Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2247/2025 30.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 42090,16 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 13220,62 ABŞ dolları borcun və ödənilmiş 157,42 manat dövlət rüsumunun tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2013-cü il tarixində «X2 Azərbaycan» QSC ilə Cavabdeh2 arasında 113999/01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 12 sentyabr 2017-ci il tarixinədək, 48 ay müddətinə və istifadəyə görə illik 18% ödəmək şərti ilə 43000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın 113999/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 12 sentyabr 2013-cü il tarixində bank ilə borcalan Cavabdeh2 və ipoteka qoyan Mustafayeva Mehriban Süleyman qızı arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Mustafayeva Mehriban Süleyman qızına məxsus olan 0,0769 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82 kv.m, yaşayış sahəsi 51,4 kv.m, yardımçı sahəsi 30,6 kv.m, otaqların sayı 2 olan, 1 mərtəbəli olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi «X2 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış təqdim edilmişdir. Bununla yanaşı borcalanın 113999/01 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bank arasında 12 sentyabr 2013-cü il tarixində zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşıdıqlarına dair öhdəlik götürmüşdülər. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlər üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2015ci il tarixli, 2(044)-363/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 36866,63 ABŞ dolları, faiz borcu üzrə 4439,78 ABŞ dolları, cərimə 783,75 ABŞ dolları, cəmi 42090,16 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 12,75 manat poçt xərci, 30 manat dövlət rüsumu «X2 Azərbaycan QSC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təminatı kimi Mustafayeva Mehriban Süleyman qızına məxsus olan 0,05 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 0,0769 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82 kv.m, yaşayış sahəsi 51,4 kv.m, yardımçı sahəsi 30,6 kv.m, otaqların sayı 2 olan, 1 mərtəbəli, ilkin satış qiyməti 52700 manat olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ilkin satış qiyməti 52700 manat dəyərində qiymətləndirilmiş, həmin evin dəyərindən 42090,16 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 12,75 manat poçt xərci, 30 manat dövlət rüsumu «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin qalan hissəsinin cavabdeh Mustafayeva Mehriban Süleyman qızına qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2(104)-46/2016 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 ilə Mustafayeva Mehriban Süleyman qızının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(044)- 363/2015 saylı qətnaməsi cavabdehlər Cavabdeh2 ilə Mustafayeva Mehriban Süleyman qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2016-cı il tarixli, 2(102)-2421/2016 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh2 ilə Mustafayeva Mehriban Süleyman qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli, 2(104)-46/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh(lər)in 17 mart 2015-ci il tarixə əsas borc üzrə 42090,16 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) 17 mart 2015-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 42090,16 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdeh(lər)in bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla: 1) xx.xx.2015 tarixindən xx.xx.2016 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 528 gün – 3086,61 ABŞ dolları, 2) xx.xx.2016 tarixindən xx.xx.2016 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı - 103 gün – 593,12 ABŞ dolları, 3) xx.xx.2016 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 3005 gün – 9540,90 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 13220,62 ABŞ dolları təşkil etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-363/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı «X2 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 36866,63 ABŞ dolları, faiz borcu üzrə 4439,78 ABŞ dolları, 783,75 ABŞ dolları cərimə, cəmi 42090,16 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, 12,75 manat poçt xərci və 30 manat dövlət rüsumunun tutularaq «X2 Azərbaycan QSCnin xeyrinə ödənilməsi, tutmanın öhdəliyin təminatı kimi Mustafayeva Mehriban Süleyman qızına məxsus olan 0,05 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 0,0769 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82 kv.m, yaşayış sahəsi 51,4 kv.m, yardımçı sahəsi 30,6 kv.m, otaqların sayı 2, 1 mərtəbəli, ilkin satış qiyməti 52700 manat olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ilkin satış qiyməti 52700 manat dəyərində qiymətləndirilmiş həmin evin dəyərindən 42090,16 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, 12,75 manat poçt xərcinin, 30 manat dövlət rüsumunun «X2 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin qalan hissəsinin cavabdeh Mustafayeva Mehriban Süleyman qızına qaytarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 46/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Mustafayeva Mehriban Süleyman qızının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-363/2015 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh2 və Mustafayeva Mehriban Süleyman qızına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2421/16 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Mustafayeva Mehriban Süleyman qızının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 2(104)-46/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «X2 Azərbaycan» QSC tərəfindən tərtib olunmuş cədvəlin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 113999/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinə qədər əsas məbləğ üzrə gecikdirilmiş gün sayı 528 gün olmaqla illik 5%-lə hesablanmış məbləğ 3086,61 ABŞ dolları, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinə qədər əsas məbləğ üzrə gecikdirilmiş gün sayı103 gün olmaqla illik 5%-lə hesablanmış məbləğ 593,12 ABŞ dolları və xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə gecikdirilmiş gün sayı 3005 gün olmaqla illik 5%-lə hesablanmış məbləğ 9540,90 ABŞ dolları təşkil etmiş, ümumilikdə isə 13220,62 ABŞ dolları məbləğində hesablanmışdır. «X2 Azərbaycan» QSC tərəfindən tərtib olunmuş maliyyə arayışının surətindən görünür ki, görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 113999/01 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borcun gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5%-lə hesablanmış ümumilikdə 13220,62 ABŞ dolları təşkil edir. xx.xx.2025-ci il tarixli borcun ödənilməsinə dair bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka dəymiş 13220,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (maddi zərərin) ödənilməsi barədə xəbardar edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçı borcun ödənilmədiyi xx.xx.2025-ci il tarixə kimi illik beş faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 113999/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 13220,62 ABŞ dolları pulun ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində tutularaq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 157,42 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 113999/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq 13220,62 (on üç min iki yüz iyirmi ABŞ dolları 62 sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində pul və dövlət rüsumunun əvəzi olaraq 157,42 manat alınaraq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2247/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2247/2025
30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver