Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2355/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X7, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Cavabdeh2 və Cavabdeh1 28 noyabr 2019-cu il tariхli, 800821-110351/10 nömrəli güzəştli krеdit müqaviləsi üzrə 2619,64 (iki min altı yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində əsas bоrc və 28,24 (iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat faiz borcu оlmaqla, cəmi 2647,88 (iki min altı yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat borcun və 46,88 (qırx altı manat səksən səkkiz qəpik manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı Expressbank» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə göndərərək, Cavabdeh2 və Cavabdeh1 28 noyabr 2019-cu il tariхli, 800821-110351/10 nömrəli güzəştli krеdit müqaviləsi üzrə 2498,27 (iki min dörd yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) manat əsas borc və 25,84 (iyirmi beş manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2524,11 (iki min beş yüz iyirmi dörd manat on bir qəpik) manat borcun və 46,88 (qırx altı manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2019-cu il tariхli, 800821-110351/10 nömrəli güzəştli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 5862,50 (beş min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 28 noyabr 2019-cu il tariхli, 800821- 110351/10/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 28 noyabr 2019-cu il tariхli, 800821-110351/10/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 12 mart 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2619,64 manat məbləğində əsas bоrcu və 28,24 manat faiz borcu оlmaqla, cəmi 2647,88 (İki min altı yüz qırx yeddi manat səksən səkkiz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 800840-1104/14 nömrəli kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etmədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 sentyabr 2016-cı il tarixli, 2(044)-6533/2016 saylı məhkəmə əmri üzrə cavabdehlər Cavabdeh2, X3, X1 və X2 8165,50 manat məbləğində əsas bоrcu və 784,38 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu оlmaqla, ümumilikdə 8969,88 manat məbləğində pul vəsaitin tutulması əmr edilmişdir. Məhkəmə əmrindən sonra 2303 manat məbləğində ödəniş aparılmış və əsas borcdan silinmişdir. AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 kredit borcu restrukturizasiya siyahısına düşmüşdür. Fərmana əsasən kredit borcu üzrə faiz borcu silinərək əsas borc üzrə 28 noyabr 2019-cu il tariхli, 800821-110351/10 nömrəli güzəştli krеdit müqaviləsi və 28 noyabr 2019-cu il tariхli, 800821-110351/10/2 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. İcra işinə xx.xx.2019-cu il tarixli ərizə əsasında xitam verilmişdir. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 800821-110351/10 nömrəli güzəştli krеdit müqaviləsindən görünür ki, Bank Müştəriyə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına və Maliyyə Bazarlarına Nəzarət Palatasının 02 aprel 2019cu il tarixli qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 5862,50 (beş min səkkiz yüz altmış iki manat əlli qəpik) manat, kredit müddəti 60 ay, illik faiz dərəcəsi 1 faizdir. 27 mart 2024-cü il tarixli, 001/007/1646/2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bank ilə bağlanmış 28 noyabr 2019-cu il tarixli, 800821-110351/10 nömrəli kredit müqaviləsinə əsasən 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 5862,50 (beş min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində kredit götürmüşdür. 27 mart 2024-cü il tarixə Borcalanın Banka 2498,27 manat əsas borc və 25,84 manat faiz borcu olmaqla, cəmi 2524,11 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 365 gün təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 800821-110351/10/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Zamin Borcalanın 28 noyabr 2019-cu il tarixli, 800821-110351/10 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Bankla Borcalan arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 800821-110351/10 nömrəli kredit müqaviləsinə əsasən Bank Borcalana restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 5862,50 (beş min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində kredit (bundan sonra “Zaminliklə” təmin edilmiş öhdəliklər) verir. xx.xx.2023-cü il tarixli, 001/007/8104/2023 nömrəli cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. Kreditin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 46,88 (qırx altı manat səksən səkkiz qəpik) manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutulmasını əsaslı hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2498,27 (iki min dörd yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) manat əsas borc, 25,84 (iyirmi beş manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2524,11 (iki min beş yüz iyirmi dörd manat on bir qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş 46,88 (qırx altı manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2498,27 (iki min dörd yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) manat əsas borc, 25,84 (iyirmi beş manat səksən dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2524,11 (iki min beş yüz iyirmi dörd manat on bir qəpik) manat və məhkəmə xərci qismində ödənilmiş 46,88 (qırx altı manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2355/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2355/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver