Məhkəmə qərarları › İş №e-2(125)-2308/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2308/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2308/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi İddiaçı BOKT ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00064-EGN nömrəli istehlak kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 1151,58 manat məbləğində əsas, 122,13 manat məbləğində faiz, 500 manat məbləğində cərimə olmaqla cəmi 1773,71 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 37,74 manat məbləğində pulun tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı BOKT ASC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar