Məhkəmə qərarları › İş №e-2(125)-2327/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2327/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2327/2023 31.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 6859,56 manat məbləğində kredit borcu, 546,27 manat məbləğində faiz borcu və 159,15 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7564 (yeddi min beş yüz altmış dörd) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 95,65 (doxsan beş manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmənin hazırlıq iclasında baxılarkən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq icraatda e-2(125)-2327/2023 nömrəli mülki iş üzrə sənədlərin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən iddiaçının vəsatəti əsasında ərizə hazırlıq iclasından geri qaytarıla bilər. Həmçinin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun da İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç biri üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Ödənilmiş 95,65 (doxsan beş manat altmış beş qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 95,65 (doxsan beş manat altmış beş qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar