Məhkəmə qərarları › İş №e-2(125)-2172/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2172/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2172/2025 15.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1144,24 manat, faiz borcuna görə 106,16 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 1250,4 manat məbləğində pulun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, Tələblərin xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adıçəkilən qızıl-zinət əşyasına yönəldilməsi: Sep- 1 ədəd,çəkisi – 4,6 qr,əyarı -583, Sırqa-üzük-dəst(b)- 1 ədəd,çəkisi – 12,1 qr,əyarı -583, Klon(b)- 1 ədəd,çəkisi – 4 qr,əyarı -583, Cəmi: 20,7 qr. Həmin qızıl-zinət əşyasını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1250,4 manat məbləğində pulun və 33 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı ASCnin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB- 15834 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 1415 manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci bəndi) Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASCnin «Gəncə» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB- 15834 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adı çəkilən qızıl-zinət əşyası girov qoyulmuşdur:Sep- 1 ədəd,çəkisi – 4,6 qr,əyarı -583, Sırqa-üzük-dəst(b)- 1 ədəd,çəkisi – 12,1 qr,əyarı -583, Klon(b)- 1 ədəd,çəkisi – 4 qr,əyarı -583, cəmi: 20,7 qr. xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 27-dən gec olmayaraq ayda 78,39 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eynizamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1144,24 manat, faiz borcuna görə 106,16 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 1250,4 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehə xəbərnaməli məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 1415 manat məbləğində cavabdehə kredit verilmişdir.Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASCnin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adı çəkilən qızıl-zinət əşyası girov qoyulmuşdur:Sep- 1 ədəd,çəkisi – 4,6 qr,əyarı -583, Sırqa-üzük-dəst(b)- 1 ədəd,çəkisi – 12,1 qr,əyarı -583, Klon(b)- 1 ədəd,çəkisi – 4 qr,əyarı -583, cəmi: 20,7 qr. xx.xx.2025-ci iltarixli maliyyə arayışından müəyyən edilir ki. xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı müqaviləyə görə cavabdehin 1144,24 manat əsas və 106,16 manat faiz borcu olmaqla, cəmi 1250,40 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279–cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara(ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC borclu Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1144,24 manat, faiz borcuna görə 106,16 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 1250,4 manat məbləğində pulun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, Tələblərin xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adıçəkilən qızıl-zinət əşyasına yönəldilməsi: Sep- 1 ədəd,çəkisi – 4,6 qr,əyarı -583, Sırqa-üzük-dəst(b)- 1 ədəd,çəkisi – 12,1 qr,əyarı -583, Klon(b)- 1 ədəd,çəkisi – 4 qr,əyarı -583, Cəmi: 20,7 qr. Həmin qızıl-zinət əşyasını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1250,4 manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən ödənilmiş 33 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 216-220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsinə əsasən yaranan 1144,24 manat məbləğində əsas borc, 106,16 manat məbləğində faiz borcu olmaqla, cəmi 1250,40 (bir min iki yüz əlli) manat 40 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33 (otuz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Borcun tutulması xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Gəncə» filialı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB-15834 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş; 583 əyarlı qızıldan hazırlanmış çəkisi 4,6 qram olan boyunbağı, 583 əyarlı qızıldan hazırlanmış çəkisi 12,1 qram olan 1 sırqa-üzük-dəsti, 583 əyarlı qızıldan hazırlanmış çəkisi 4 qram olan 1 ədəd kulondan ibarət, cəmi 20,7 qram çəkidə olan qızılzinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına Cavabdehnun İddiaçı ASC-yə olan kredit borcu ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar