Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2597/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borcalan Axundov Məmməd Zal oğlunun vərəsəsi, Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli, 800804-949981/3 saylı kredit müqaviləsi üzrə 976,68 manat məbləğində əsas borc və 3,29 manat faiz borcu olmaqla, ümumilikdə 979,97 manat borcun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini və məhkəmə iclasının iştirakları olmadan keçirilərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Axundov Məmməd Zal oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 800804-949981/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 23% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Borcalanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 976,68 manat məbləğində əsas borc və 3,29 manat faiz borcu olmaqla, ümumilikdə 979,97 manat məbləğində kredit borcu yaranmışdır. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılmış və hesablanmamışdır. Gəncə şəhər 6 saylı notariat ofisi tərəfindən tətbiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi, qanun üzrə vərəsə mərhumun həyat yoldaşı Cavabdeh təyin olunmuşdur. Cavabdeh vərəsə təyin olunduğu tarixdən bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü tarixli xəbərdarlıqlar ünvanlanmış, lakin poçt tərəfindən çatdırılması mümkün olmamışdır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2021-ci il tarixli, 800804-949981/3 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Axundov Məmməd Zal oğluna 18 ay müddətinə, illik 23 % faiz ödəmək şərtilə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 800804-949981/3 nömrəli kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, borcalan Axundov Məmməd Zal oğlu kredit borcunu xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Axundov Məmməd Zal oğlu "xxxx" ASC-dən 1500 manat pulu qəbul etmişdir. AZ-İİ 283474 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Axundov Məmməd Zal oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 700 nömrəli məktubun surətindən görünür ki, mərhum Axundov Məmməd Zal oğlunun adına Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 2V-32 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə arvadı Cavabdeh verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisində 2V-32 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum Axundov Məmməd Zal oğlunun vərəsəsi Cavabdeh X3 markalı, **- DB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarət miras əmlakdan tam hissədə irs almalıdır. xx.xx.2024-cü il tarixli, 001/007/1739/2024 saylı maliyyə arayışının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 800804-949981/3 nömrəli kredit müqaviləsi üzrə Axundov Məmməd Zal oğlunun 976,68 manat əsas borc, 3,29 manat faiz borcu olmaqla, cəmi 979,97 manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı Cavabdeh xx.xx.2021-ci il tarixli, 800804-949981/3 nömrəli kredit müqaviləsi üzrə 976,68 manat əsas borc, 3,29 manat faiz borcu olmaqla, cəmi 979,97 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu 0,40 manat xərc cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 800804-949981/3 nömrəli kredit müqaviləsi üzrə 976,68 manat əsas borc, 3,29 manat faiz borcu olmaqla, cəmi 979,97 (doqquz yüz yetmiş doqquz manat 97 qəpik) manat borc və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu 0,40 manat xərc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-2597/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2597/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver