Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2149/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın nümayəndəsi Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bank Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli, **********24014 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 5163,34 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi, 326,22 ABŞ dolları məbləğində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penya olmaqla, cəmi 5489,56 ABŞ dolları məbləğində pul vəsaitinin və 114 manat məbləğində dövlət rüsumunun ASC “Xalq” Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə 38 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı Cavabdeh və ipoteka qoyan Nümayəndə2 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,019 ha torpaq sahəsinin və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 61,7 kv.m yaşayış, 63,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 125,2 kv.m təşkil edən 45 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 14 oktyabr 2014-cü il tarixli **********24014/01/İP nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi (iddia tələbinin həcminin artırılması haqqında xx.xx.2018-ci il tarixli ərizə ilə edilmiş dəyişikliklər nəzərə alınnmaqla) ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, 14 oktyabr 2014-cü il tarixli **********24014/01/İP nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Nümayəndə2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Səməd Vurğun küçəsində yerləşən 0,019 ha torpaq sahəsinə və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, 61,7 kv.m. yaşayış, 63,5 kv.m. yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 125,2 kv.m təşkil edən 45 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsini və kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 27968,48 ABŞ dolları məbləğində əsas borcunun, xx.xx.2017ci il tarixə kreditdən istifadəyə görə illik 18 % dərəcəsi ilə hesablanmış 7012,01 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunun, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 2686,53 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin, cəmi 37667,02 ABŞ dollarının və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)- 18/2018 nömrəli qətnaməsi ilə bankın iddia tələbləri qismən təmin edilərək, Cavabdeh 27968,48 ABŞ dolları məbləğində əsas borcu və 1052,99 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 29021,47 ABŞ dollarının manat ekvivalentində və 30 manat məbləğində rüsumun tutulması, tutmanın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilmiş yuxarıda göstərilən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalan iddiaçı ASC “Xalq” Bankı və cavabdeh İ.H.Həmzəyev tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-266/2020 nömrəli qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun 1052,99 ABŞ dolları məbləğində tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 7012,01 ABŞ dolları məbləğində müəyyən edilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsinə dair hissəsində isə dəyişdirilərək həmin məbləğ 50000 manat məbləğində müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalan cavabdeh İ.H.Həmzəyev tərəfindən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-317/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmiş və faiz borcu 6039,44 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-317/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh İ.H.Həmzəyev qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmiş cəmi 34007,92 ABŞ dolları məbləğində borcu hissəhissə ödənişlər aparılmaqla xx.xx.2023-cü il tarixdə tam şəkildə banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq, kredit müqaviləsinin 6.2-ci bəndinə və Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) qeyd olunan hüquqi mövqeyinə əsasən cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2018-ci il tarixdən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-18/2018 nömrəli qətnaməsinin qəbul edildiyi xx.xx.2018-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 326,22 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 5163,34 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın ümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən 2016-2021-ci illər ərzində heç bir ödəniş edilməmiş, 2022-ci ildə əsas borc ödənilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, bu gecikdirmə hesab olunmamalıdır. Ali Məhkəmənin qərarını icra etməmiş, evi satmamışdırlar. Ona demişdirlər ki, “Qoca adamsınız, az-az ödəyin pulu.” 22000 manat pul ödəmişdirlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2014-cü il tarixli, **********24014 nömrəli kredit müqaviləsi və ona əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% olmaqla 38000 ABŞ dolları məbləğində kredit verilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-18/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh və X1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 27968,48 ABŞ dolları və 1052,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 29021,47 ABŞ dolları milli manat ekvivalentində pul və 30 manat dövlət rüsumu tutulması, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, S.Vurğun küçəsi, 45 nömrəli fərdi yaşayış evi və 0,019 ha torpaq sahəsinə yönəldilməsi, həmin ev açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)- 266/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh və X1 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-18/2018 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC və cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 18/2018 saylı qətnaməsi Cavabdeh 1052,99 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 7012,01 ABŞ dolları olmaqla, Cavabdeh 27968,48 ABŞ dolları və 7012,01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 34980,49 ABŞ dolları milli manat ekvivalentində pul tutulması, qətnamə fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat dəyərində müəyyən edilməsi hissəsində dəyişdirilmiş və həmin məbləğ 50000 manat müəyyən edilmiş, qətnamə iddia tələbinin fərdi yaşayış evi satıldıqdan sonra orda yaşayan Nümayəndə2, Cavabdeh və X2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində evi tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilmiş, fərdi yaşayış evi satıldıqdan sonra orda yaşayan Nümayəndə2, Cavabdeh və X2, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində evi tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-317/2021 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-266/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi dəyişdirilmiş, faiz borcu 6039,44 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamənin digər hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/3446 nömrəli rəydən görünür ki, Cavabdeh "xxxx" ASCyə olan illik 5%-lə olan borcu 6487,13 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçı borcun ödənildiyi xx.xx.2022-ci il tarixə kimi illik beş faiz dərəcəsi ilə əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehlə aralarında bağlanmış 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-18/2018 nömrəli qətnaməsinin qəbul edildiyi xx.xx.2018-ci il tarixədək hesablanmış 326,22 ABŞ dolları penyanın tutulmasını tələb etmişdir. Halbuki, həmin dövrə görə müqavilə üzrə borcun tutulması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, qətnamə qəbul olunduqdan sonra qətnamədən əvvəlki dövr üzrə penyanın tutulmasına hüquqi əsas olmadığından iddia tələbi həmin hissədə əsassızdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 5163,34 ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 107,78 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 oktyabr 2014-cü il tarixli **********24014 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq 5163,34 (beş min yüz altmış üç dollar 34 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 107,78 manat alınaraq iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankın xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2149/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2149/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver