Məhkəmə qərarları › İş №e-2(125)-2542/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2542/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2542/2024 17.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 397,49 manat əsas borc, 15,96 manat faiz borcu, 361,07 manat cərimə olmaqla cəmi 774,52 manat, xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1477,64 manat əsas borc, 58,27 manat faiz borcu, 1372,03 manat cərimə olmaqla cəmi 2907,94 manat, 2 (iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 3682,46 (üç min altı yüz səksən iki) manat 46 (qırx altı) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 56,83 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 006L**********47 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 397,49 (üç yüz doxsan yeddi) manat məbləğində kredit götürmüşdür. Həmçinin Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1477,64 (min dörd yüz yetmiş yeddi) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrclarından ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrclarından 0 manat ödəniş etmiş və оnun iddiaçıya 006R********** saylı kredit razılaşması üzrə 397,49 manat məbləğində və 006R********** saylı kredit razılaşması əsasında 1477,64 manat kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1456 gün üçün 006R********** saylı kredit razılaşması üzrə hesablanmış faiz borcu 15,96 manat, 006R********** saylı kredit razılaşması üzrə hesablanmış faiz borcu 58,27 manat təşkil edir. Kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 1456 gün üçün 006R********** saylı kredit razılaşması üzrə hesablanmış cərimə 362,1 manat, 006R********** saylı kredit razılaşması üzrə hesablanmış cərimə 1372,03 manat əsasında təşkil edir. Kredit razılaşmasının 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduqları halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 006L**********47 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh2 vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit razılaşması üzrə Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz оlmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 397,49 (üç yüz doxsan yeddi manat qırx doqquz qəpik) manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 006R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1477,64 (min dörd yüz yetmiş yeddi manat altmış dörd qəpik) manat məbləğində kredit verilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 006S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclunun uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 006S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclunun uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 006S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 borclunun uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 29 fevral 2024-cü il tarixli, OUT-2024/02/29-27 nömrəli maliyyə arayışından görünür İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh2 006R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə borcu 397,49 manat əsas, 15,96 manat faiz, 361,07 manat cərimə olmaqla, cəmi 774,52 manatdır. 29 fevral 2024-cü il tarixli, OUT-2024/02/29-28 nömrəli maliyyə arayışından görünür İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh2 006R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə borcu 1477,64 manat əsas, 58,27 manat faiz, 1372,03 manat cərimə olmaqla, cəmi 2907,94 manatdır. 29 fevral 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləği 765,76 AZN (əsas məbləğ 397,49 AZN, faiz ödənişi 7,2 AZN, cərimə məbləği 361,07 AZN) təşkil edir. xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişlər, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini, həmçinin, xx.xx.2024 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. 29 fevral 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə gecikdirilmiş ödəniş məbləği 2875,39 AZN (əsas məbləğ 1477,64 AZN, faiz ödənişi 25,72 AZN, cərimə məbləği 1372,03 AZN) təşkil edir. xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişlər, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini, həmçinin, xx.xx.2024 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh2 tərəfindən öhdəliklər icra edilməmişdir. Eyni zamanda zaminlik müqavilələrinə əsasən Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 006R********** saylı və xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmalarından irəli gələn öhdəliklər üzrə Cavabdeh2 ilə birgə məsuliyyətləri müəyyən edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən borcun tam ödənilməsi xx.xx.2024-cü il tarixdə tələb edilmiş, həmin tarixə cavabdehlərin xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə borcu ödənilməmiş əsas borc qismində 397,49 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 7,2 AZN; xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə borcu ödənilməmiş əsas borc qismində 1477,64 AZN əsas, hesablanmış və ödənilməmiş faiz borcu qismində 25,72 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, 006R********** saylı və xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmalarından xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə cavabdehlərin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə borcu ödənilməmiş əsas borc qismində 397,49 AZN, hesablanmış və ödənilməmiş faiz borcu qismində 7,2 AZN; xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması borcu ödənilməmiş əsas borc qismində 1477,64 AZN; hesablanmış və ödənilməmiş faiz borcu qismində 25,72 AZN təşkil etmişdir. Buna görə cavabdehlərin İddiaçı QSC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən İddiaçı QSC-nin cavabdehlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı QSC-nin cavabdehlərə qarşı xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 397,49 AZN, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 7,2 AZN; xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1477,64 AZN, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 25,72 AZN məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit razılaşması üzrə faiz dərəcəsini nəzərə alaraq, 1733,1 (bir min yeddi yüz otuz üç manat on qəpik) AZN təşkil edən cərimə məbləğinin 10 (on) AZN məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 397,49 (üç yüz doxsan yeddi manat qırx doqquz qəpik) AZN əsas, 7,2 (yeddi manat iyirmi qəpik) AZN faiz, 4 (dörd) AZN cərimə borcu olmaqla, cəmi 408,69 (dörd yüz səkkiz manat altmış doqquz qəpik) AZN və xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1477,64 (bir min dörd yüz yetmiş yeddi manat altmış dörd qəpik) AZN əsas, 25,72 (iyirmi beş manat yetmiş iki qəpik) AZN faiz, 6 (altı) AZN cərimə borcu olmaqla, cəmi 1509,36 (bir min beş yüz doqquz manat otuz altı qəpik) AZN pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddiaçı qaldırmaq üçün ödənilmiş 56,83 (əlli altı manat səksən üç qəpik) AZN dövlət rüsumunun 39,18 (otuz doqquz manat on səkkiz qəpik) AZN hissəsi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 397,49 (üç yüz doxsan yeddi manat qırx doqquz qəpik) AZN əsas, 7,2 (yeddi manat iyirmi qəpik) AZN faiz, 4 (dörd) AZN cərimə borcu olmaqla, cəmi 408,69 (dörd yüz səkkiz manat altmış doqquz qəpik) AZN və xx.xx.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1477,64 (bir min dörd yüz yetmiş yeddi manat altmış dörd qəpik) AZN əsas, 25,72 (iyirmi beş manat yetmiş iki qəpik) AZN faiz, 6 (altı) AZN cərimə borcu olmaqla, cəmi 1509,36 (bir min beş yüz doqquz manat otuz altı qəpik) AZN və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 39,18 (otuz doqquz manat on səkkiz qəpik) AZN hissəsi tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar