Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2154/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, 800804-306426/2 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 3193,52 manat, faiz borcu üzrə 392,38 manat olmaqla, cəmi 3585,90 manat pul vəsaitinin və 56,26 manat dövlət rüsumunun əvəzinin tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 800804-306426/2 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 4100 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2025-ci il tarixinədək hər ay 152,37 manat, sonuncu ay isə 151,78 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 28 fevral 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3193,52 manat məbləğində əsas bоrc və 392,38 manat faiz borcu оlmaqla, cəmi 3585,90 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərsə də, lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, kassa məxaric orderinə və hesabdan çıxarışlara görə Bank borcalana 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə 4100 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə uyğun olaraq Bank müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə borcalana kredit verməyi, borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarmağı, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci bəndinə görə kreditin borcalan tərəfindən qaytarılması və kredit üzrə faizlərin ödənilməsi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Müqavilənin 2.10-cu bəndinə görə bu müqavilədə və müqavilənin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 (sıfır tam onda beş) faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilir. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə əks olunmamış tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, fors-major halları, mübahisələrin həlli qaydası və bu müqavilədən irəli gələn digər münasibətlər Ümumi Şərtlərlə tənzimlənir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.1-ci bəndinə görə ümumi şərtlər və müqavilə ilə nəzərdə tutulan hallarda və qaydada kredit üzrə əsas borcun, o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı Banka ödənilməli olan faiz borclarını, ödənişlərin gecikdirilməsinə görə faizləri (gecikdirilmə faizləri), həmçinin dəbbə pulunu (cərimə, penyanı) dərhal qaytarılmasını tələb etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.16-cı bəndinə görə borcalan bu Ümumi Şərtlər və Müqavilə üzrə öhdəliklərini, habelə Bank qarşısında olan digər öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, xidmət haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görmək (kartın bloklaşdırılması, kredit xətti limitinin sıfırlanması və s.) və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.6.1-ci və 2.2.6.1.2-ci bəndlərinə görə Bank borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında Ümumi Şərtlər və Müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 800804-306426/2 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 3193,52 manat əsas, 392,38 manat faiz olmaqla, cəmi 3585,90 manat borcu yaranmışdır. Beləliklə, müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıq göndərilərək, ona 800804- 306426/2 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək, bankın hesabladığı əsas və faiz borcunun məbləğini şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Beləliklə, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və müqavilə müddətində əsas borca hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 56,26 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 800804-306426/2 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3193,52 manat əsas borc və 392,38 manat faiz borcu olmaqla, cəmi 3585,90 manat (üç min beş yüz səksən beş manat, doxsan qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,26 manat (əlli altı manat, iyirmi altı qəpik) pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2154/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2154/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver