Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2501/2025 14.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 11092,13 manat əsas kredit borcu, 1077,54 manat kreditdən istifadəyə görə faiz borcu, 206,53 manat cərimə olmaqla, cəmi 12376,2 manat borcunun, həmçinin 127,13 manat ödənilmiş dövlət rüsumunun tutularaq barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Cavabdeh1 (cavabdeh və ya borcalan) xx.xx.2022-ci il tarixli 006A********** nömrəli kredit barədə müqavilə üzrə ərizəni İddiaçı QSC-yə (Bank) təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmiş, həmçinin ilk kredit sifarişini verərək ona istehlak məqsədi ilə 48 ay müddətinə 30000 manat məbləğində kredit limitinin ayrılmasını, ilk kredit sifarişinə əsasən kredit limiti üzrə 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 17000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi Bank həmin kredit sifarişini aksept etmiş, özünün təklif etdiyi kredit məbləğini, kredit faizini (o cümlədən FİFD-i) və kredit müddətini, bu şərtlərin 7.9-cu bəndinə əsasən hesablanmış aylıq ödəniş məbləğini və ödəniş gününü telefona sms göndərməklə və ya myAccess vasitəsilə müştəriyə təqdim etməklə bu barədə müştəriyə məlumat vermişdir. Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması bağlayır. Ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinədək hər ay 539 manat, sonuncu ay 511,78 manat ödənilməli idi. Həmçinin iddiaçı Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq olaraq xx.xx.2022-ci il tarixli, 006G**********02 nömrəli və xx.xx.2022-ci il tarixli, 006G**********01 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrin şərtlərinə əsasən zaminlər sözügedən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İddiaçı Bank ilə borcalan arasında bağlanmış 06A**********S nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, bank ilə borcalan arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli, 06A********** nömrəli pərakəndə (nağd) kredit barədə müqavilə üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan 10 yanvar 2024-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə Banka ödəməlidir. Həmçinin iddiaçı Bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında müvafiq olaraq xx.xx.2024-cü il tarixli, 006G**********02S nömrəli və xx.xx.2024-cü il tarixli, 006G**********01S nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlərə əsasən bank ilə zaminlər arasında 07 sentyabr 2022-ci il tarixdə bağlanmış müvafiq 006G**********02 və 006G**********01 nömrəli zaminlik müqavilələrinin preambulasına dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilmişdir: kreditin məbləği 17000 manat, aylıq faiz dərəcəsi 1,8333 faiz, kreditin illik 22 faiz dərəcəsi, kreditin müddəti 31 ay təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2026-cı il tarixinədək hər ay 542 manat, sonuncu ay 547,06 manat ödənilməli idi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 006A**********S nömrəli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Borcalan, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Borcalan, götürdüyü kredit bоrcundan 5907,87 manat ödəniş etmiş və оnun iddiaçıya 11092,13 manat məbləğində kredit bоrcu qalmışdır. Qeyd edilənlərə əsasən borcalan kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 140 gün üçün hesablanmış faiz borcu 1077,54 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalan ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, Kəlbəcər rayonunda hərbi hissədə işləyən zaman bankdan 17000 manat məbləğində kredit götürmüşdür, krediti götürən zaman işlədiyinə görə bir müddət vaxtında, yəni təxminən 26 ay hər ay 542 manat ödənişlər etmişdir. Lakin atasının xəstəliyi və müqavilə müddətinin bitməsi ilə əlaqədar işdən çıxmışdır. Həmin vaxt işdən çıxması barədə banka məlumat verib aylıq ödənişlərin 200 manat məbləğində müəyyən olunmasını xahiş etsə də, bankla razılıq əldə edə bilməmişlər. Atası keçən ilin dekabr ayında vəfat etmişdir, hazırda himayəsində olan iki azyaşlı uşağı, həyat yoldaşı, yaşlı anası və bacısı, yəni digər Cavabdeh3 ilə birlikdə kirayə evdə yaşayırlar. Anasının aldığı pensiya ilə evin kirayə haqqını ödəyir, hazırda işsizdir, heç bir yerdən gəliri yoxdur. Belə ki, maddi imkanı zəif olduğundan ödəniş etməkdə çətinlik çəkir, bu səbəbdən ona borcun məbləğində güzəşt edilməsini xahiş etmişdir, əlavə etmişdir ki, borcun məbləği ilə bağlı hər hansı narazılığı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 borcun məbləğinin azadılmasına köməklik edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, sözügedən kredit müqaviləsi üzrə zamindir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. İş üzrə digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı QSC və borcalan arasında bağlanmış müqaviləyə əsasən borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 006A********** nömrəli müqavilənin və 1 saylı əlavənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə və hesabdan çıxarışa görə Bank borcalana 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə ödəmək şərtilə 17000 manat məbləğində kredit vermişdir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. Müqavilənin 7.32-ci və 7.32.1-ci bəndinə əsasən müştəri krediti və kredit faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə Banka 11092,13 manat əsas kredit borcu, 1077,54 manat kreditdən istifadəyə görə faiz borcu, 206,53 manat cərimə olmaqla, cəmi 12376,2 manat borcu yaranmışdır. Göründüyü kimi, müqavilə üzrə ödənişlər qismən aparılmışdır. İş materiallarında olan bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə xx.xx.2022-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehin banka borclu olduğu 12376,2 manat məbləğin (11092,13 manat təşkil edən əsas məbləğ, 1077,54 manat faiz məbləği və 206,53 manat cərimə məbləği), həmçinin xx.xx.2025-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən iddiaçı banka ünvanlanmış xx.xx.2025-ci il tarixli məktublardan və poçt göndərişlərinin surətlərindən görünür ki, xx.xx.2025-ci il tarixində iddiaçı bank tərəfindən "xxxx" MMC sürətli poçt xidməti vasitəsilə 157626, 157627 və 157628 nömrəli qaimələr ünvan 1 ünvanına cavabdehlər Cavabdeh1 və Cavabdeh3 adına və Samux rayonu, Lək kəndi ünvanına Cavabdeh2 adına məktublar göndərilmiş, kuryer göstərilən ərazilərə getmiş, lakin qeyd olunan ünvan 1 ünvanında yaşayış olmadığına və ünvan 2ublar iddiaçı banka qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Borcalan əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehlərə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehlərin Banka borcu - ödənilməmiş əsas borc qismində 11092,13 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1077,54 manat, cərimə üzrə 206,53 manat təşkil etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla bağlanmış 006A********** nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 11092,13 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1077,54 manat məbləğində pul tələb etməsi əsaslıdır. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini, eləcə də tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, borcalandan iddiaçının xeyrinə 110 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar, sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduqlarından, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Bunlarla yanaşı, məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehlərin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclaslarında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bankdan sözügedən pul vəsaiti götürüldüyünü, tələb edilən məbləğdə borcun olmasını etiraf etmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2025-ci il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 11092,13 manat, faizlər üzrə 1077,54 manat, cərimə üzrə 110 manat olmaqla, cəmi 12279,67 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 126,84 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 006A********** nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 11092,13 manat əsas borc, 1077,54 manat faiz borcu və 110 manat cərimə olmaqla, cəmi 12279,67 (on iki min iki yüz yetmiş doqquz manat altmış yeddi qəpik) manat və məhkəmə xərcinin əvəzi kimi 127,24 (bir yüz iyirmi yeddi manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-2501/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2501/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver