Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2147/2024 12.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki Gəncə Şəhər Məhkəməsinin inzibati binasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək ona məxsus **- BU-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı “Aveo” model minik avtomobilinə vurduğu 5296 (beş min iki yüz doxsan altı) AZN, müstəqil ekspertin xidmət haqqının ödənişi olaraq 105 (bir yüz beş) AZN olmaqla, cəmi 5401 (beş min dörd yüz bir) AZN məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Gəncə şəhəri ərazisində ona məxsus **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı, “Aveo” model minik avtomobili ilə hərəkət edən zaman Cavabdeh idarə etdiyi avtomobilin yol hərəkət qaydalarını pozması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş və ona məxsus **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı “Aveo” model minik avtomobilinə zərər dəymişdir. Müstəqil ekspertin verdiyi rəyə əsasən avtomobilinə dəymiş zərərin məbləği 5296 (beş min iki yüz doxsan altı) AZN müəyyən edilmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlayıb qəza nəticəsində avtomobilinə vurduğu maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, cavabdeh onun avtomobilinə vurduğu zərərin əvəzini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, hadisənin baş verməsindən 1 il keçməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş edilməmişdir. Belə ki, 2023-cü ilin dekabr ayında Fikrət Əmirov parkının yanında cavabdeh “Nissan Note” markalı, **-DD- *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə edərək, ona məxsus olan “Chevrolet-Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, hadisə nəticəsində ona məxsus avtomobil yararsız hala düşmüş, o cümlədən ətrafda yerləşən zibil qutuları da əzilmişdir. Hadisə yerinə DYPŞ-nin əməkdaşları gəlmiş və yol-nəqliyyat qaydalarının pozulması ilə bağlı cavabdeh barəsində protokol tərtib etmişlər. Cavabdehin Cavabdeh əri Nümayəndə ilə əlaqə saxlamışdır. Yol-nəqliyyat hadisəsi zamanı üçüncü predmet olan zibil qutularına zərər dəydiyi üçün onu cavabdeh olan xanımın sığorta şirkətinə yönəltmişlər. Sığorta şirkətindən ilk əvvəl ona 1390 manat, daha sonra isə dəymiş zərərlə bağlı 2000 manat təklif etmişlər. Lakin, avtomobilinə dəymiş zərərin məbləği çox olduğu üçün təklif edilən məbləğlərlə razılaşmamışdır. Sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 9/4277 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Odur ki, iddia tələbinin rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, Cavabdeh tərəfindən 26 dekabr 2023cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “stop-dayan” işarəsinə əməl edilməmiş, qarşıya çıxan zaman cavabdeh yox, iddiaçı cavabdehə məxsus avtomobilə dəymiş, beləliklə, cavabdehə məxsus avtomobil həmin zərbədən sonra parkın içərisinə gedib çıxmışdır. Hadisə ilə bağlı parkda yerləşən zibil qutularına dəymiş zərər ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 24 aprel 2024-cü il tarixli, 98/104-34/24 nömrəli məktubunda sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus “Chevrolet Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 3500,00 manat məbləğində müəyyən edilmiş və iddiaçıya təklif edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024cü il tarixli, 9/4277 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4100,00 manat təşkil etdiyi qeyd edilmişdir. Həmin məbləğin 3500 manatını sığorta qarşılayacaqdır, qalıq qalan 600 manatı isə cavabdeh ödəməyə razıdır. Odur ki, iddia tələbinin qeyd etdiyi formada təmin edilməsinə etiraz etmir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 28 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli X4 Protokol”dan görünür ki, 26 dekabr 2023-cü il tarixdə, saat 16:50-də “Nissan Note” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X5 haqqında 28 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 16:50-də “Nissan Note” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Avtomotoservis və ticarət istehsalat birliyi Avtomotoservis və ticarət Gəncə Müəssisəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 66/10 nömrəli qüsur aktı-rəydən görünür ki, “Chevrolet-Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı ağ rəngli, 2011-ci il buraxılışlı, BAN № KL1SF69D9BB298890 olan avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla, 5296 manat zərər dəymişdir. Gəncə "xxxx" Müəssisəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, yol-nəqliyyat qəza yerinə gedib avtomobilə toxunulmuş ziyanı hesablayıb smeta-akt-rəy hazırlamaq komisyon xidmət haqqı 105 manat təşkil etməklə, ödənilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, iddiaçı avto-nəqliyyat hadisəsinə görə 5401 manat pulun onun xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinin ərazisində idarə etdikləri avtomobillər toqquşmuş nəticə də onun da avtomobili zərər görmüşdür. Onun avtomobilin icbari sığortası vardır, hansı ki, onun mülki məsuliyyəti sığortalanmışdır. İddiaçının ona qarşı olan iddiası başa düşən deyildir və təmin olunmamalıdır. İddiaçının ondan 5401 manat tələb etməsi əsassızdır. Odur ki, iddianın təmin olunmaması haqqında qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 24 aprel 2024-cü il tarixli, 98/104-34/24 nömrəli məktubunda Nümayəndə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (ləğv prosesində) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Nissan Note markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə Chevrolet Aveo markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və Gəncə şəhər Mənzil Kommunal İstehsalat Birliyinə məxsus zibil qutularına maddi zərər yetirmişdir. Sığorta hadisəsi nəticəsində Chevrolet Aveo markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 3500 manat məbləğində müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-2147/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 9/4277 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Gəncə “Avtomotoserviz və ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınamaqla, 2011-ci il buraxılışlı, “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4100,00 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində saat 16:50 radələrində Cavabdeh idarə etdiyi “Nissan Note” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı məxsus “Chevrolet-Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə İddiaçı məxsus “Chevrolet-Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ekspertizanın rəyinə əsasən 4100 manat zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh iddiaçıya vurmuş olduğu maddi ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ona məxsus olan avtomobilə vurduğu zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etmədiyini, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 9/4277 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu bildirərək, iddia tələbinin rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi isə iddia tələbinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun təmin edilməsinə etiraz etmədiyini, lakin həmin məbləğin 3500 manatının sığorta şirkəti tərəfindən ödəniləcəyini, 600 manatı isə cavabdehin ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 5296 (beş min iki yüz doxsan altı) manat məbləğ tələb etməsinə və Azərbaycan Respublikası Avtomotoservis və ticarət istehsalat birliyi Avtomotoservis və ticarət Gəncə Müəssisəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 66/10 nömrəli qüsur aktı-rəyində “Chevrolet-Aveo” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı ağ rəngli, 2011-ci il buraxılışlı, BAN № KL1SF69D9BB298890 olan avtomobilə sərbəst bazar qiymətlərini nəzərə almaqla, 5296 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 4100 (dörd min yüz) manat müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında həmin rəyə uyğun iddia tələbinin təmin olunmasına razılığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 9/4277 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4100 (dörd min yüz) manat məbləğində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 74,60 (yetmiş dörd manat altmış qəpik) manat dövlət rüsumunun 61 (altmış bir) manat hissəsi Cavabdeh aid edilməli və ondan alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Məhkəmə o cümlədən qeyd edir ki, Gəncə "xxxx" Müəssisəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli mədaxil qəbzinə əsasən, yol-nəqliyyat qəza yerinə gedib avtomobilə toxunulmuş ziyanı hesablayıb smeta-akt-rəy hazırlamaq komisyon xidmət haqqı 105 manat təşkil etməklə, iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının xahişi nəzərə alınmaqla, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 105 (bir yüz beş) manatın 78 (yetmiş səkkiz) manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi kimi 4100 (dörd min yüz) manat, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manatı və avtomaşına dəyən ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı müstəqil ekspertə ödənilmiş xidmət haqqının 78 (yetmiş səkkiz) manatı olmaqla, cəmi 4239 (dörd min iki yüz otuz doqquz) manat tutularaq, İddiaçı ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2147/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2147/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver