Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-211/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı xx.xx.2016-cı tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən LPO olan İddiaçı ASC qarşısında 41.630 manat əsas borc, 17.747 manat 36 qəpik faiz borcu, 10.386 manat 66 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764 manat 02 qəpik borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 300 manat dövlət rüsumunun A.R.Bayramlıdan tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Bayramlı (Yusubova) Aynur Rəşid qızının mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi, S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3cü mərtəbəsində yerləşən, 90,6 kvadrat metr sahəsi olan 19 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Bayramlı (Yusubova) Aynur Rəşid qızının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Bayramlı (Yusubova) Aynur Rəşid qızından tutularaq LPO İddiaçı ASCnin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Bayramlı (Yusubova) Aynur Rəşid qızı arasında xx.xx.2016-cı tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 16 ay müddətinə 41.630 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Bayramlı (Yusubova) Aynur Rəşid qızının mülkiyyətində olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2016-cı tarixli 288 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 3.4.1-ci maddəsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Bayramlı (Yusubova) Aynur Rəşid qızı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda İddiaçı ASC ilə cavabdeh Bayramlı (Yusubova) Aynur Rəşid qızı arasında bağlanmış xx.xx.2016-ci tarixli 289 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə cavabdeh Bayramlı (Yusubova) Aynur Rəşid qızının ləğv prosesində olan İddiaçı ASC qarşısında 41.630 əsas borc, 17.747 manat 36 qəpik faiz borcu, 10.386 manat 66 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764 manat 02 qəpik məbləğində borc öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramda Cavabdeh iş üzrə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Yusubova (Bayramlı) Aynur Rəşid qızına 16 ay müddətinə illik 0 faiz dərəcəsi ilə mənzil təmir etdirmək məqsədilə 41.630 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2016-cı il tarixli 288 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Yusubova (Bayramlı) Aynur Rəşid qızı özünə məxsus olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********023 nömrəli maliyyə arayışının surətindən görünür ki, Yusubova (Bayramlı) Aynur Rəşid qızının İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 41.630 manat əsas borc, 17.747 manat 36 qəpik faiz borcu, 10.386 manat 66 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 69.764 manat 02 qəpik borcunun olduğu qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Mülki iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarından görünür ki, İddiaçı ASC-nin məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC və Yusubova (Bayramlı) Aynur Rəşid qızı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC Yusubova (Bayramlı) Aynur Rəşid qızına 16 ay müddətinə illik 0 faiz dərəcəsi ilə mənzil təmir etdirmək məqsədilə 41.630 manat məbləğində pul vəsaitini borc verməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminat üsulu kimi Yusubova (Bayramlı) Aynur Rəşid qızı özünə məxsus olan Xırdalan şəhəri, Quşçuluq massivi S.Bəhlulzadə küçəsi, A bloklu, 7 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 90.6 kv/m sahəsi olan 19 nömrəli mənzili xx.xx.2016-cı il tarixli 288 nömrəli ipoteka müqaviləsi ilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Sonradan LPO İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin LPO İddiaçı ASC tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 289 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərinin icra etməsini və daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Bundan başqa, Cavabdeh iddia müddətinin tətbiqinə dair teleqramla məhkəməyə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 2001-ci il 27 dekabr tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarlar). Qanunvericiliyin tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi iddia müddətinin tətbiq edilməsi üçün ilk növbədə iddiaçının cavabdehdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnun olduğu, daha sonra isə həmin öhdəliklər üzrə iddiaçının hüquqlarının pozulduğu müəyyən edilməlidir. Əks halda iddia müddətinin tətbiqi qanunauyğun deyildir. Hazırki halda LPO İddiaçı ASC xx.xx.2016-ci tarixli 289 nömrəli kredit müqaviləsini məhkəməyə təqdim etsə də, həmin müqavilə üzrə öz öhdəliklərini icra etməklə razılaşdırılmış məbləğdə pul vəsaitini Cavabdeh verməsini və bununla da Cavabdeh borcun qaytarılmasını tələb hüququnun yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-211/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-211/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver