Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2144/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, QK-00025-01/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixə ödənilməmiş 824,02 (səkkiz yüz iyirmi dörd manat iki qəpik) manat əsas borc, 37,18 (otuz yeddi manat on səkkiz qəpik) manat faiz borcu və 18,5 (on səkkiz manat əlli qəpik) manat dəbbə pulu, ümumilikdə 879,7 (səkkiz yüz yetmiş doqquz manat əlli qəpik) manat məbləğində, borcun iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixdə QKG-00025-01/22A saylı girov müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh 1 ədəd 583 əyar 14,65 qram qolbaq, 1 ədəd 880 əyar 5 qram qəpik, 1 ədəd 583 əyar 5,32 qram sırğa, 1 ədəd 583 əyar 4,3 qram olan üzüyə tutmanın yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, girov ilə təmin edilmiş kredit borcunun həmin girov predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan qızıl-zinət əşyaları satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda məlum olmuşdur ki, sözügedən mülk iş ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxıla bilməz. Belə ki, AZMİS - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh Kəlbəcər, Sarıdaş kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin qanuna əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi, cavabdehin qeydiyyatda olduğu yer Kəlbəcər rayonunun ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakim özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydiyyat ünvanı Kəlbəcər rayonunun inzibati ərazisində yerləşdiyindən hazırki tələbə aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxıla bilməz, qeyd olunan mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 32.3, 44.2.2, 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması” tələbinə dair e-2(125)-2144/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2144/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2144/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver