Məhkəmə qərarları › İş №e-2(125)-2438/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-2438/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-2438/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı TuranBank ASC-ti Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişldir. İşin məhkəmə iclası 15 noyabr 2022-ci il tarixə saat 11:40 təyin edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə da mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar