Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2203/2022 21.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğvi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia qaldıraraq, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № GK-013-MK/2019 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № GK-013-MK/2019 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 4143,01 manat əsas borc, 13,29 manat faiz borcu, 9,43 manat cərimə borcu olmaqla, cəmi 4165,73 manat pul vəsaitinin və 61,66 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Turanbank» ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № GK-013-MK/2019 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, № GK-013-MK/2019 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 banka olan 3542,47 manat əsas borc, 13,29 manat faiz borcu, 9,43 manat cərimə borcu olmaqla, cəmi 3565,19 manat pul vəsaitinin və 61,66 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № GK-013- MK/2019 saylı güzəştli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 7793,25 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixli GK-013-MK/2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 4143,01 manat əsas, 13,29 manat faiz, 9,43 manat cərimə borcu olmaqla, cəmi borcu 4165,73 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № GK-013- MK/2019 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0,1 % olmaqla cərimə faizi ödəyir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. Müqavilənin 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Müqavilənin 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki cavabdeh banka olan borcunu hər ay gecikdirərək ödəyir, lakin hazırda banka qrafik üzrə heç bir borcu yoxdur. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehlərdən Cavabdeh1 əri, Cavabdeh2 oğlu, Cavabdeh4 isə kürəkənidir. Onlar banka olan borcu mütəmadi olaraq ödəyir, lakin əmək haqqı onun hesabına gec köçürüldüyündən banka ödənişlərində gecikmələr olur. Hazırda banka heç bir borcu yoxdur. Bundan sonra isə bankla razılığa gələrək ödəniş tarixini dəyişdirməyə çalışacaq, hər bir halda isə gecikməyə yol vermədən qrafik üzrə ödənişləri vaxtında həyata keçirəcəkdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 12 iyun 2019-cu il tarixli № GK-013-MK/2019 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 7793,25 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən 3542,47 manat əsas borc,13,29 manat faiz borcu və 9,43 manat cərimə borcu olmaqla, cəmi 3565,19 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabdan çıxarışından görünür ki, Cavabdeh2 banka olan borcunu mütəmadi olaraq ödəmiş, lakin qrafik üzrə göstərilən ödəmə tarixlərində gecikmələr olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə tədqiq olunmuş sübutlara mülki qanunvericiliyin normaları baxımından qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, aylıq ödənişləri mütəmadi olaraq etmiş, lakin qrafik üzrə ödəniş tarixlərində gecikmələr olmuşdur. Hazırda cavabdehlərin kredit müqaviləsi və qrafik üzrə bank qarşısında icra edilməmiş borcu yoxdur. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının özünün də təqdim etdiyi sübutlardan da görünür ki, cavabdeh aylıq ödənişləri gecikdirsə də indiyədək bütün aylar üzrə ödənişləri etmiş, hazırki tarixə heç bir borcu yoxdur. Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün müqavilənin hər hansı pozulması yox, məhz əhəmiyyətli pozuntunun baş verməsi zəruridir. Müqavilənin pozulması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırkı halda isə cavabdehin yol verdiyi pozulma iddiaçıya mühüm zərər vurulmasına səbəb olmadığından əhəmiyyətli pozuntu hesab edilə bilməz. Buna görə də məhkəmə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və kredit borcunun vaxtından qabaq qaytarılması barədə iddia tələbini əsaslı hesab etmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-2203/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2203/2022
21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver