvvəllər oranın işçisi kimi tanıdığı Cəlil müəllimə vermişdir ki, onun hesabına yatırsın və ondan sonra müəyyən sənədlərə Cəlil müəllimin iştirakı ilə imzalamışlar. Cinayət işinin (İİ-cild səh 192) materiallarında olan təqsirləndirilən şəxs Cavabdeh2 ifadəsindən görünür ki, İddiaçı onun tanışıdır. O, ona müraciət edərək hesabına 22000 manat məbləğində pulu hesabına qoymaq istəmiş, o, ona narahat olmamağını demiş və sənədləşməni özü edəcəyini bildirmişdir. 22000 manat pulu ondan alsa da hər hansı bir məbləğdə depozitə pul qoymayaraq həmin pulu özünə götürmüşdür. Daha sonra onu inandırmaq üçün şöbəyə çağıraraq müəyyən sənədləri imzalatmışdır. 2018-ci ilin fevral ayında o hesabından 4000 manat pul lazım olduğunu bildirdiyi üçün o, özü düzəltdiyi 4000 manat pulu ona vermişdir ki, şübhələnməsin. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə səzasına məhkum edilmişdir. Qeyd olunan sinayət işi üzrə Cavabdeh2 zərərçəkən şəxs (hazırki iddiaçı) İddiaçı da 22000 manat pulunu dələduzduq yolu ilə ələ keçirməsində təqsirli bilinmiş və ona verilmiş ittihamda təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə X5 Beynəlxalq Bankın depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası ilə işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə İddiaçı təqdim edib vəzifə saxtakarlığı törətdiyi göstərilmişdir. İddiaçı iddia etmişdir ki, Cavabdeh2 "xxxx" ASC-nin “Gəncə” filialının müdiri vəzifəsində işlədiyindən, vurduğu ziyan əmək vəzifələrinin icrası zamanı baş verdiyindən "xxxx" ASC işçisinin vurduğu ziyana görə məsuliyyət daşımalıdır. İddiaçı Cavabdeh2 bankın adından müəyyən sənədləşmə işləri apardığını və bu barədə 500 nömrəli qəbz verildiyini iddia etsə də bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunan 500 nömrəli qəbzin surətinin məhkəməyə təqdim olunması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə sorğu verilmiş, cavab olaraq cinayət işinin materiallarında belə bir qəbzin mövcud olmadığı qeyd edilmişdir. Bununla yanaşı məhkəmə tərəfindən cinayət işinin materiallarına baxış keçirilmiş, baxış zamanı bankın adından İddiaçı belə bir qəbz verilməsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-in 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi Cavabdeh2 ilə iddiaçı arasında bankın adından müəyyən sənədləşmə işləri aparılması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə işin müəyyən olunmuş halları və araşdırılmış sübutlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbi "xxxx" ASC-yə münasibətdə təmin edilməməli, Cavabdeh2 18000 manat pul tutularaq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 144 manat dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 18000 (on səkkiz min) manat pul və 144 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar