Məhkəmə qərarları › İş №e-2(125)-2172/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2172/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2172/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Cavabdeh1 və Cavabdeh2 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli krеdit müqaviləsi üzrə 1236,08 manat məbləğində əsas bоrc və 149,89 manat faiz borcu оlmaqla, cəmi 1385,97 (bir min üç yüz səksən beş manat doxsan yeddi qəpik) manat borcun və 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 19,5 faiz dərəcəsi ilə 3030 (üç min otuz) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh2 arasında 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissəhissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 29 fevral 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1236,08 manat məbləğində əsas bоrcu və 149,89 manat faiz borcu оlmaqla, cəmi 1385,97 (bir min üç yüz səksən beş manat doxsan yeddi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli krеdit müqaviləsindən görünür ki, müqaviləyə görə Bank Borcalana 3030 (üç min otuz) manat məbləğində kredit verməyi, Borcalan isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 19,5 faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. Kredit 36 ay müddətinə verilir. Kredit şəxsi istehlak məqsədi üçün verilir. 29 fevral 2024-cü il tarixli, 001/007/1140/2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank ilə bağlanmış 01 noyabr 2021-ci il tarixli, 800804-859423/4 nömrəli kredit müqaviləsinə əsasən 19,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 3030 (üç min otuz) manat məbləğində kredit götürmüşdür. 29 fevral 2024-cü il tarixinə Borcalanın Banka 1236,08 manat əsas borc və 149,89 manat faiz borcu olmaqla, cəmi 1385,97 (bir min üç yüz səksən beş manat doxsan yeddi qəpik) manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 120 gün təşkil edir. 01 noyabr 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 3030 (üç min otuz) manat məbləğində pulu imza edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Zamin Borcalanın 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Bankla Borcalan qarşısında bağlanmış 01 noyabr 2021-ci il tariхli, 800804-859423/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən Bank Borcalana istehlak məqsədi ilə illik 19,5 faiz dərəcəsi ilə 36 ay müddətinə 3030 manat məbləğində kredit verir. xx.xx.2024-cü il tarixli, 800/800/0008/2024 nömrəli cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. Kreditin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1236,08 (bir min iki yüz otuz altı manat səkkiz qəpik) manat əsas borc, 149,89 (bir yüz qırx doqquz manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1385,97 (bir min üç yüz səksən beş manat doxsan yeddi qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1236,08 (bir min iki yüz otuz altı manat səkkiz qəpik) manat əsas borc, 149,89 (bir yüz qırx doqquz manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1385,97 (bir min üç yüz səksən beş manat doxsan yeddi qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş 34,26 (otuz dörd manat iyirmi altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar