Məhkəmə qərarları › İş №e-2(125)-2193/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2193/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2193/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsinin, xx.xx.2021-ci il tarixli, 006A**********S saylı və xx.xx.2022-ci il tarixli 006A**********SA saylı sazişlərin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 14085,18 manat məbləğində kredit borcu, 1693,63 manat məbləğində faiz borcu və 4087,19 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli 006KK**********01 saylı kart krediti müqaviləsi üzrə 7000 manat məbləğində kredit borcu, 1509,62 manat məbləğində faiz borcu və 1274 manat məbləğində cərimə olmaqla har iki müqavilə üzrə ümumilikdə 29649,00 (iyirmi doqquz min altı yüz qırx doqquz manat 62 qəpik) borcun və ödənilmiş 178,95 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1,5833% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2021ci il tarixli 006A**********S saylı və xx.xx.2022-ci il tarixli 006A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 5914,82 manat ödəniş etmiş və onun iddiaçıya 14085,18 manat əsas borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıl maşınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 157 gün üçün hesablanmış faiz borcu 1693,63 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 157 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 4087,19 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xilam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2021 -ci il tarixdə bağladığı 006KK000024475İ01 saylı kart krediti müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.3-cu bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Hazırda Cavabdeh İddiaçı QSC-yə kart müqaviləsi üzrə 7000 manat məbləğində əsas borcu qalmaqdadır. Kredit müqaviləsinin 2.4-ci bəndinə əsasən faizlər hər bir kredit borcu yarandığı tarixdən (daxil olmaqla) başlayaraq müvafiq kredit borcunun Banka tam qaytarılması tarixinədək (daxil olmaqla) onun qalığı üçün hesablanır. Kredit müqaviləsinin 2.4-ci bəndinə əsasən bir gün üçün faiz aylıq faiz dərəcəsinin 1/30 kimi müəyyən edilir. xx.xx.2022-ci il tarixə 539 gün üçün hesablanmış faiz borcu 1509.62 manat təşkil edir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən aylıq ödəniş banka tam və ya vaxtında ödənilmədikdə ödəniş tarixinin ertəsi günündən etibarən kredit borcunun borclarının qalığı üzrə ödənişinin hər gecikdirilən günü üçün 0.1 faiz dərəcəsi ilə cərimə hesablanır. xx.xx.2022-ci il tarixə 539 gün üçün hesablanmış cərimə 1274 manat təşkil edir. Kredit kartı müqaviləsinin 4.2.2.1-ci bəndinə əsasən kredit alan bu müqavilə üzrə, yaxud hər hansı bir əsasla bank qarşısında yaranmış öhdəliyini vaxtında və lazımı qaydada icra etmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xilam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh izahatında göstərmişdir ki, hal-hazırda işsizdir. 10666 manat borcundan ödəmişdir. Əsas məbləği qəbul etdiyini, cərimə və faiz məbləğinin yüksək olduğunu və azaldılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə yəni xx.xx.2022-ci ilədək aylıq 1,5833 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 006KK**********01 saylı kredit kartı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 006A**********S saylı və xx.xx.2022-ci il tarixli 006A**********SA saylı sazişlərdən görünür ki, kredit muqavilələri üzrə ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 14085,18 manat məbləğində əsas, 693,63 manat faiz və 4087,19 manat cərimə olmaqla cəmi 19866 manat məbləğində, xx.xx.2021-ci il tarixli, 006KK**********01 nömrəli kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas 1509,62 manat faiz və 1274 manat cərimə olmaqla cəmi 9783,62 manat məbləğində borcu qalmışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindəndən görünür ki, Cavabdeh iddiaçı "xxxx" QSC-in xəzinədarlığından 20000 manat pulu qəbul etmişdir. Xəbərdarlıqlardan görünür ki, cavabdehə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqavilələri bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli, 006A********** nömrəli müqavilə üzrə tutulmalı olan 4087,19 manat cərimə məbləği azaldılaraq 400 manat həddində, xx.xx.2021-ci il tarixli 006KK**********01 nömrəli müqavilə üzrə tutulmalı olan 1274 manat cərimə məbləği azaldılaraq 127 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda xx.xx.2020-ci il tarixli, 006A********** saylı müqavilə üzrə 14085,18 manat məbləğində əsas borc, 1693,63 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli 006KK**********01 saylı kredit müqaviləsi üzrə 7000 manat məbləğində kredit borcu, 1509,62 manat məbləğində faiz borcu, 127 manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 24815,43 (iyirmi dörd min səkkiz yüz on beş manat 43 qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. Kredit müqavilələrinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi, 29.06.202-ci il tarixli 006A**********S saylı və xx.xx.2022-ci il tarixli 006A**********SA saylı sazişlər ləğv olunmalıdır. (MM mad. 421.2) MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 164,44 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 006A********** saylı kredit müqaviləsi, 29.06.202-ci il tarixli 006A**********S saylı və xx.xx.2022-ci il tarixli 006A**********SA saylı sazişlər ləğv edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 006A********** saylı müqavilə üzrə 14085,18 manat məbləğində əsas borc, 1693,63 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə, xx.xx.2021-ci il tarixli 006KK**********01 saylı kredit müqaviləsi üzrə 7000 manat məbləğində əsas borc, 1509,62 manat məbləğində faiz borcu, 127 manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 24815,43 (iyirmi dörd min səkkiz yüz on beş manat 43 qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 164,44 manat tutularaq "xxxx" QSC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar