Məhkəmə qərarları › İş №e-2(125)-2239/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2239/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2239/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi ilə, «X13 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X13 Azərbaycan» QSC Cavabdeh qarşı 19.349 ABŞ dolları 68 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsinə vurulmuş zərərin əvəzi qismində cəmi 5.556 ABŞ dolları 10 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində «X13 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 98927/01 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən kredit alan Cavabdeh iddiaçı tərəfindən illik 18% dərəcəsi olmaqla, 36 ay müddətinə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəmək şərti ilə 27.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borcalanın 98927/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixində bank ilə X8 və Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evi «X13 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Gəncə Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli və xx.xx.2007ci il tarixli fərdi yaşayış evin mülkiyyət hüququ ilə X4 məxsus olmasını təsdiq edən MH seriyalı ******* nömrəli müvafiq çıxarışlar təqdim edilmişdir. «X13 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1476/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh 17.278 ABŞ dolları 83 sent məbləğində əsas kredit borcu, 1.870, ABŞ dolları 85 sent məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 19.349 ABŞ dolları 68 sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, 5 manat 50 qəpik məbləğində müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi pulu və 2 manat 75 qəpik məbləğində ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 manat məbləğində iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu tutularaq, «X13 Azərbaycan» QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan və cavabdeh X2 mülkiyyətində olan və likvid dəyəri 33.700 manat məbləğində (dəyərində) qiymətləndirilmiş ünvan 1də 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait tutularaq iddiaçı «X13 Azərbaycan» QSC-yə ödənilməsi,X2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətinə boşaldılması qət edilmişdir. Cavabdeh tərəfindən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1476/2015 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)-371/2016 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Eləcə də, Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(104)- 371/2016 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-997/2017 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi cavabdehin xx.xx.2015-ci il tarixə əsas borc üzrə 19.349 ABŞ dolları 68 sent ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2015-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda Cavabdeh kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 19.349 ABŞ dolları 68 sent hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla xx.xx.2015 tarixindən xx.xx.2016 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 458 gün 1.230 ABŞ dolları 85 sent, xx.xx.2016 tarixindən xx.xx.2016 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 90 gün 234, ABŞ dolları 88 sent, xx.xx.2016 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 861 gün 2.247 ABŞ dolları 03 sent, xx.xx.2019 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 2157 gün 1.843 ABŞ dolları 34 sent, ümumilikdə cəmi 5.556 ABŞ dolları 10 sent təşkil edir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh faktiki olduğu yer məlum olmadığından onun məlum olan axırıncı yaşayış yerləri üzrə müvafiq icra hakimiyyəti orqanına məhkəmə bildirişləri göndərilmiş və həmin icra hakimiyyəti orqanın məhkəmə bildirişlərini aldığını təsdiq edən poçt xəbərnamələri məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanının) və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli, 98927/01 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, «X13 Azərbaycan» QSC tərəfindən Cavabdeh 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixinədək illik 18 faiz dərəcəsi ilə 27.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə borcalaının borcverən qaşısından öhdəliklərinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanında 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evi «X13 Azərbaycan» QSC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 1476/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 17.278 ABŞ dolları 83 sent məbləğində əsas kredit borcu, 1.870, ABŞ dolları 85 sent məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 19.349 ABŞ dolları 68 sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, 5 manat 50 qəpik məbləğində müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi pulu və 2 manat 75 qəpik məbləğində ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 manat məbləğində iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu tutularaq «X13 Azərbaycan» QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan və cavabdeh X2 mülkiyyətində olan və likvid dəyəri 33.700 manat məbləğində (dəyərində) qiymətləndirilmiş ünvan 1 ünvanında 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait tutularaq iddiaçı «X13 Azərbaycan» QSC-yə ödənilməsi,X2 mülkiyyətində olan ünvan 1 ünvanında 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətinə boşaldılması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-371/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017ci il tarixli, 2(102)-997/17 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-371/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 98927/01 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclarından qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə 5.556 ABŞ dolları 10 sent məbləğində borcu vardır. İşdə olan borcun ödənilməsinə dair pretenziyanın surətindən görünür ki, «X13 Azərbaycan» QSC tərəfindən Cavabdeh məhkəmə qətnaməsi icra olunmadığından xx.xx.2025-ci il tarixinə ümumilikdə 19.349 ABŞ dolları 68 sent məbləğində dəymiş zərərin 3 gün ərzində könüllü ödənilməsi xəbərdarlıq edilmişdir. İş materiallarından olan xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş məlumatdan görünür ki, açıq hərracın yekun nəticələri haqqında xx.xx.2017-ci il tarixli, 58/07 nömrəli protokola əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən 46A nömrəli fərdi yaşayış evi 21.483 manat 75 qəpiyə satılmışdır. İşdə olan Cavabdeh məxsus CİF 98927 nömrəli hesabdan çıxarışdan görünür ki, Cavabdeh bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla xx.xx.2015 tarixindən xx.xx.2016 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 458 gün 1.230 ABŞ dolları 85 sent, xx.xx.2016 tarixindən xx.xx.2016 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 90 gün 234 ABŞ dolları 88 sent, xx.xx.2016 tarixindən xx.xx.2019 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 861 gün 2.247 ABŞ dolları 03 sent, xx.xx.2019 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı 2157 gün 1.843 ABŞ dolları 34 sent, ümumilikdə cəmi 5.556 ABŞ dolları 10 sent təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında» qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli icra sənədi üzrə borclu Cavabdeh barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, 58/07 nömrəli hərracın yekunları barədə protokolun və xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X4 məxsus ünvan 1 ünvanında yerləşən 46A nömrəli fərdi yaşayış evi 21.483 manat 75 qəpiyə satılmışdır. İşdə olan Gəncə şəhəri Baş Polis İdarəsi tərəfindən «X13 Azərbaycan» QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-5712-3943/2024 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli məhkəmə qərarı ilə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən axtarış elan edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Cavabdeh xx.xx.2018-ci il tarixdə ölkə ərazisini Türkiyə Respublikası istiqamətində tərk etdiyi məlum olmuşdur. Cavabdeh yerinin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. İş materiallarında olan «X13 Azərbaycan» QSC tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 19.359 ABŞ dolları 68 sent məbləğində pul vəsaitinin və 38 manat 25 qəpik məbləğində dövlət rüsumu və digər xərclər «X13 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş ipoteka predmeti olan X4 məxsus ünvan 1 ünvanında yerləşən 46A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın açıq hərracda satılması, əldə edilmiş pul vəsaitinin cavabdehin «X13 Azərbaycan» QSC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Açıq hərracın yekun nəticələri haqqında xx.xx.2017 tarixli 58/07 saylı protokola əsasən X4 məxsus ünvan 1 ünvanında yerləşən 46A nömrəli fərdi yaşayış evi 21.483 manat 75 qəpiyə satılmışdır. Satışdan əldə olunan məbləğ cavabdehin bankdakı hesabına mədaxil edilmişdir. Halhazırda Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-1476/2015 nömrəli qətnaməsi ilə “«X13 Azərbaycan» QSC-yə ödəməli olduğu borc qismən ödənilmişdir. Hərracdan sonra borclu Cavabdeh «X13 Azərbaycan» QSC-yə 4.641 ABŞ dolları 26 sent qalıq borcun və ödənilmiş 38 manat 25 qəpik məbləğində dövlət rüsumu borcu qalmışdır. Lakin borclu Cavabdeh dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hərracın keçirilməsindən sonra qalmış borcu ödəməkdən boyun qaçırmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli Gəncə şəhəri üzrə icra idarəsinin icra məmurları X7, X1, hal şahidləri X3 və X5 tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli icra sənədində borclu Cavabdeh qeydiyyatda olduğu ünvan 5 ünvanına gəlmişlər. Ünvana keçirilən baxış zamanı borclu Cavabdeh bu ünvanda yaşamadığı müəyyən edilmişdir. Qonşular borclunun hazırda ölkə xaricində olduğunu bildirdilər. Beləliklə, mülki işin müəyyən edilmiş hallarından görünür ki, «X13 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 98927/01 nömrəli kredit müqaviləsinə əsasən «X13 Azərbaycan» QSC tərəfindən Cavabdeh 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək illik 18 faiz dərəcəsi ilə 27.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ünvan 1də 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evi «X13 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi ilə Cavabdeh əsas borcun əvəzi qismində 17.278 ABŞ dolları 83 sent məbləğində, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.870 ABŞ dolları 85 sent məbləğində, cərimə qismində 200 ABŞ dolları məbləğində, cəmi 19.349 ABŞ dolları 68 sent ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata olan rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, bildirişin (pretenziyanın) göndərilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 5 manat 50 qəpik məbləğində və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi bildirişin göndərilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 2 manat 75 qəpik məbləğində, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutularaq «X13 Azərbaycan» QSC-yə ödənilməsi, tələb ipoteka predmeti olan və cavabdeh X2 mülkiyyətində olan və likvid dəyəri 33.700 manat məbləğində (dəyərində) qiymətləndirilmiş ünvan 1də 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzil açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait tutularaq, «X13 Azərbaycan» QSC-yə ödənilməsi, X2 mülkiyyətində olan ünvan 1də 0,0204 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,1 kv/m yaşayış, 62,3 kv/m köməkçi sahədən ibarət 46A nömrəli fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətinə boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-371/2016 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-997/17 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 371/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X4 məxsus ipoteka predmeti olan ünvan 1də yerləşən 46A nömrəli fərdi yaşayış evi 21.483 manat 75 qəpiyə satılmış, buna dair açıq hərracın yekun nəticələri haqqında xx.xx.2017 tarixli 58/07 saylı protokol tərtib olunmuşdur. Həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına Cavabdeh «X13 Azərbaycan» QSC-yə borcunun bir hissəsi ödənilmiş, bundan sonra Cavabdeh «X13 Azərbaycan» QSC-yə ödənilməmiş əsas borc qismində 4.641 ABŞ dolları 26 sent məbləğində borcu qalmışdır. Hazırda «X13 Azərbaycan» QSC Cavabdeh qarşı 19.349 ABŞ dolları 68 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsinə vurulmuş zərərin əvəzi qismində cəmi 5.556 ABŞ dolları 10 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan mətninə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.7-ci maddəsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan mətninə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara, məhkəmə qətnaməsinin mövcudluğuna baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «X13 Azərbaycan» QSC Cavabdeh qarşı 19.349 ABŞ dolları 68 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsinə vurulmuş zərərin əvəzi qismində cəmi 5.556 ABŞ dolları 10 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş əsas borc məbləği 17.278 ABŞ dolları 83 sent olmuş, həmin borc məbləği ipoteka predmeti olan əmlakın satışından əldə olunan vəsaitin xx.xx.2017-ci il tarixdə «X13 Azərbaycan» QSC-nin hesabına köçürülməsindən sonra 4.641 ABŞ dolları 26 sent məbləğində qalmışdır. Buna görə də hazırki halda gecikdirilmiş əsas borc Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-1476/2015 nömrəli qətnaməsinin qəbul olunmasından ipoteka predmeti olan əmlakdan əldə olunan vəsaitin «X13 Azərbaycan» QSC-nin hesabına köçürüldüyü xx.xx.2017-ci il tarixədək, 2 il 04 ay müddət ərzində 17.278 ABŞ dolları 83 sent, xx.xx.2017-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixədək, 7 il 5 ay 09 gün müddət ərzində 4.641 ABŞ dolları 26 sent təşkil etmişdir. Belə olan halda xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan 2 il 04 ay müddətdə gecikdirilmiş borca görə 5 faiz dərəcəsi ilə (17.278 ABŞ dolları 83 sent%5 x 2 il + 17.278 ABŞ dolları 83 sent%5 / 12ay x 4 ay) 2.015 ABŞ dolları 32 sent; xx.xx.2017-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixədək olan 7 il 5 ay 09 gün müddətdə gecikdirilmiş borca görə 5 faiz dərəcəsi ilə (4.641 ABŞ dolları 26 sent%5 x 7 il + 4.641 ABŞ dolları 26 sent%5 / 12 ay x 5 ay + 4.641 ABŞ dolları 26 sent%5 / 365 gün x 9 gün) 1.726 ABŞ dolları 87 sent, xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 3.742 ABŞ dolları 19 sent məbləğində borc yaranmışdır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 17.278 ABŞ dolları 83 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2.015 ABŞ dolları 32 sent, xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 4.641 ABŞ dolları 26 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.726 ABŞ dolları 87 sent, cəmi 3.742 ABŞ dolları 19 sent məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti «X13 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 83 manat 58 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X13 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 17.278 ABŞ dolları 83 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2.015 (iki min on beş) ABŞ dolları 32 (otuz iki) sent, xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 4.641 (dörd min altı yüz qırx bir) ABŞ dolları 26 (iyirmi altı) sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.726 (bir min yeddi yüz iyirmi altı) ABŞ dolları 87 (səksən yeddi) sent, cəmi 3.742 (üç min yeddi yüz qırx iki) ABŞ dolları 19 (on doqquz) sent məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 83 (səksən üç) manat 58 (əlli səkkiz) qəpik məbləğində pul vəsaiti «X13 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. «X13 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar