Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2178/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X6 Azərbaycan» QSC Cavabdeh qarşı 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində zərərin əvəzi qismində cəmi 27.585 ABŞ dolları 40 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 230 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində «X6 Azərbaycan» QSC ilə Cavabdeh arasında imzalanmış 27212/02 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən borcalan Cavabdeh bank tərəfindən illik 16% dərəcəsi olmaqla 60 ay müddətinə yəni, xx.xx.2018-ci il tarixinədək hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəmək şərti ilə 121.090 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kreditin məqsədi və təyinatı bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən torpaq sahəsi alınması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Borcalanın 27212/02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixində bank ilə Cavabdeh və Əliyev Azad Zəkərə oğlu arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh və Əliyev Azad Zəkərə oğluna məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,042 ha torpaq sahəsində, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m sahədən ibarət olan 7 nömrəli fərdi yaşayış evi «X6 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Gəncə şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış verilmişdir. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi «X6 Azərbaycan» QSC-ə olan borclarını ödəməmişlər. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-62/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 74.575 ABŞ dolları 36 sent əsas kredit borcu, 15.515 ABŞ dolları 14 sent əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 90.190 ABŞ dolları 50 sent məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 2 manat 75 qəpik müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 2 manat 75 qəpik ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 35 manat 50 qəpik alınaraq iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, əmlak açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 90.190 ABŞ dolları 50 sent və 35 manat 50 qəpik borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh və Əliyev Azad Zəkərə oğlunun həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 300 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin nəfinə köçürülmasi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsi ilə cavabdeh Əliyev Azad Zəkərə oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əliyev Azad Zəkərə oğlu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6350/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borc üzrə 90.190 ABŞ dolları 50 sent ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə Cavabdeh yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 27.585 ABŞ dolları 40 sent hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, cəmi 27.585 ABŞ dolları 40 sent təşkil edir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin ona qarşı «pul tələbi» barədə iddiası üzrə müddəti keçdiyindən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 74.575 ABŞ dolları 36 sent əsas kredit borcu, 15.515 ABŞ dolları 14 sent əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 90.190 ABŞ dolları 50 sent məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 2 manat 75 qəpik müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 2 manat 75 qəpik ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 35 manat 50 qəpik alınaraq iddiaçı «X6 Azərbaycan» QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, əmlak açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 90.190 ABŞ dolları 50 sent və 35 manat 50 qəpik borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh və Əliyev Azad Zəkərə oğlunun həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 300 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMCnin nəfinə köçürülmasi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-6350/2019 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 27212/02 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclarından qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə 27.585 ABŞ dolları 40 sent məbləğində borcu vardır. İşdə olan borcun ödənilməsinə dair pretenziyanın surətindən görünür ki, «X6 Azərbaycan» QSC tərəfindən Cavabdeh məhkəmə qətnaməsi icra olunmadığından xx.xx.2025-ci il tarixinə ümumilikdə 27.585 ABŞ dolları 40 sent məbləğində dəymiş zərərin 3 gün ərzində könüllü ödənilməsi xəbərdarlıq edilmişdir. İş materiallarından olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh bank qarşısında icra ediməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sentəmi 27.585 ABŞ dolları 56 sent gecikdirilmiş borc təşkil edir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(125)-234/2024 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(125)- 842/2023 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşıdırılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 26/01 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evi 51.000 manat satılmışdır. İş materiallarında olan «X6 Azərbaycan» QSC tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli icra sənədi üzrə «X6 Azərbaycan» QSC-də girovda olan, ipoteka predmeti, mülkiyyət hüququ 1/2 hissəsi Cavabdeh və Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinin satışı ilə bağlı xx.xx.2020-ci il tarixdə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMCdə hərrac keçirilmişdir. Qeyd edilən tarixdə hərrac baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evi 51.000 manata qalib alıcı X2 tərəfindən əldə edilmişdir. Qeyd edilənləri və mülki qanunvericiliyin tələblərini nəzərə alaraq ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinin satışından əldə edilmiş 51.000 manatı «X6 Azərbaycan» QSC-nin hesabına ödənilməsini qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tələbkar «X6 Azərbaycan» QSC-nin hesabına 47.825 manat pul vəsaiti köçürülmüşdür. «X6 Azərbaycan» QSC tərəfindən ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi dolların manata məzənnəsinə uyğun olaraq borc məbləğindən 28.132 ABŞ dolları 35 sent azaldılmış, silinmişdir. İpoteka predmetini açıq hərracdan satılsa belə müəyyən edilmiş kredit borcu tam olaraq bağlanmayaraq (ödənilməyərək) həmin işlə əlaqədar cavabdehin banka qətnamə üzrə ödənilməmiş 62.058 ABŞ dolları 15 sent və 35 manat 50 qəpik məbləğində qalıq borcu qalmaqdadır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «X6 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 98927/01 nömrəli kredit müqaviləsinə əsasən «X6 Azərbaycan» QSC tərəfindən Cavabdeh 36 ay müddətinə yəni xx.xx.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə 27.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/mdən ibarət olan 7 nömrəli fərdi yaşayış evi «X6 Azərbaycan» QSC-nin xeyrinə yüklü edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 62/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh 74.575 ABŞ dolları 36 sent əsas kredit borcu, 15.515 ABŞ dolları 14 sent əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 90.190 ABŞ dolları 50 sent məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 2 manat 75 qəpik müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 2 manat 75 qəpik ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 35 manat 50 qəpik alınaraq iddiaçı «X6 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, əmlak açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 90.190 ABŞ dolları 50 sent və 35 manat 50 qəpik borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh və Əliyev Azad Zəkərə oğlunun həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 300 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin nəfinə köçürülmasi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6350/2019 nömrəli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Açıq hərracın yekun nəticələri haqqında xx.xx.2020-ci il tarixli, 26/01 nömrəli protokola əsasən mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evini 51.000 manata satılmışdır. Satışdan əldə olunan məbləğ cavabdehin banka olan borcunun bir qismi ödənilmişdir. Hazırda «X6 Azərbaycan» QSC Cavabdeh qarşı 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsinə zərərin əvəzi qismində cəmi 27.585 ABŞ dolları 40 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 230 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin həmin qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 432.1-ci maddəsinə görə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 554.3-cü maddəsinə görə əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, «X6 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddiası qismən, yəni xx.xx.2020-ci il tarixədək əsas borc 74.575 ABŞ dolları 36 sent və xx.xx.2020-ci il tarixdən sonra isə əsas borc 62.058 ABŞ dolları 15 sent məbləğində pul vəsaitinin 5 faizi məbləğində Cavabdeh «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulması tələbinə dair hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 62/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulmalı əsas borc məbləği 74.575 ABŞ dolları 36 sent olsa da, «X6 Azərbaycan» QSC yenidən faizdən faiz tələb edərək 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Digər tərəfdən «X6 Azərbaycan» QSC-nin nümayəndəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan və digər müraciətlərdən Cavabdeh ipoteka predmeti olan mənzilin xx.xx.2020-ci il tarixdə satışından əldə olan vəsaitin «X6 Azərbaycan» QSCnin hesabına köçürülməsindən sonra Cavabdeh əsas borcunun 62.058 ABŞ dolları 15 sent məbləğində olduğu müəyyən edilir. Lakin Cavabdeh «X6 Azərbaycan» QSC-nin hazırki tələbinin əsaslı olan hissəsinə münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi hazırki halda iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində göstərilən hüququ qanundan irəli gələn tələbə bənzəsə də, əsl həqiqətdə müqavilədən yaranan və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn hüquqdur. Belə ki, qanundan irəli gələn tələb etmə hüququnun əsasında onların istinad edə biləcəyi əqd mövcud olmadığından, ya da əqd mövcud olsa da etibarlı olmadığından tərəflərin tələb etmə zamanı istinad etdiyi yeganə əsas qanuna əsaslanan tələb olur və belə tələb ümumi iddia müddətinə tabe tutulur. Hazırki halda tələbin məzmunundan da cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını gecikdirdiyindən əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanan pul vəsaitinin tələb olunduğu görünür. Digər tərəfdən borclunun icranı gecikdirməsi ilə bağlı olan pul tələbi əsas tələbə söykənən əlavə tələbdir. Məsələn, iddiaçı ona məxsus pul vəsaitinin oğurlanması ilə əlaqədar həmin pul vəsatinin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehdən illik beş faiz ödənilməsini tələb etdiyi halda tətbiq edilməli iddia müddəti ümumi; müqavilə münasibətlərdən irəli gələn öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz ödənilməsini tələb etdiyi halda tətbiq edilməli iddia müddəti müqavilə münasibətləri üzrə tətbiq edilməli olan iddia müddətidir. Beləliklə məhkəmənin ifadə etdiyi mövqe ondan ibarətdir ki, əsas tələb üzrə iddia müddəti hansı münasibətə əsaslanır və tabe tutulursa, əlavə tələb üzrə iddia müddəti də həmin münasibətə əsaslanmalı və ona tabe tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulan tələbin əlavə tələb olmasına dair hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini formalaşdıran xx.xx.2023-cü il tarixli 2(102)-2894/2023 nömrəli qərarında da (50-52-ci bəndlər) ifadə olunmuşdur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «X6 Azərbaycan» QSC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış, Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh xx.xx.2022-ci il tarixə «X6 Azərbaycan» QSC-yə ödənilməmiş əsas borcu 62.058 ABŞ dolları 15 sent məbləğində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 62.058 ABŞ dolları 15 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 9.308 ABŞ dolları 72 sent məbləğində (62.058 ABŞ dolları 15 sent % 5 x 3 il) pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti «X6 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 137 manat 49 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X6 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 9.308 (doqquz min üç yüz səkkiz) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 137 (bir yüz otuz yeddi) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaiti «X6 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. «X6 Azərbaycan» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-2178/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2178/2025
25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver