Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2274/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə İsmayılov Eldar Söhrab oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 5091***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən, Bank borcalana 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayırmış, 36 ay müddətinə illik 17.1 % dərəcəsi ilə 10000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İsmayılov Eldar Söhrab oğlu xx.xx.2023 cü ildə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İsmayılov Eldar Söhrab oğlunun vərəsələri olaraq arvadı - Cavabdeh2, övladları - Cavabdeh1 və Cavabdeh3 miras əmlak “VAZ 2121” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən bərabər pay almalıdırlar. Bank tərəfindən İsmayılov Eldar Söhrab oğlunun xx.xx.2025-ci il tarixə 4817.31 manat əsas, 1012.75 manat faiz borcu olmaqla, cəmi 5830.06 manat kredit borcu hesablanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4817.31 manat məbləğində əsas kredit borcunun, 1012.75 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 0 manat cərimə borcu olmaqla, cəmi 5830.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 78.31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən yaranmış pul öhdəliyi miras kütləsini qəbul etmiş vərəsələri tərəfindən icra edilməlidir. Cavabdeh3 iddia etiraz təqdim edərək, iddianın ona qarşı təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, **********101 saylı notariat qaydasında təsdiq olunmuş ərizə ilə atasının ölümündən sonra mirası qəbul etməkdən imtina etmişdir. Bu ərizəni nəzərə alaraq, mirası qəbul etmədiyinə görə iddiaçı (kreditor) qarşısında vəfat etmiş atasının borcu üzrə məsuliyyət daşımır. Habelə, onun qeydiyyat ünvanının ünvan 1 müddətdir ki ailəsiylə birlikdə Bakı şəhərində yaşayır. Bu səbəbdən, iddiaçı tərəfindən ona ünvanlanan xəbərnamələri rəsmi qaydada şəxsən özü almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyırlar. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum İsmayılov Eldar Söhrab oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Odur ki, 5091***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit üzrə 4817.31 manat əsas borc, 1012.75 manat faiz borcu olmaqla cəmi 5830.06 manat borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdeh Ruslan X1mış mirasdan xx.xx.2025-ci ildə imtina etdiyinə əsaslanaraq iddianın ona qarşı təmin olunmamasını xahiş etsə də, həmin cavabdeh mirasın qəbul edilməsi səlahiyyətinin verildiyi xx.xx.2024-cü il tarixli etibarnamə əsasında nümayəndə vasitəsiylə xx.xx.2024-cü il tarixdə notariat qaydada sözügedən mirası qəbul etmişdir. Beləliklə, qanunvericiliyə əsasən, vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmədiyi üçün həmin cavabdehin etirazı əsassızdır. Belə ki, Mülki Məcəllənin 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78.31 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 4817.31 manat əsas borc, 1012.75 manat faiz borcu olmaqla, cəmi 5830 (beş min səkkiz yüz otuz manat) 06 (altı) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 78 (yetmiş səkkiz) manat 31 (otuz bir) qəpik pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-2274/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2274/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver