Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-2692/2023 04.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətnin Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddiası üzrə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində vəsaitin, 33,89 (otuz üç manat səksən doqquz qəpik) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan **-OP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21070” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PN-*** dövlət qeydiyyat nişanlı, “Changan CS75” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən sürücü Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-PN-*** dövlət qeydiyyat nişanlı, “Changan CS75” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-PN-*** dövlət qeydiyyat nişanlı, “Changan CS75” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən 1588,75 (bir min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 200,00 manat azadolma çıxılmaqla 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəfin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq cavabdehdən tələb olunmalıdır. xx.xx.2022-ci il tarixində 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmə ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 15 yanvar 2022-ci il tarixli Sığorta aktından görünür ki, sığorta müddəti xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan Avtonəqliyyat vasitələrinin (kasko) sığortası növü ilə sığortalanmış “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixində, Gəncə şəhərində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1588,75 (bir min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat ziyan dəymiş, 200 (iki yüz) manat azadolma çıxılmaqla 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat sığorta ödənişi edilmişdir. 05 aprel 2022-ci il tarixli, 1481/L nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan X2 bildirilmişdir ki, idarə olunan **-OP-*** dövlət qeydiyyat nişanlı, VAZ 21070 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-PN-*** dövlət qeydiyyat nişanlı, “Changan CS75” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Subroqasiya hüququna əsasən 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin 317-8342-1221 nömrəli, 23 noyabr 2021-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, 09 noyabr 2021-ci il tarixdə saat 00:40 dəqiqədə Gəncə şəhəri, Nizami prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdiyi anda sürücü ayıq olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında İXP ******* nömrəli protokolun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində, saat 00:40-da ”VAZ21070” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli protokola və inzibati xəta haqqında iş materiallarına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində, 00:40-da Gəncə şəhəri, Nizami prospekti “VAZ21070” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat təqribən 00:40 radələrində Nizami prospektində yolun sağ kənarında dayanmış vəziyyətdə olan “VAZ-21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yerindən tərpədib irəli hərəkət etdirərkən qarşısında dayanmış vəziyyətdə olan “Changan” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə yerinə DYP əməkdaşı gəlmişdir. Hadisənin sxemini tərtib etmiş və onu sxemlə tanış etmiş və qaydanı pozduğunu ona izah etmişdir. X1 izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat təqribən 00:40-da radələrində Nizami prospektində yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Changan CS75PLUS” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “VAZ-21074” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi ilə toqquşmuşdur. O, hadisə yerinə gələndə görmüşdür ki, onun dayanmış vəziyyətdə olan nəqliyyat vasitəsinin arxa hissəsi ilə “VAZ-21074” markalı nəqliyyat vasitəsinin ön hissəsi toqquşmuşdur. Hadisə yerinə DYP əməkdaşı gəlmişdir. Hadisənin sxemini tərtib etmiş və onu sxemlə tanış etmişdir. AE seriyalı, 019001 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21070” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. ƏN-V seriyalı, 610685 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan “VAZ-21070” minik markalı, **- OP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olan Cavabdeh adına etibarnamə vermişdir. AD seriyalı, 884549 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyatlı nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. 26 oktyabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan **-PN-*** dövlət nömrə nişanlı “Changan CS75Plus” markalı avtomobilin idarə edilməsini X3 etibar etmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2021-ci il (saat 23:59) tarixə qədər etibarlıdır. Hazırki etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz. 09 dekabr 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, bu akt tərtib edilmişdir ondan ötrü ki, baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış **- PN-*** dövlət qeydiyyat nişanlı, “Changan CS75” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 1588,73 AZN zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur və sığortalı və ya onun adından çıxış edən şəxs müqavilə üzrə tətbiq olunmuş azadolmanı və zərərin sığorta ödənişinin həddi ilə əhatə olunmayan hissəsini (tətbiq edildikdə) Sığortaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə sığorta müddətində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı TP ******* inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Sığortalı “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. “Changan CS75” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 1588,75 (bir min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən 200 manat azadolma çıxılmaqla 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana subroqasiya hüququnun yaranması üçün əsas kimi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilməsi halları nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı zərərin əvəzini ödənilməsini Cavabdeh tələb edə bilər. Çünki xx.xx.2021-ci il tarixində Gəncə şəhəri, Nizami prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilini yerindən tərpədib irəli hərəkət etdirərkən ara məsafəsinin düzgün seçilməsi qaydalarını pozmuş və qarşısında dayanmış vəziyyətdə olan “Changan” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Məhkəmə qeyd edir ki, həmin yol-nəqliyyat hadisəsi zamanı “VAZ 21070” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli olması ilə bağlı İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Sonuncunun təqsirli hərəkəti zamanı “Changan” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 1588,75 (bir min beş yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən 200 manat azadolma çıxılmaqla 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Cavabdeh icbari sığortası olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat sığorta ödənişi tutulmalıdır. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 33,89 (otuz üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1388,75 (bir min üç yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı və məhkəmə xərci qismində ödənilmiş 33,89 (otuz üç manat səksən doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-2692/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-2692/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver