Məhkəmə qərarları › İş №e-2(125)-2329/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2329/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2329/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12845.12 manat əsas borc, 897.41 manat faiz borcu, 269.75 manat cərimə borcu olmaqla cəmi 14012.28 manat məbləğində borcun və 132.04 manat ödənilmiş dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı QSC-dən aylıq 1.75 faizlə 40 ay müddətinə 15000 manat kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 2154.88 manat ödəniş etmiş və onun iddiaçıya 12845.12 manat borcu qalmışdır. Cavabdeh banka 12845.12 manat əsas borc, 897.41 manat faiz borcu, 269.75 manat cərimə borcu olmaqla cəmi 14012.28 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, cavabdehlər Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12845.12 manat əsas borc, 897.41 manat faiz borcu, 269.75 manat cərimə borcu olmaqla cəmi 14012.28 manat məbləğində borcun və 132.04 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş olumuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə elektron ərizə göndərərək iddianı müdafiə etdiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxaılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddianı əsas borc hissəsində qəbul etsə də, faiz və cərimə borcu hissəsi ilə razı deyil. Qeyd edilənlərlə əlaqədar iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış, xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit müqaviləsindən görünür ki, cavabdeh aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla 40 ay müddətinə 15000 manat kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2022-ci il-xx.xx.2025-ci illər ərzində ümumilikdə 21062.53 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı QSC-nə aid xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 12845.12 manat əsas borc, 897.41 manat faiz borcu, 269.75 manat cərimə borcu olmaqla cəmi 14012.28 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 132.04 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6320 saylı rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit razılaşması üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 12876.45 manat əsas borc, 766.15 manat faiz borcu müəyyən olunur. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75 faizlə 40 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. Müqavilənin bağlandığı vaxtdan iddia qaldırıldığı günədək Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı banka ödəniş etməmiş və nəticədə cavabdehin Banka borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam icra etməmişdir. Buna görə də yaranmış kredit və ona hesablanmış faiz borcları ondan tutulmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/6320 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh iddiaçı banka xx.xx.2023-cü il tarixə 12876.45 manat əsas borc, 766.15 manat faiz borcu olduğu müəyyən edilsə də, iddiaçı Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 12845.12 manat əsas borc, 897.41 manat faiz borcu məbləğində kredit borcu qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ekspertiza rəyində qeyd edilmiş faiz borcu daha az olduğundan həmin məbləğ qəbul edilməlidir. Ekspertiza rəyində qeyd edilmiş əsas borcu ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində əsas borc verilmiş iddia tələbi həcmində baxılmalıdır. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit müqaviləsi üzrə 269.75 manat dəbbə pulunun cavabdehdən tutulması tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixli 506A********** saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 269.75 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2–ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 506A********** saylı müqavilə ləğv edilməli, Cavabdeh 12845.12 manat məbləğində əsas borc, 766.15 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 132.04 manat dövlət rüsumunun 128.20 manatı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 506A********** saylı müqaviləsi ləğv edilsin, Cavabdeh 12845.12 manat məbləğində əsas borc, 766.15 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu və 128.20 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar