Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2153/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, 06 mart 2018-ci il tarixli, MB/2524 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8015,35 manat əsas kredit borcu, 4211,34 manat faiz borcu, 586,29 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən illik 5%-lə hesablanmış 1137,75 manat faiz borcu olmaqla, cəmi 13950,73 manat borcun, həmçinin 131,85 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə-vəsatət təqdim edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi üzrə borcun tam bağlandığını bildirmiş, iddia ərizəsinin baxılmamış saxlanılması, həmçinin ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması və qeyd etdiyi bank hesabına (alan: adı: Ləğv prosesində olan İddiaçı ASC, VÖEN: **********, İBAN: AZ68NABZ********************, alanın Bankı: Bankın adı: Azərbaycan Respublikası Mərkəzi Bankı, Kod: 501004, VÖEN: **********, M/h: AZ74NABZ********************, SWİFT: NABZAZ2C) köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmənin baxış iclasına gəlməmişlər. Məhkəmə, iddiaçı tərəfin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. MPM-in 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərdir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı ASC tərəfindən ödənilmiş 131,85 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən iddiaçı ASC-yə qaytarılmalıdır. Məhkəmə xərclərlə bağlı həmçinin qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ekspertlərin təyin edilməsi məhkəmənin təşəbbüsü ilə edildikdə tələb olunan məbləğ tərəflərin hər ikisindən bərabər qaydada tutularaq məhkəmənin depozitinə keçirilməlidir. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılması nəzərə alınaraq 100 manat məbləğində ekspertiza xərcinin yarısı iddiaçıya, yarısı cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 131,85 (bir yüz otuz bir manat səksən beş qəpik) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2024; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən Ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılsın. Keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi Ləğv prosesində olan İddiaçı ASC-dən və 50 (əlli) manat hissəsi isə Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2153/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2153/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver