Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2386/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən yaranan 43124,77 manat məbləğində pulun Cavabdeh alınıb, "xxxx" BOKT MMC-nin hesabına ödənilməsi və həmin pulun tutulmasının ipoteka predmeti olan Cavabdeh məxsus olan 10 FN-997 qeydiyyat nişanlı, “Toyota Avalon” minik markalı avtomaşına yönəldilməsini xahiş etmişdir.. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər. iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, borcun tamamilə ödənildiyini və buna görə də iddiadan imtina edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsinin iddiadan imtina barədə ərizəsi qəbul edilsin. İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-2386/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2386/2025
19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver