Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-239/2025 13.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12600 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129.60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 2021-ci ilin aprel və may aylarından başlayaraq hissə-hissə olmaqla ümumilikdə 12600(on iki min altı yüz) manat məbləğində pul almış və bu pul vəsaitləri onun adına olan kart hesabına mədaxil olunmuşdur. Sonradan o, cavabdehin əməllərinə hüquqi qiymətin verilməsi ilə bağlı Bakı şəhər Binəqədi rayon Pİ-nin 5-ci PB-nə də şikayət etmiş, lakin ona məktubda bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Məhkəməyə müraciət etməmişdən qabaq o, pulun ona könüllü qaydada ödənilməsi ilə bağlı cavabdehin ünvanına xəbərdarlıq(pretenziya) məktubu göndərmiş, lakin onun müraciəti də cavabsız qalmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq Abbasın o pulları 10-20 faizə yox, 50-100 faizə ona verdiyini və qaytardığını bildirmiş, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini, müəyyən müddətə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh həmin teleqramın onun tərəfindən göndərildiyini təsdiq etmişdir. Məhkəmə iclası təxirə salınaraq işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılsa da, Cavabdeh sonuncu məhkəmə iclasına da gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh borclu olduğu 12600 manat pulu geri qaytarmasını tələb etmiş, əks təqdirdə məhkəmədə pul tələbinə dair idda qaldıracağını bildirmişdir. Cavabdeh məhkəməyə ünvanladığı teleqramda Abbasın həmin pulları ona 10-20 faizə yox, 50-100 faizə ona verdiyini və həmin pulları iddiaçıya qaytardığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə göstərir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Güründüyü kimi MPM, tərəflərin izahatlarını işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübut növləri kimi nəzərdə tutur. Baxılan işdə iddiaçı cavabdehə 12600 manat məbləğində borc pul verdiyini iddia etmiş və işin bu halını təsdiq edən sübutlar kimi ödəniş qəbzlərini iddia ərizəsinə əlavə etrmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlamış və teleqramda qeyd etmişdir ki, iddiaçı o pulları ona (cavabdehə) vermişdir. Bu teleqramın məhz cavabdeh tərəfindən məhkəməyə göndərildiyi dəqiqləşdirilmişdir. Beləliklə, iddiaçı cavabdehə 12600 manat məbləğində borc pul verdiyini iddia etmiş, cavabdeh də işin bu halını etiraf etmişdir. Belə halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, iddiaçı cavabdehə 12600 manat məbləğində borc pul verdiyini sübut etmiş sayılır. Başqa sözlə, iddiaçının cavabdehə 12600 manat məbləğində borc pul verdiyi işin faktiki halı kimi təsdiq olunur. Cavabdeh məhkəməyə ünvanladığı teleqramda həmin pulu qaytardığını da göstərmişdir. İddiaçı isə iddia ərizəsində cavabdehin həmin məbləğdə borcu qaytarmadığını bildirmişdir. Belə halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, borcun qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür. İddiaçının iddia etdiyi 12600 manat məbləğində borcun ödənildiyi barədə yalnız cavabdehin məhkəməyə bildirdikləri mövcuddur ki, iddiaçı tərəf isə bunu inkar edir. Belə olan halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, yalnız cavabdehin izahatına istinad edilməklə iş üçün əhəmiyyətli olan faktların müəyyən edildiyi barədə qənaətə gəlinməsi yolverilməzdir. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddiaçıya onun iddia etdiyi 12600 manat məbləğində borcdan heç bir məbləğ cavabdeh tərəfindən qaytarılmamışdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında borc barədə şifahi razılaşma olmuşdur və iddiaçı cavabdehə 2021-ci ildə 12600 manat məbləğində borc pul vermiş, cavabdeh isə iddiaçıdan borc aldığı həmin məbləği iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun qaytarılmasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 129,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən, ödənilmiş 129.60 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12600 (on iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129.60 (bir yüz iyirmi doqquz) manat 60 qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-239/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-239/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver